BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

11 Aralık 2018 Salı

Uğurlu gələcəyimiz - böyük ürəkli kiçik rəssam Fuad Rəhimov

Posted at  12/11/2018  |  in  Ümumi hadisələr

        Xocalılar köçkün həyatı yaşasalar da, məskunlaşdıqları yerlərdə əmək fəaliyyəti ilə məşğul olurlar. Xocalının istedadlı yeniyetmə və gəncləri də tez-tez öz qabiliyyətlərini nümayiş etdirərək uğurlu gələcəyimizdən xəbər verirlər. Rayonumuzun müxtəlif idman növləri üzrə Respublika və beynəlxalq yarışlarda birincilik əldə edən idmançıları, mədəniyyət müsabiqələrində nailiyyətlər qazanan istedadlı yeniyetmə və gəncləri var. Gələcəyinə böyük ümid bəslədiyimiz yeniyetmələrdən biri də Xocalı şəhər 2 saylı tam orta məktəbin 7-A sinfinin şagirdi Rəhimov Fuad Ramiz oğludur. Müxtəlif sahələrdə rəsm çəkməyi bacaran Fuadın rəsm əsərlərinin əksəriyyətinin mövzusunu vətənpərvərlik mövzusu təşkil edir. Müəllimləri bildirirlər ki, Fuad dərslərini də yaxşı oxuyur, eyni zamanda təlim-tərbiyəsinə görə məktəbdə nümunəvi şagirdlərdən biridir. 
       Fuad Rəhimovun gələcəkdə öz rəsm əsərləri ilə rayonumuzun adını uca edəcəyinə inanırıq. Çünki o, həqiqətən gözəl rəsm əsərləri çəkir. İstedadlı Fuada yaradıcılıq həyatında uğurlar diləyir, ona yüksək nailiyyətlər arzulayırıq.
         "Xocalının səsi" qəzeti daim rayonumuzun istedadlı insanlarını doğmalıq hissi ilə işıqlandırır, onların fəaliyyətinin daha da uğurlu olması üçün mətbuat orqanı kimi dəstək olur.  









Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top