BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

12 Aralık 2018 Çarşamba

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini xocalılar dərin ehtiramla yad etdilər

Posted at  12/12/2018  |  in  

        Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibəti ilə anım tədbiri keçirildi. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılar Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümündə "Heydər" parkında ucaldılmış dahiş şəxsiyyət Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər, xatirəsini dərin ehtiramla andılar. 
        Gülqoyma mərasimindən sonra Xocalı rayon ictimaiyyətinin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə Xocalı rayon Mədəniyyət evində Xocalı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirildi. Ümumrayon tədbirində əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra "Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusudur", mövzusu ətrafında Heydər Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işlər, təhsilimizin inkişafına verdiyi töhfələr və Azərbaycan qadınına Heydər Əliyev tərəfindən verilən yüksək dəyər haqqında məruzələrlə çıxışlar oldu. 
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxışında xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətində söz açdı. Rayon rəhbəri qeyd etdi ki, 2003-cü il dekabr ayının 12-də xalqımızın ümummilli lideri, müstəqilliyimizin banisi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev əbədiyyətə qovuşdu. Bu ağır itki bütün azərbaycanlıların, türk dünyasının itkisidir. Heydər Əliyev Azərbaycanın çiçəklənməsi, möhtəşəm layihələrin həyata keçirilməsi, xalqımızın rifahının artırılması istiqamətində bütün ömrünü sərf etmiş, ölkə quruculuğunun əsl meyarı kimi xalqımızın ürəyində yaşayan ölməz bir şəxsiyyətə dönmüşdür. 
        Ümummilli lider keçən əsrin 1969-cu ilindən - Azərbaycana rəhbər seçilən vaxtdan xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 1969-cu ilə qədər Azərbaycan SSR tərkibində tanınmırdı. Həmin tarixə qədər Azərbaycan xalqı soyqırımlara, represiyalala, köçürmələrə məruz qalıb. Azərbaycanın iqtisadi inkişafı, dirçəlməsi, xalqımızın milli birliyi yönündə hansısa bir tədbirin görülməsinə imkan verilməyib. Ulu öndərimizin hakimiyyətə gəlişi ilə 1969-1980-ci illərdə Azərbaycan iqtisadi inkişaf yoluna qədəm qoydu. 12 ildə 11 Keçici Qırmızı Bayrağın alınması o deməkdir ki, Azərbaycan Sosialist dövlətləri içərisində öz yerini tapdı. Sosializm adlanan birlik içində xalqımız bir millət kimi formalaşmağa başladı. Kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycanın iqtisadi dirçəlişi, aqrar ölkədən sənaye ölkəsinə  kimi yüksək inkişaf nailiyyətləri məhz Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi idi. Fabrik və zavadların tikilməsi ilə şəhərlərimizin, rayonlarımızın inkişafına nail olundu. Eyni zamanda müxtəlif sahələrdə kadr potensialının hazırlığı, təhsil müəssisələrinin açılması prosesi baş verdi. Heydər Əliyev həmin dövrdə indiki müstəqil Azərbaycanın yaşamasının bünövrəsini qoydu. 
        1990-cı illərin əvvəllərində Azərbaycanın ictimai-siyasi vəziyyəti gərgin hala düşmüşdü. Ölkəmiz vətəndaş müharibəsi astanasında, dağılmaq, parçalanmaq və müstəqilliyini itirmək ərəfəsində idi. Xalqın tələbi ilə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəldiyi qısa zaman ərzində ölkədə hərcmərcliyin, vətəndaş müharibəsinin qarşısı alındı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qan yaddaşında əbədi yer tutdu. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri Azərbaycan dövlətini özündən sonra idarə edə biləcək layiqli siyasi varisə əmanət etməsidir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış, regionun lider dövlətinə çevrilmişdir.
        Biz ümidvarıq və inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək. O zaman Xocalı şəhərində Heydər Əliyev Parkı salıanacaq və Ulu öndərimizin möhtəşəm abidəsi ucaldılacaq. Tarixlər şahidi, qədim tarixi abidələr diyarında Cənab Prezidentimi gül-çəçəklərlə və məhəbbətlə qarşılayacağıq. 
        Dövlətçiliyin ənənələrini, cəmiyyətin bütün sahələrini əhatə edən Heydər Əliyev irsini öyrənmək, təbliğ etmək, yaşatmaq bizim müqəddəs borcumuzudur. Xocalıların çoxdan bir seçimi var - Heydər Əliyev kursu. Bu dünən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. 
        Allah Ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin!
        
      


        







Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top