Arıçılıq xocalıların əzəldən məşğul olduğu kənd təsərrüfatı sahələrindən biridir. Gözəl təbiətə, əlverişli iqlimə malik Xocalı rayonunda arıçılıq geniş yayılmışdı. Köçkünlük həyatı yaşayan xocalılar məskunlaşdıqları yerlərdə əmək fəaliyyətini davam etdirir, kənd təsərrüfatının digər sahələri kimi arıçılıqla da məşğul olurlar. Respublikamızın iqtisadiyyatında mühüm yer tutan arıçılığın inkişafına xocalılar da öz töhfələrini verirlər.
Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyevin "Xocalının səsi" qəzetinə açıqlamasına əsasən, Mərkəzin əməkdaşları və komissiya üzvləri arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğunun öyrənilməsi məqdəsilə republikamızın ayrı-ayrı rayonlarında məskunlaşan Xocalı sakinlərinin fərdi təsərüffatlarına baxış keçiriblər. Aparılan yoxlama nəticəsində 82 nəfər arıçının saxladığı 1982 arı ailəsinə (pətəyinə) “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya veriləcək. Subsidiya arıçıların bank hesabına köçürüləcək.
Qeyd edək ki, müvafiq qərara əsasən subsidiyaların verilməsi 2018-ci il də daxil olmaqla, 5 il müddətində qüvvədədir.
18 Aralık 2018 Salı
Homepage
» Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev: "Rayonumuzda 82 arıçının saxladığı 1982 arı ailəsinə subsidiya veriləcək"
Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev: "Rayonumuzda 82 arıçının saxladığı 1982 arı ailəsinə subsidiya veriləcək"
Posted at 12/18/2018 |  in
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir
-
İşğaldan azad edilmiş yurd yerlərimiz yenidən bərpa ediləcək
-
Bizi ittiham edənlər ermənilərin çirkin əməllərini ört-basdır edirlər
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Güclü zəkaya, dərin elmə və siyasi savada malik siyasətçi
-
Ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibəti əsirlər boyu davam edir
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: