15 yanvar tarixdə Xocalı Rayon Təhsil Şöbəsinin 2017-2018-ci tədris ilində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakmiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon təhsil şöbəsinin əməkdaşları və təhsil işçiləri iştirak etdilər.
Hesabat iclasının reqlamentinə əsasən sədr və katib seçildikdən sonra Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev geniş məruzə ilə çıxış edərək görülən işlər haqqında məlumat verdi. Şakir Əliyev bildirdi ki, 2018-ci ilin oktyabrında rayonumuzun 2 nəfər təhsil işçisi - Xocalı RTŞ-nin metodisti Abışova Aliyə Eyvaz qızı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalına və RTŞ-nin aparıcı məsləhətçisi Həsənov Nəcəf Əyyub oglu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür.
2017-2018-ci dərs ilinin yekunu, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticəsi 10 avqust 2018-ci il tarixdə məktəb direktorları ilə birlikdə Xocalı RTŞ-nin təhsil şurasında müzakirə olunmuşdur. Şurada fənlər üzrə şagirdlərin qeyri-müvəffəq qiymət alması, onun səbəbləri araşdırılmış və bu kimi halların ayrı-ayrı fənn müəllimlərinin öz peşələrinə məsuliyyətsiz yanaşmasından irəli gəldiyi nəticəsinə gəlinmşdir. Zəif nəticələr göstərən məktəblərin direktorlarına ciddi tapşırıqlar verilmiş, həmin məktəblərə RTŞ-nin nəzarəti daha da gücləndirilmişdir.
2017-ci il məzunlarının 55%-i, 2018-ci il məzunlarının isə 56%-i ali və orta ixtisas məktəblərinə qəbul olmuşlar. 2018-ci ildə ali məktəblərə qəbul olanlardan 5 nəfəri 500-dən yuxarı (Xocalı şəhər 2 saylı, 3 saylı, 5 saylı, Kərkicahan, Kosalar kənd tam orta məktəbinin hər birindən bir nəfər), 3 nəfəri isə 600-dən yuxarı (Xocalı şəhər 1 saylı tam orta məktəb üzrə 1 nəfər, Xocalı şəhər 4 saylı tam orta məktəb üzrə 2 nəfər) balla ali məktəblərə qəbul olmuşlar.
İl ərzində rayonumuzun ümumtəhsil məktəblərinin şagirdləri fənn olimpiadalarının məktəb və rayon mərhələsində iştirak etmişlər.
2017-2018-ci tədris ilində respublikanın təhsil müəssisələrində “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. “İl” çərçivəsindı həyata keçiriləcək bir sıra tədbirləri özündə əks etdirən tədbirlər planı hazırlanmışdır. 2018-ci il ərzində bir sira işlər görülmüşdür. “İl” çərçivəsində həyata keçiriləcək tədbirlər diqqət mərkəzində saxlanılmışdır ki, təlim-tərbiyənin keyfiyyəti artırılsın.
Sonra məruzə ətrafında çıxışlarda Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin direktoru Məhəmməd Məmmədov, Xocalı şəhər 4 saylı tam orta məktəbin təşkilatı işlər üzrə direktor müavini Şahnaz Əliyeva, Xocalı şəhər 3 saylı tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çalışdıqları məktəblərdə 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlərdən, həmçinin müəyyən nöqsanların başvermə səbəblərindən danışdılar. Çıxış edən təhsil işçiləri Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyevin məruzəsinə müsbət qiymət verdilər. Rayon təhsilinin inkişafı üçün öz üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərini vurğuladılar.
Lamiyə Qarayeva hesabat məruzəsini və məruzə ətrafında çıxışları dinlədikdən sonra hesabat məruzəsinə münasibət bilirərək öz təklif və iradlarını dedi. Məktəblərin ictimai birliklərlə işləməyinin müsbət nəticə verə biləcəyini qeyd etdi. Rayon təhsilində müsbət irəliləyişlərin olduğunu, bununla bərabər ali məktəbə qəbul imtahanlarında əvvəllər zəif nəticə göstərən məktəblərdə son imtahanların nəticəsinə nəzərən ciddi fərqin nəzərə çarpmadığını diqqətə çatdırdı. Məktəb direktorları ilə yanaşı, müavinlərin, psixoloqların və digər rəhbər işçilərin məsuliyyətlə çalışmağının vacibliyini vurğuladı. Məktəbdaxili sənədləşdirmə işlərində müəyyən nöqsanların olduğunu bildirən Lamiyə Qarayeva rayon təhsil şöbəsinin əməkdaşlarının mütəmadi olaraq məktəblərdə monitorinqlər keçirməyinin əhəmiyyətindən danışdı.
Lamiyə Qarayeva ötən tədris ilində Xocalı rayon Təhsil Şöbəsinin gördüyü işləri qənaətbəxş saydı. Rayonumuzun təhsil işçilərinin fəaliyyətinə uğurlar arzuladı.
Hesabat iclası qərar layihəsinin oxunması ilə yekunlaşdı.
15 Ocak 2019 Salı
Homepage
» Xocalı Rayon Təhsil Şöbəsinin ötən tədris ilində gördüyü işləri və qarşıda duran vəzifələri müzakirə edildi
Xocalı Rayon Təhsil Şöbəsinin ötən tədris ilində gördüyü işləri və qarşıda duran vəzifələri müzakirə edildi
Posted at 1/15/2019 |  in Ümumi hadisələr
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: