Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Daşaltı Yasaqlığı

Şuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən
yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid “Xan mağarası” təbiət abidəsi vardır.

Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir. Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır. Hal-hazırda yasaqlıq işğal altındadır və onun fəaliyyəti tamamilə dayandırılmışdır. 1992-ci ildən işğal altında olan yasaqlıq hazırda məhv edilir.
Mənbə: virtualkarabakh.az
Paylaşın:

Mətbuat Şurasının sədri Əflatun Amaşov: ""Xocalının səsi" əməksevər insanların peşəkar mətbuat ənənələrinə söykənərək Vətən, dövlət maraqları naminə birləşdikləri tribunadır"

Müasir dövr Azərbaycanının ən uzunömürlü mətbuat orqanlarından biri olan «Xocalının səsi»
qəzetinin 300-cü sayı işıq üzü görüb. Bü münasibətlə nəşrin kollektivini təbrik edir, onların hər birinə yaradıcılıq uğurları arzulayırıq.

«Xocalının səsi» qəzetinin fəaliyyətə başlaması ilə Xocalının ayrıca rayon stutusu əldə etməsi eyni vaxta təsadüf edir. 1991-ci il ümumən elə bir dövr idi ki, insanlar həm keçmiş sovet stereotiplərindən uzaqlaşmaq, həm də Azərbaycan dövlətini qurmaq əzmini özündə yaşadırdılar. Belə bir zaman kəsiyində xocalılılar eyni zamanda yeni yaradılmış rayonun simasını formalaşdırmaq barədə düşünür, böyük zəhmətə qatlaşırdılar. «Xocalının səsi» mətbuat meydanına bu işin ideoloji-mənəvi tərəflərini təmin etmək istəyindən irəli gələrək atıldı.

1992-ci ilin fevralında Xocalı rayonunun erməni işğalçıları tərəfindən zəbt olunması nəşrin fəaliyyətinə təsirsiz ötüşmədi. Xocalı tariximizin faciə yaşantısı, dərd-əzab simvolu, XX əsrin insanlıq əleyhinə olan ən böyük cinayətinə şahidlik etmiş yurd yerimizdir. Bu, heç şübhəsiz, qəzetin yaradıcılıq dəst-xəttini müəyyənləşdirən başlıca amildir. «Xocalının səsi» isə nəinki Xocalı, ümumilikdə Qarabağ həqiqətlərini geniş ictimaiyyətə bənzərsiz nümunələrlə çatdırmağı hədəf seçən və istəyinə nail olmağı bacaran mətbuat orqanıdır. Fəaliyyətdə olduğu 28 ilin məziyyətləri qarşıya qoyulmuş məqsədin qüsursuz yerinə yetirildiyini söyləməyə əsas verir.

«Xocalının səsi» əməksevər insanların peşəkar mətbuat ənənələrinə söykənərək Vətən, dövlət maraqları naminə birləşdikləri tribunadır. Nəşrin 300-cü sayının işıq üzü görməsi məhz onların fədakarlıqlarının nəticəsidir. İnanırıq ki, fədakarlığın gətirdiyi qürur və fəxarət hissi «Xocalının səsi»ni daha əlamətdar günlərə daşıyacaqdır.

Ən böyük amal qələbədir. Bu gün qəzetin kollektivi onun üçün mətbuat səngərində mübarizə aparır. Arzu edirik ki, 300-cü sayın gətirdiyi sevinc payı düşməndən azad olunmuş Xocalıdan yaradıcılıq məhsulları təqdim etmək sevinci ilə əvəzlənsin.

Bir daha «Xocalının səsi» qəzetinin rəhbərliyini və əməksevər kollektivinin hər bir üzvünü nəşrin 300-cü sayının işıq üzü görməsi münasibəti ilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq.
Paylaşın:

Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyevin hesabat məruzəsi dinlənildi

        22  yanvar tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və şəhər sakinləri iştirak etdilər.
        Əvvəlcə hesabat iclasını aparmaq üçün sədr və katib seçildi. Sonra Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyev məruzə ilə çıxış edərək hesabat dövründə nümayəndəliyin işçiləri tərəfindən görülən işlər haqqında məlumat verdi.
        Məruzə ətrafı çıxışlarda Sovet müəllimin işgüzar insan olduğu, sakinlərin müraciətlərinə vaxtlı-vaxtında cavab verdiyi vurğulandı. Sovet Allahverdiyevin rəhbərliyi ilə nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı. Hesabat iclasında sakinlər tərəfindən Aşağı və Yuxarı Ağcakənd qəsəbələrarası marşurutun təşkil olunması, Goranboy rayon Yeni Yaşayış massivində xeyir-şər evinin qızdırılması və su-kanalizasiya sisteminin çəkilməsi və digər təkliflər səsləndirildi.
        Yekunda Xocalı rayon İcra Hakimiyyətinin başçısı, hesabat iclasının sədri cənab Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Xocalı şəhər sakinlərinin Respublikamızın ayrı-ayırı şəhər və rayonlarında məskunlaşdığını bildirirək işlərində bir sıra çətinliklərin olmasına baxmayaraq, Sovet Allahverdiyevin gördüyü işlərə müsbət qiymət verdi. Nümayəndəliyin işlərini qənaətbəxş saydı.
     





Paylaşın:

Xocalı rayon səhiyyə müəssisələrinin hesabat dövründə gördüyü işlər müzakirə edildi

        21.01.2019-cu il tarixdə Xocalı rayon Mərkəzi Xəstəxanasının 2018-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov, "Azərbaycan Bayrağı" ordenli, "Əməkdar həkim" fəxri adına layiq görülmüş, Xocalı RMX-nın sabiq baş həkimi Məmməd Nağıyev və rayonun səhiyyə işçiləri iştirak etdilər. 
        Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
        Sonra Xocalı RMX-nin baş həkimi Aqil Məmmədov hesabat məruzəsi ilə çıxış edərək ölkəmizdə səhiyyənin inkişafından, rayonun səhiyyə müəssisələri tərəfindən görülən işlər haqqında məlumat verdi, müəyyən nöqsanların başvermə səbəblərindən danışdı. Həmçinin səhiyyə işçiləri tərəfindən verilən təklifləri səsləndirdi. Aqil Məmmədov hesabat məruzəsində bildirdi ki, rayon səhiyyə obyektlərində birlikdə 135.5 ştat vahidi nəzərdə tutulmuşdur ki, bunun da 85.5 ştat vahidi tutulu, 50.0 ştat vahidi vakantdır. Beləliklə, rayon səhiyyə obyektlərində 103 nəfər işçi çalışır, bunun 85 nəfəri qadın,18 nəfəri kişidir. İşçilərin 11 nəfəri ali təhsilli, 51 nəfəri orta ixtisas təhsilli, 41 nəfəri isə orta təhsillidir.Xocalı RMX-da  Səhiyyə Nazirliyinin bir struktur bölməsi olaraq 2018-ci il fevral ayının 15-dən may ayının  15-dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsini təşkil etmişdir. 
        Kütləvi tibbi müayinə zamanı 13118 nəfər tibbi müayinədən keçmişdir ki, bu da ümumi əhalinin 87% -ni təşkil edir. Beləliklə, tibbi müayinə zamanı13118 nəfər tibbi müayinədən keçmiş, 1468 nəfər xəstə aşkar olunmuş, 11650 nəfər sağlam olmuşdur. Aşkar olunmuş xəstələr dispanser nqeydiyyatına götürülmüş,xəstələrin 1417 nəfəri ambulator şəraitdə, 51 nəfəri isə stasionar şəraitdə müalicə olunmuşdur.
      2018-ci il ərzində tibb müəssisələrinə gəlişlərin sayı 57200, o cümlədən ilkin tibbi yardım 11700 nəfərə göstərilmiş, evə çağrışların sayı 6550 olmuşdur.  
      Xəstəxanamızda su problemi tamamilə həll edilmiş, belə ki, daxili imkanlarımız hesabına 10 tonluq içməli su anbarı tikilərək bütün otaqlar fasiləsiz olaraq su ilə təmin edilmişdir.
      Xocalı RMX-nin baş həkimi Aqil Məmmədov çıxışında həmçinin kadr çatışmazlığını, mərkəzi xəstəxananın istifadəsində olan təcili yardım maşınlarının yararsız vəziyyətdə olmasını nəzərə alaraq yeni təcili yardım maşınlara ehtiyacın olduğu, fövqəladə hallar zamanı baş verə biləcək halları aradan qaldırmaq üçün lazım olan avadanlıqların olmaması kimi rayon səhiyyəsinin problemlərini diqqətə çatdırdı.  
      Məruzə ətrafı çıxışlarda səhiyyə işçiləri öz çalışdıqları müəssisələrin fəaliyyəti haqqında məlumat verdilər. Aqil Məmmədovun hesabat məruzəsini qənaətbəxş saydılar.
      Sonda Lamiyə Qarayeva hesabat məruzəsini münasibət bildirərək, görülən işləri qənaətbəxş saydı. Bununla bərabər, fəaliyyəti zəif olan tiibb məntəqələrinin işçilərinə iş rejiminə düzgün riayət etmələrini, işə davamiyyətli olmalarınını tapşırdı. Sağlamlığın qorunması haqqında məktəblilər arasında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini bildirdi. Tibb məntəqələrinin dərmanla təminatını artırılması üçün aidiyyatı yerlərə müraciət olunmasını tövsiyə etdi. 















        




Paylaşın:

Xocalılar 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirdilər

        18 yanvar tarixdə xocalıların kompakt şəkildə məskunladığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə anım tədbiri keçirildi. Anım tədbirində Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, "N" saylı hərbi hissənin əsgərləri və rayon ictimaiyyəti iştirak etdilər. 
        Xocalı rayon Mədəniyyət Evində keçirilən anım tədbirində əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
        Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, Sovet hərbi hissələrinin Azərbaycan xalqına qarşı xüsusi vəhşiliklə törətdiyi terror aktından 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş bu qırğının əsas səbəbi o dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını SSRİ tərəfindən dəstəklənməsi və ovaxtkı Azərbaycan rəhbərliyinin apardığı xəyanət siyasətinə qarşı etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqının haqq səsini boğmaq idi. Hadisəyə gedən yolun başlanğıcı Azərbaycanın ən qəddar düşməni olan Mixail Qorbaçovun rəhbərliyə gəlməsi ilə başlamışdı. Ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyində mühüm vəzifələrdən birini tutması həm Qorbaçovun, həm də ermənilərin xalqımıza qarşı mənfur niyyətlərinin qarşısını alınmasında bir maneə idi. Heç təsadüfi deyil ki, məhz Ulu öndərin Moskvanın siyasi təqiblərinə məruz qalaraq SSRİ rəhbərliyidən istefa verməsindən qısa müddət sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına şərait yaradıldı. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayəti məsələsi ortaya atıldı. 
        Sonra "20 Yanvar - Xalqımızın qan yaddaşı adlı" sənədli qısametrajlı sənədli filmə baxıldı. 
        Xocalı rayon prokuroru Kamran Məmmədov çıxışında bildirdi ki, 20 Yanvar hadisəsi əvvəlcədən planlaşdırılmışdı. Bunu misal və sübut olaraq faciədən bir neçə gün öncədən hadisənin törədilməsində iştirakı olan o dövrün  Sovet İttifaqının hərbi qulluqçularının ailələrinin Azərbaycan Respublikasından çıxarılması, xəstəxanaların və digər zəruri obyektlərin boşaldılması hallarını göstərmək olar. Eyni zamanda, guya qabaqcadan fövqəladə vəziyyətlə bağlı xalq məlumat verilib, ancaq bu xalqın diqqətinə çatdırılmamış, əksinə əvvəlcədən bunun qarşısının alınmasına çalışılmışdır. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 132 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
        1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
        Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov çıxışında 20 Yanvar hadisələri zamanı ölkədə səhiyyənin vəziyyətindən danışdı. Aqil Məmmədov 1990-cı il Qanlı Yanvar hadisəsi tariximizə qara səhifələrlə yazılsa da, Azərbaycanın müstəqilliyi tarixinə qızıl hərflərlə yazılan istiqlaliyyət, mübarizlik, zəfər günü kimi qeyd edildiyini bildirdi.  
        Həmin zaman Bakıda tibbi xidmət xəstəxanaları 18 yanvar tarixdən planlı şəkildə boşaldılmışdı. Lazımi tibbi avadanlıqlar və tibb personalı xəstəxanalardan uzaqlaşdırılmışdı. Həmin gecədə 14 təcili yardım maşını tankların altında məhv edilərək sıradan çıxarılmışdı. Tibb işçiləri güllələnmişdi. Tibb işçilərinin qətlə yetirilməsi faciəni törədənlərin amansızlığını bir daha təsdiqləyir.
        Qanlar 20 Yanvar gecəsi xalqımızın mərd övladları ilə yanaşı, səhiyyə işçiləri də çalışırdılar ki, yaralılara ilk tibbi yardım göstərsinlər. Ancaq həm tibbi kadr çatışmazlığı, həm də tibb avadanlıqlarının çatışmazlığı nəticəsində həyatını itirən insanlar çox oldu. 
       Xalqımızın əzmini qırmaq istəyənlər öz istəklərinə nail bilmədilər. 20 Yanvar şəhidləri müstəqil Azərbaycanın bünövrəsini qoydular.   
       Daha sonra Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışında 29 il bundan əvvəl xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışdı. Ramiz Qəhrəmanov bildirdi ki, 1988-ci ildə ermənilərin iqtisadi səbəblərlə başlatdığı, sonra siyasi səbəblərə çevrilən hadisələr, eyni zamanda 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, torpaqlarımızın bir-birinin ardınca işğalı əvvəlcədən hazırlanmış eyni ssenarinin tərkib hissələridir. Azərbaycana rəhbərlik edən ovaxtlı rəhbər azərbaycançılıqdan, milli hisslərdən uzaq bir insan idi. O, ancaq mərkəzin dediyi işləri həyata keçirirdi. 
          1990-cı il yanvarın 15-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri Elmira Qafarova Moskva şəhərində ezamiyyətdə ikən Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin qeyri-qanuni iclasında yetərsay olmadığı halda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun təkidi ilə qəbul edilmiş qərarda Azərbaycanda fövqəladə vəziyyətin tətbiq edilməsinə razılıq verilmişdir. Bu bir daha təsdiq edir ki, 20 yanvar faciəsi qabaqcadan planlaşdırılmış cinayət aktıdır. Həmin qərarda  Dağlıq Qarabağ Muxtar Vilayətində, Azərbaycan SSR-nin ona bitişik rayonlarında, Rusiyanın Azərbaycanla həmsərhəd olan rayonlarında və Ermənistanın Gorus rayonunda fövqəladə vəziyyət elan olunur. Bu qərardan görünür ki, Dağlıq Qarabağ Azərbaycandan ayrı başqa bir ərazi kimi təqdim edilir. 
        Yanvar ayının 18-də Moskvada fəhlə kəndli zəhmətkeşlərinin müşavirəsində Qorbaçov çıxış edərək xalqa belə müraciət etdi ki, orada  - yəni Bakıda yığışıb Sovet hökumətinin devirmək və islam dövləti yaratmaq istəyirlər. Bütün Sovet xalqının iradəsini nəzərə alaraq təxirəsalınmaz tədbirlər görməyə məcbur olmuşuq. Bu fikir artıq 20 Yanvar faciəsinə aparan yolda qoyulmuş bir məsələ idi. 
        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov  bildirdi ki, XX əsrin 80-ci illərində başlamış milli azadlıq hərəkatının yeni mərhələsi ölməkdə olan sovet imperiyasının hakim qüvvələrini qorxuya saldı. Azərbaycan xalqının müstəqillik tələblərini, milli azadlıq hərəkatının qarşısını almaq üçün imperiya qüvvələri qanlı repressiya vasitələrinə əl atdılar. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi qüvvələri ağır texnikanın müşayiəti ilə heç bir səbəb olmadan Bakıya yeridildi. Şəhərə hücum etmiş sovet ordusu sıralarında olan ermənilər dinc əhaliyə divan tutulmasında xüsusi qəddarlıqları ilə seçilirdilər.
        Rayonumuzun rəhbəri qeyd etdi ki, 20 Yanvar faciəsinin 1-ci ildönümünə qədər Xocalı şəhərində hündür bir yerdə faciə qurbanlarının xatirəsinə abidə ucaldıldı. Həmin abidə bəlkdə də Respublikada ən birinci ucaldılmış abidə idi. Abidənin açılışı zamanı komendat saatı mövcud idi. İzdihamlı mitinqi rus ordusu mühasirəyə almışdı. Mitinqin dayandırılması üçün qarşıdurma yarana bilərdi. Ancaq bizim ağsaqqallarımızın, müəyyən insanların vasitəçiliyi olmasaydı, bəlkə də Xocalıda yeni bir 20 Yanvar faciəsi yaşanacaqdı. 
        Sonda Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə, Kosalar kənd mədəni-maarif işçilərinin və Xocalı rayon Kosalar və Yaloba kənd tam orta məktəblilkərinin iştirakı ilə "Şəhidlər unudulmur" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. 
        



































Paylaşın:

Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyevin hesabat məruzəsi dinlənildi

        17 yanvar tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısının Kərkicahan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2018-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə dair hesabatı iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəsssiə rəhbərləri və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər. 
        Hesabat iclasının reqlamentinə əsasən sədr və katib hesabat iclası iştirakçıları tərəfindən səsə qoyalaraq seçildi. 
        Sonra Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, əldə olunan nailiyyətlərdən, eyni zamanda nümayəndəlikdə və ona tabe olan idarə və müəssisələrdə görülən işlər haqqında məlumat verdi, qarşıda duran vəzifələri və qəsəbə sakinlərinin təklifləri diqqətə çatdırdı. 
        Dərgah Haqverdiyev bildirdi ki, 01 yanvar 2019-cu il tarixə Kərkicahan qəsəbə əhalisi 655 təsərrüfatdan və 2375 nəfərdən, Xankəndi şəhər əhalisi isə 522 təsərrüfatdan 1925 nəfərdən ibarətdir.
        2018 – ci ildə Kərkicahan qəsəbəsi üzrə 15 nəfər doğum, 9 nəfər ölüm, 114 nəfər gələn və 65 nəfər gedən qeydiyyata alınmışdır.Qəsəbə əhalisinin artım faizi 2,3 %, ölüm faizi 0,3 % olmuşdur.Bir yaşadək ölüm və ölü doğulma halları olmamışdır.
        01 yanvar 2019 – cu il tarixə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 367 baş iribuynuzlu heyvan, 751 baş xırdabuynuzlu heyvan, 1380 ədəd ev quşu, 541 arı ailəsi və 9 baş at qeydiyyata alınmışdır. İl ərzində 520 sentner ət, 4600 litr süd istehsal olunmuşdur.6 hektar sahədə əkin aparılmışdır. 4 hektar sahədən 1000 sentner kartof, 2 hektar sahədən isə 140 sentner (xiyar 68 sentner, 72 sentner pamidor) tərəvəz yığılmışdır.
        2018-ci ildə Kərkicahan qəsəbə, Xankəndi şəhər və rayon sakinlərinə aidiyyati üzrə müxtəlif məzmunlu 496 ədəd arayışlar verilmişdir. Xocalı rayon İcra Hakimiyyətinə, rayonun digər idarə, müəssisə və təşkilatlarına, Gəncə şəhərinin Nizami rayonunun aidiyyati üzrə müxtəlif dövlət qurumlarına 71 ədəd müxtəlif məzmunlu məktublar göndərilmişdir. Rayon İcra Hakimiyyətindən və rayonun digər aidiyyati orqanlarından icra olunmaq üçün nümayəndəliyə 47 ədəd müxtəlif məzmunlu məktub və sərəncamlar daxil olmuş və icrası tam təmin olunmuşdur. 2018-ci ildə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 25 ədəd əmr, 25 ədəd sərəncam verilmişdir. İl ərzində 14 dəfə iclas və yığıncaqlar keçirilmiş, protokollar tərtib olunmuşdur. Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vətəndaşlar tərəfindən 9 ədəd ərizə daxil olmuş və 8 ərizə müsbət həllini tapmış, 1 ədəd ərizə isə icraata götürülmüşdür.
        Dərgah Haqverdiyev Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qarşısında vətəndaşlar tərəfindən qaldırılan məsələlər və verilən təklifləri də məruzə etdi. Yataqxanaların, ictimai binaların, sanatoriyaların və s. qəzalı vəziyyətdə olduğunu və məskunlaşan ailələrin sıxlığını nəzərə alaraq mərhələli şəkildə köçürülmələri üçün yeni fərdi yaşayış evlərinin və ya binaların tikilməsindən ötəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi qarşısında yenidən məsələ qaldırılmasına köməklik göstərilməsini, aztəminatlı ailələrin özünəməşğulluq proqramlarına cəlb olunmalarına köməklik göstərilməsini, Elektron Hökumətin yaradılması ilə əlaqədar icra nümayəndəliyində əksər işlərin elektron variantda aparılacağını nəzərə alaraq nümayəndəliyə köhnəni əvəz etmək üçün bir kompyuter dəstinin alınmasına köməklik göstərilməsini rayon rəhbərindən xahiş etdi. 
        Məruzə ətrafı çıxışlarda Xankəndi şəhər Natiq Şahmuradov adına 6 -li Kərkicahan qəsəbə tam orta mətəbinin direktoru Arzu Hacıyeva rəhbərlik etdiyi məktəbin ötən tədris ilində nailiyyətlərindən, "Təhsildə keyfiyyət ili" ilə əlaqədar görülən tədbirlərdən danışdı. Kərkicahan qəsəbə sakini Hacı Rəsulov, Kərkicahan qəsəbə həkim-amblatoruyasının tibb bacısı Sara Məhərrəmova hesabat məruzəsini qənaətbəxş saydıqlarını qeyd etdilər. 
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı, hesabat iclasının sədri cənab Şahmar Usubov sonda hesabat məruzəsinə münasibət bildirdi. Dərgah Haqverdiyevin öz işinə məsuliyyətlə yanaşdığını, yerli icra hakimiyyəti orqanının verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdiyini dedi. Nümayəndəliyin 2018-ci ildə gördüyü işləri qənaətbəxş saydı. 
        Şahmar Usubov ayrı-ayrı rayonlarda məskunlaşan sakinlərlə keçirilən səyyar - qəbul görüşlərdə problemlərin yerində öyrənilməsi və həlli istiqamətində lazımi tədbirlər görüldüyünü bildirdi. Bunun nəticəsi olaraq sakinlər tərəfindən yerli icra hakimiyyətinə daxil olan ərizələrin sayının azaldığını diqqətə çatdırdı. 
        Dövlət Proqramına əsasən, Xocalı rayon sakinləri üçün 6 qəsəbə salındığını bildirən Şahmar Usubov, 2019-cu ildə Gəncə şəhəri ərazisində yeni qəsəbələrin salınacağının gözlənildiyini dedi. Bildirdi ki, həmin qəsəbələrə Kərkicahan sakinlərinin də köçürülməsi nəzərdə tutulub. Kərkicahan sakinlərinin yeni qəsəbələrə köçürülməsi ilə mövcud olan bir çox problemlər həll olunacaq.
        Şahmar Usubov Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən - günə artdığını bildirdi. Dövlətimizin iqtisadiyyatı, Ordumuzun gücü, artdıqca xalqımızın rifahı, ölkəmizin qüdrətinin də artığını vurğuladı.
        Rayonumuzun rəhbəri qeyd etdi ki, Aprel döyüşlərində və uğurlu Günnüt əməliyyatlarında beynəlxalq aləm Azərbaycan Ordusunun gücünü gördü. Müvvəqəti olaraq Aprel döyüşlərinin dayandırılması Ermənistana Qarabağ probleminin sülh yolu ilə həlli üçün bir daha imkan verir. Ancaq bu onlar üçün sonuncu zaman, axırıncı imkandır. Azərbaycan dövləti hansı yolla olur-olsun işğal olunmuş torpaqlarını azad edəcək. Cənab Prezidentimizin apardığı uğurlu siyasət bizim inamımızı bir daha artırır.  
       









        






Paylaşın:

Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəliyinin hesabat iclası keçirilib

       14 yanvar tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəliyinin hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov və mədəniyyət işçiləri iştirak edirlər. 
         Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov məruzə ilə çıxışında bildirdi ki, nümayəndəliyin tabeliyində 32 şəbəkə fəaliyyət göstərir. Onlardan 2-si mədəniyyət evi, 14-ü klub, 1-i Tarix-Diyarşünaslıq muzeyi, 3-ü uşaq-musiqi məktəbi, 1-i MKS və 11-i kitabxana filialıdır.
        Cari ildə Azərbaycan Respublikasının Prezidentinin əmr və sərəncamlarına uyğun olaraq bütün dövlət əhəmiyyətli bayram, anım günləri və Xocalı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən ümumrayon tədbirlərinin bədii hissələri rayon mədəniyyət evi tərəfindən hazırlanaraq əhalimizə mədəni xidmətlər göstərilmişdir.
        Nümayəndəliyin nəzdində 3 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbi Goranboy şəhərində Dövlət Qaçqınkom tərəfindən müasir üslubda tikilmiş binada fəaliyyət göstərir. Məktəbdə 33 müəllim, 101 şagird, 3 texniki işçi var. İl ərzində 14 buraxılış, 14 qəbul olub. Onlardan ali və orta ixtisas məktəblərinə qəbul olan yoxdur. 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Allahverdiyev Pərviz Ramiz oğlunun əmək müqaviləsi bitdiyi üçün işinə xitam verilmişdir. Hal–hazırda direktor vəzifəsi vakant olaraq qalmaqdadır. Xocalı şəhər 2 nömrəli Uşaq musiqi məktəbi Bakı şəhər Sabunçu rayonunun Pirşağı qəsəbəsində Santexmontajın yataqxanasının 1-ci mərtəbəsində fəaliyyət göstərir. Məktəbdə 21 müəllim, 120 şagird, 2 texniki işçi var. İl ərzində 17 buraxılış, 18 qəbul olub. Onlardan orta ixtisas məktəblərinə - musiqi kollecinə 3 şagird qəbul olub. Məktəbdə sinif otaqlarının sayı az olduğu üçün cənab başçının razılığı və köməkliyi ilə məktəbə yaxın məsafədə yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbin 7 sinif otağından istifadə edilir.
Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən müasir üslubda tikilmiş binada fəaliyyət göstərir. Məktəbdə 42 müəllim, 118 şagird, 2 texniki işçi var. İl ərzində 17 buraxılış, 23 qəbul olmuşdur. Onlardan 2-si Orta ixtisas məktəbinə-Musiqi kollecinə qəbul olub. Məktəbdə  sinif otaqlarının sayı az olduğu üçün cənab başçının razılığı və köməkliyi ilə məktəbə yaxın məsafədə yerləşən Xocalı şəhər 4  nömrəli tam orta məktəbin 7 sinif otağından istifadə edilir. 1 və 2 nömrəli Uşaq musiqi məktəblərində son 2 ildə demək olar ki, ikinci iş yeri kimi işləyən müəllimlər yoxdur. Ancaq 3 nömrəli uşaq musiqi məktəbində müəllim çatişmamazlığına görə 7 müəllim ikinci iş yeri kimi işləyir.
        Mərkəzləşdirilmiş Kitabxana Sistemi rayonun kitabxana filiallarının mərkəzidir. MKS-də 6 şöbə fəaliyyət göstərir. Nazirliyin kitabxana sektoru tərəfindən verilən kitablar vaxtlı-vaxtında MKS-ə çatdırılır və işlənilir. Kitabxana işçilərinin ixtisasartırma kurslarına ezam olunmaları Mərkəzi kitabxanalar tərəfindən vaxtında göndərilir. MKS 2018-ci ildə 46204 min nüsxə kitabla 2257 nəfər oxucuya xidmət etmişlər. İl ərzində 32 min nüsxə kitab verilişi olmuşdur. 2018-ci ildə fondumuza 1297 nüsxə kitab daxil olmuşdur. Bunlardan da 1236 nüsxə bədii ədəbiyyat, 27 nüsxə fotoalbom, 34 ədəd disk daxil olub.
        Yaloba kənd Tarixi-Diyarşünaslıq muzeyi cənab başçının köməyilə Gəncə şəhər yaxınlığında salınmış Yeni qəsəbə 2-də 4 otaqlı yaşayış evində fəaliyyətini davam etdirir. Muzeydə muzey tərtibatı mümkün qədər öz həllini tapıb. Muzeydə 120 eksponant, 450 fotoşəkil, 70 ədəd numizmatik əşyalar, 32 ədəd nəqqaşlıq-rəssamlıq nümunəsi və 12 ədəd qədim tarixə malik xalça var. İl boyu 3250 nəfər qəsəbə sakinləri, məktəb şagirdləri və qonaqlar muzeyi ziyarət etmiş, muzeydə 32 sərgi, 14 ekskursiya təşkil olunmuşdur.
        Nümayəndəliyə il ərzində 102 məktub, 14 ərizə daxil olmuşdur. Məktublar aidiyyəti üzrə cavablandırılmışdır
        Rayonun mədəniyyət müəssisələrin fəaliyyətindən məlumat verərkən görülən yaxşı işlərlə bərabər nöqsanlardan danışmamaq olmaz. Əvvəlki illərdən fərqli olaraq mədəniyyət müəssisələrimizin demək olar ki, 98 faizinin iş yerləri uygunlaşmış binalarda, otaqlarda təşkil edilib. Cəmi 3 müəssisəmiz şəxsi evdə fəaliyyət göstərir. Ancaq köçkünlük şəraiti olduğundan onların işə davamiyyətlərini tərəfimizdən gündəlik nəzarətdə saxlaya bilmirik. Bu sahədə bizə ərazi icra nümayəndələri də kömək edirlər.
        Nümayəndənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində işçilərin əmək icra intizamını və işə dəvamiyyətini yoxlamaq məqsədi ilə tərəfimizdən monitorinqlər keçirilir. Aşkar olunmuş nöqsan və çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə tərəfimizdən seminar müşavirələr və şura iclasları keçirilir və bu müşavirələrdə yaranmış nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə lazımı tapşırıq və tövsiyyələr verilir. 
        Məruzə ətrafı çıxışlarda Xocalı şəhər 3 nömrəli uşaq-musiqi məktəbinin direktoru Rüstəm Hümbətov, Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəhram Məmmədov, Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov, Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov rəhbərlik etdiyi idarələrin gördüyü işlərdən danışdılar. Ruslan Bəşirovun hesabat məruzəsinin qənaətbəxş sayılmasının təklifini verdilər. 
        Lamiyə Qarayeva hesabat məruzəsini dinlədikdən sonra maünasibət bildirdi. İl ərzində görülən işləri qənaətbəxş saydı. Bununla bərabər, bəzi idarə, müəssisə rəhbərlərinə öz təklif və iradlarını çatdırdı. İcra Hakimiyyəti tərəfindən göndərilən sorğulara vaxtlı-vaxtında cavab verilməsinin vacibliyini qeyd etdi. Sənədləşdirmə işlərində müəyyən nöqsanların olduğunu dedi. Uşaq-musiqi məktəblərinin rəhbərlərinə fəaliyyətlərinin səmərəliyinin artırılması üçün müsabiqələr təşkil etmələrini tövsiyə etdi. Bəzi klubların zəif fəaliyyət göstərdiyini, belə davam etmələrinin mənfi hal olduğunu vurğuladı. Ümumrayon tədbirlərində bütün mədəniyyət işçiləri fəal iştirak etməlidir. Rayon icra hakimiyyəti tərəfindən idarələrə maarifləndirici tədbirlərin keçirilməsi üçün ünvanlanan rəsmi məktublar icra olunmalıdır. Biz işimizə məsuliyyətlə yanaşaraq, keçirdiyimiz tədbirlərlə vətənpərvərlik ruhu aşılamalıyıq.
        
                         

  


        






Paylaşın:

Xocalı Rayon Təhsil Şöbəsinin ötən tədris ilində gördüyü işləri və qarşıda duran vəzifələri müzakirə edildi

        15 yanvar tarixdə Xocalı Rayon Təhsil Şöbəsinin 2017-2018-ci tədris ilində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakmiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon təhsil şöbəsinin əməkdaşları və təhsil işçiləri iştirak etdilər.
        Hesabat iclasının reqlamentinə əsasən sədr və katib seçildikdən sonra Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev geniş məruzə ilə çıxış edərək görülən işlər haqqında məlumat verdi. Şakir Əliyev bildirdi ki, 2018-ci ilin oktyabrında rayonumuzun 2 nəfər təhsil işçisi - Xocalı RTŞ-nin metodisti Abışova Aliyə Eyvaz qızı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalına və RTŞ-nin aparıcı məsləhətçisi Həsənov Nəcəf Əyyub oglu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. 
        2017-2018-ci dərs ilinin yekunu, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticəsi 10 avqust 2018-ci il tarixdə məktəb direktorları ilə birlikdə Xocalı RTŞ-nin təhsil şurasında müzakirə olunmuşdur. Şurada fənlər üzrə şagirdlərin qeyri-müvəffəq qiymət alması, onun səbəbləri araşdırılmış və bu kimi halların ayrı-ayrı fənn müəllimlərinin öz peşələrinə məsuliyyətsiz yanaşmasından irəli gəldiyi nəticəsinə gəlinmşdir. Zəif nəticələr göstərən məktəblərin direktorlarına ciddi tapşırıqlar verilmiş, həmin məktəblərə RTŞ-nin nəzarəti daha da gücləndirilmişdir. 
        2017-ci il məzunlarının 55%-i, 2018-ci il məzunlarının isə 56%-i ali və orta ixtisas məktəblərinə  qəbul olmuşlar. 2018-ci ildə ali məktəblərə qəbul olanlardan 5 nəfəri 500-dən yuxarı (Xocalı şəhər 2 saylı, 3 saylı, 5 saylı, Kərkicahan, Kosalar kənd tam orta məktəbinin hər birindən bir  nəfər), 3 nəfəri isə 600-dən yuxarı (Xocalı şəhər 1 saylı tam orta məktəb üzrə 1 nəfər, Xocalı şəhər 4 saylı tam orta məktəb üzrə 2 nəfər) balla  ali məktəblərə qəbul  olmuşlar.
        İl ərzində rayonumuzun ümumtəhsil məktəblərinin şagirdləri fənn olimpiadalarının məktəb  və  rayon mərhələsində iştirak etmişlər. 
        2017-2018-ci tədris ilində respublikanın təhsil müəssisələrində “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. “İl” çərçivəsindı həyata keçiriləcək bir sıra tədbirləri özündə əks etdirən tədbirlər planı hazırlanmışdır. 2018-ci il ərzində bir sira işlər görülmüşdür. “İl” çərçivəsində həyata keçiriləcək tədbirlər diqqət mərkəzində saxlanılmışdır ki, təlim-tərbiyənin keyfiyyəti artırılsın. 
        Sonra məruzə ətrafında çıxışlarda Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin direktoru Məhəmməd Məmmədov, Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva, Xocalı şəhər 3 saylı tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çalışdıqları məktəblərdə 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlərdən, həmçinin müəyyən nöqsanların başvermə səbəblərindən danışdılar. Çıxış edən təhsil işçiləri Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyevin məruzəsinə müsbət qiymət verdilər. Rayon təhsilinin inkişafı üçün öz üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərini vurğuladılar. 
        Lamiyə Qarayeva hesabat məruzəsini və məruzə ətrafında çıxışları dinlədikdən sonra hesabat məruzəsinə münasibət bilirərək öz təklif və iradlarını dedi. Məktəblərin ictimai birliklərlə işləməyinin müsbət nəticə verə biləcəyini qeyd etdi. Rayon təhsilində müsbət irəliləyişlərin olduğunu, bununla bərabər ali məktəbə qəbul imtahanlarında əvvəllər zəif nəticə göstərən məktəblərdə son imtahanların nəticəsinə nəzərən ciddi fərqin nəzərə çarpmadığını diqqətə çatdırdı. Məktəb direktorları ilə yanaşı, müavinlərin, psixoloqların və digər rəhbər işçilərin məsuliyyətlə çalışmağının vacibliyini vurğuladı. Məktəbdaxili sənədləşdirmə işlərində müəyyən nöqsanların olduğunu bildirən Lamiyə Qarayeva rayon təhsil şöbəsinin əməkdaşlarının mütəmadi olaraq məktəblərdə monitorinqlər keçirməyinin əhəmiyyətindən danışdı. 
        Lamiyə Qarayeva ötən tədris ilində Xocalı rayon Təhsil Şöbəsinin gördüyü işləri qənaətbəxş saydı. Rayonumuzun təhsil işçilərinin fəaliyyətinə uğurlar arzuladı.
        Hesabat iclası qərar layihəsinin oxunması ilə yekunlaşdı.
           
          







                         
Paylaşın:

Ən çox oxunan

Blog Arşivi