BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

11 Ocak 2019 Cuma

Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəliyinin illik hesabat iclası keçirildi

Posted at  1/11/2019  |  in  Ümumi hadisələr

        11.01.2019-cu il tarixdə Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon İcra Hakimiyyəti başçısının Meşəli kənd İƏD-si üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəssisə rəhbərləri, Meşəli kənd sakinləri iştirak etdilər.
        Hesabat iclasının reqlamentinə əsasən əvvəlcə hesabatı aparmaq üçün sədr və katib seçildi. Sonra Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə nümayəndəliyin və ona tabe ictimai müəssisələrin gördüyü işlər, qarşıda duran vəzifələr, həmçinin qəsəbədə məskunlaşan sakinləri narahat edən məsələlər haqqında məlumat verdi. İlqar Kazımov bildirdi ki, qəsəbədə içməli su, qaz,  işıq və  telefon xətti çəkilib. Demək  olar  ki, qəsəbə  əhalisinin  yarısı  internetdən  istifadə  edir. Rayonumuzun rəhbəri Cənab Şahmar Usubovun  köməyi  nəticəsində suvarma suyu  çəkilmiş və istifadəyə verilmişdir.
        2018-ci  ildə  4  nəfər  işsiz  sakin  nümayəndəlik  tərəfindən  yönəldilərək Xocalı  rayon  Məşğulluq  Mərkəzində  qeydiyyata alınmış və idarə təşkilatlarında  işlə təmin  olunmuşdur.   
Xalça sexində işləmək üçün əhali arasında sorğu  keçirilmiş, aparılan sorğuya əsasən 33 nəfər işləmək üçüm müraciət etmişlər. Meşəli sakinləri Respublikamızın 17 ayr-ayrı rayonunda  məskunlaşmışdır. Mütəmadi  olaraq  rayonlara  gedir, sakinlərimizlə  görüşürük.
        Meşəli  kənd  nümayəndəliyi 10 ildir Goranboy  rayonunun  Meşəli  qəsəbəsində  fəaliyyət  göstərir. Meşəli  kənd  nümayəndəliyinin  əhalisi  2  ədəd  təsərrüfat başına  kitabında  qeydiyyata  alınmışdır. Hazırda  nümayəndəlikdə 173  ailə 634  nəfər  sakin  var.  Bunlardan  kişilər  320  nəfər, 314 nəfər qadındır.
        Meşəli  kəndində 12 şəhid  ailəsi və  bir  valideyinini  itirən 10  ailə  var.         
Ali təhsilli - 37 nəfər, orta  ixtisaslı - 21  nəfərdir. Hal – hazırda sakinlərimizin  6  nəfəri  ali məktəblərdə, 2  nəfəri  isə  orta ixtisas məktəbində  oxuyur.
        Büdcə təşkilatında işləyənlər 63  nəfər, pensiya  və  müavinət  alanlar  135  nəfərdir. Əhalinin  sahibkarlıqla  məşğul  olan  hissəsi - 21  ailədə 118  nəfərdir.
        Əhalinin  istifadəsində  olan  iri buynuzlu  mal-qaranın sayı 154  baş təşkil  edir. 9 hektar  sahədə buğda əkilmiş, 310  sentner  məhsul  olmuşdur. 6  hektar  arpa  əkilmiş  və  135 sentner  məhsul  biçilmişdir.  3  hektar  kartof  əkilmiş,  270 sentner məhsul olmuşdur. Tərəvəz  2  hektar  əkilmiş,  51 sentner məhsul  olmuşdur.
        Nümayəndəlikdə  il ərzində doğulan  uşaq  sayı  11 nəfərdir.
        Nümayəndəlik  il  ərzində  24 əmr və  465 ədəd  arayış  vermişdir. Nümayəndəliyə  30  müxtəlif  məzmunlu məktub daxil  olmuş, həmin  məktublar  öz  məzmunu  əsasında  cavablandırılmışdır.  Bizim  tərəfimizdən  58  məktub müxtəlif  ünvanlara  göndərilmiş  və  həllini  tapmışdır.  Nümayəndəliyə  il  ərzində  3  ərizə  daxil  olmuş, onların  heç  biri  şikayət  xarakterli  olmamışdır  və  hamısı  müsbət  icra  olmuşdur. Bundan  əlavə  bizə  ünvanlanan şifahi  müraciətlərə öz  köməkliyimizi  göstərmişik.
        Uşaq baxçasıda tam  təmir  olunmuş  6 otaqda  fəaliyyət  göstərir.  Bağçada  bütün  şərait  var  və  heç bir problem  yoxdur. Bütün  otaqlar  avadanlıqla  təmin  olunub, daimi  isti  suyu, enerji  xətti  və  telefon  xətti  ilə təmin  olunub. Bağçada 7 nəfər  işçi 16  nəfər  uşağa  xidmət  edir.
Kənd  klubu  tam  təmir  olunmuş 1 otaqda  fəaliyyət  göstərir. Enerji  və  telefon  xətti  çəkilib.  Klubda 3 nəfər  işçi əhaliyə  xidmət  göstərir. Kənd  kitabxanası  hal-hazırda  2  təmirli  otaqda  fəaliyyət  göstərir.  Kitabxanada  avadanlıqla  tliəmin  olunub  və 2 nəfər  işçi  çalışır.
        Məruzə ətrafı çıxışlarda Meşəli kənd tam orta məktəbinin direktoru Alış Alışov rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışdı. Məktəbdə 92 nəfər şagirdin  təlim-tərbiyəsi ilə 24  nəfər müəllim  heyyəti  məşğul olduğunu bildirdi. 2017-2018-ci tədris ilinin  XI  sinif  məzunlarından  1  nəfər, əvvəlki tədris ilinin məzunlardan isə 1 nəfər ali, 1 nəfər orta ixtisas  məktəblərinə  daxil  olduğunu diqqətə çatdırdı. Sinif  otaqlarının  sayı  az olduğuna  görə  dərslərin  2  növbəli  sistemlə  keçirildiyini qeyd etdi. Bunun üçün modil tipli otaqların verilməsinə köməklik olunmasını xahiş etdi.
        Meşəli kənd tam orta məktəbin tarix müəllimi Sabir Qasımov qəsəbədaxili yolların şebellənməsinin əhalinin gediş-gəlişi üçün rahatlıq yaradacağını bildirdi.
        Məruzə ətrafında çıxış edən natiqlər nümayəndəliyin işini qənaətbəxş saydılar.
        Sonra sakinlər onları narahat edən məsələlər haqqında rayonumuzun rəhbərinə məlumat verdilər və mövcud problemlərin həllinə köməklik istədilər. Qəsəbə daxili yollara çınqıl tökülməsi, qəsəbədaxili çürümüş su xəttlərinin politilen borularla əvəz edilməsi, əhaliyə əkin üçün torpaq  sahəsinin ayrılması qaldırılan məsələlər arasında ən vacibləri idi.
       Xocalı rayon İcra Hakimiyyətinin başçıcısı cənab Şahmar Usubov nümayəndəliyin illik hesabat məruzəsinə münasibət bildirdi. Şahmar Usubov qəsəbə sakinlərinin problemlərini dinləyərək onların həlli üçün aidiyyatı idarələrə tapşırıqlar verdi. Bəzi məsələlər yerindəcə həll edildi.
        Rayonumuzun rəhbəri çıxışında bildirdi ki, 2018-ci ildə ölkəmiz üçün uğurlu il olmuşdur. Qarabağ probleminin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bizim gücümüz xalq-iqtidar birliyindədir.  Bu birlik bizi uğurlara aparır və qələbə gününü daha da yaxınlaşdırır.
        Şahmar Usubov meşəlilərin dövlətimizə və dövlətçiliyimizə sədaqətini, ictimai işlərə münasibətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Meşəli sakinləri bütün seçkilərdə fəallıq göstərir, ölkə başçının apardığı daxili və xarici siyasəti dəstəkləyirlər.
        Azərbaycanın hər yeri Vətən torpağıdır. Biz müvəqqəti məskunlaşdığımız yerlərdə hər cür şəraitlə təmin edilsək də, doğma torpağımız bizim üçün əzizdir. İnşallah tezliklə doğma yurd yerlərimizə qayıdacağıq.













Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top