BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

17 Aralık 2018 Pazartesi

"Biz Xocalı qadınları məişət zorakılığına yox deyirik" devizi altında tədbir keçirildi

Posted at  12/17/2018  |  in  Ümumi hadisələr

        17 dekabr tarixdə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayonun fəal qadınlarının iştirakı ilə  "Biz Xocalı qadınları məişət zorakılığına yox deyirik" devizi altında tədbir keçirildi. Tədbirə Xocalı rayon İHB-nın müavini Lamiyə Qarayeva, Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova, rayonumuzun idarə və müəssisələrində çalışan qadınlar iştirak etdilər.

        Tədbirdə əvvəlcə Xocalı rayon Qadınlar Şurasının sədri Ramilə Xudayarova məruzə ilə çıxış edərək ölkəmizdə qadınlara verilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezidentimiz İlham Əliyevin uğurlu davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə ölkə prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Bir çox Dövlət Proqramlarında zorakılıqla mübarizə məsələləri öz əksini tapmışdır ki, bu da Cənab Prezidentin bu problemə necə həssaslıqla yanaşdığını göstərir. 
        Məişət zorakılığının qarşısının alnması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Qadınlara və uşalara qarşı zorakılığın, xüsusi ilə də hüquq bu pozuntusunun cinayət xarakterli tərəfləri tək qadınların problemi olmamalıdır. Cəmiyyət bilməlidir ki, məişət zorakılığı vətəndaş cəmiyyətinin əsaslarına ciddi zərbə vurur. Ailədə, cəmiyyətdə və dövlətarası sülhün yaradılması bir-biri ilə əlaqəli proseslərdir. 
        Xocalı şəhər 4 saylı tam orta məktəbin təşklatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva, Xocalı şəhər Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılıova öz çıxışlarında gender bərabərliyinin pozulması hallarından danışdılar. Bildirildi ki, qayınana-gəlin problemi, dünyagörüşün üst-üstə düşməməsi, kənar müdaxilə, oğlanın ailə həyatına hazır olmaması, övladın olmaması, qısqanclıq, inamsızlıq, maddi vəziyyətin ağırlığı və s. amillər ailədə problemlərin yaranmasına səbəb olur. Gənclər ailə qurmazdan əvvəl öz hüquq və vəzifələrinin nədən ibarət olduğunu bilməlidirlər.
        Paraktikada çoxsaylı hallar vardır ki, zorakılığı tətbiq edən şəxs müəyyən müddətə azadlığdan məhrum edilir. Lakin ər-arvad arasında nikah münasibətləri qalmaqda davam edir və ailənin bütün qayğıları, o cümlədən cəza çəkən şəxsə baş çəkmək qurbanın üzərinə düşür. Digər tərəfdən şikayət verən qurban nəinki qohumların, həm də əlaqəli cəmiyyət üzvlərinin (qonşular, iş yoldaşları və s.) qınaq obyektinə çevrilirlər. Hər hansı pul cəzaları da sonda qurbanın da üzv olduğu ailənin maddi vəziyyətini daha da pisləşdirir.
        Hüquq mühafizə orqanları ailədə adam öldürmə və sağlamlığa ağır və xüsusilə ağır xəsarət yetirilməsi hallarında aldıqları informasiya əsasında cinayət işinə başlayırlar, lakin əzab vermə, döymə, təhqir və s. hallarda yanaşma fərqli olur. Məhz bu səbədən mövcud Cinayət qanunvericiliyi aliə-məişət zəmnində baş verən cinayət xarakterli əməllərin təqibi üçün yeni və alternativ cəza formaları ilə zənginləşdirilməlidir.
        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayevaya vurğuladı ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası  qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası  BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur.
       
        Azərbaycan Hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə etmişdir. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır.
        Gender bərabərliyi qadın və kişilərin hüquqi cəhətdən eyni olduğu anlayışını verir. Bu Konstitusiyamızda da öz əksini tapmışdır ki, irqindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq hər bir kəs bərabər hüquq və azadlığa malikdir.
        Lamiyə Qarayeva çıxışında Azərbaycan torpaqlarına erməni quldurlarının təcavüzü nəticəsində ən böyük məişət zorakılığının baş verdiyini vurğuladı.
        Tədbir müzakirələr əsasında davam etdirildi. 













Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top