BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

7 Aralık 2018 Cuma

Xocalı rayon məktəblərində yol hərəkəti qaydaları haqqında maarifləndirici tədbirlər keçirilir

Posted at  12/07/2018  |  in  Ümumi hadisələr

           07.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.11.2018-ci il tarixli məktubuna əsasən şagirdlərin yol hərəkəti qaydalarına daha mükəmməl yiyələnmələri, bu sahədə davranış mədəniyyətinin formalaşdırılması məqsədilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində maarifləndirici tədbir keçirildi. Tədbirdə Yaloba kənd tam orta məktəbinin kollektivi və Gəncə şəhər Baş Pİ-nin DYPŞ-nin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Rüstəmov Vasif Nəsib oğlu iştirak etdi. Dövlət Yol Polisi əməkdaşı məruzə ilə çıxış edərək yol hərəkəti qaydalarına dair məlumatlar verdi. Statistik göstəriciləri diqqətə çatdırdı. Qeyd etdi ki, tətbiq edilən nizamnamələr və aparılan  tədbirlər nəticəsində ilbəil yol hadisələrinin sayı azalmağa doğru gedir. 
        Tədbirdə şagirdlər hazırladıqları yol hərəkətləri qaydaları haqqında plakatları nümayiş etdirdilər, bildikləri məlumatları paylaşdılar və onları maraqlandıran sualları Vasif Rüstəmova ünvanladılar. 
        Çıxış edən məktəb rəhbərləri və müəllimlər belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladılar və mətəmadi təşkil edilməsinin vacibliyini diqqətə çatdırdılar. 







Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top