17 yanvar tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısının Kərkicahan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin
2018-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə dair hesabatı iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəsssiə rəhbərləri və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər.
Hesabat iclasının reqlamentinə əsasən sədr və katib hesabat iclası iştirakçıları tərəfindən səsə qoyalaraq seçildi.
Sonra Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, əldə olunan nailiyyətlərdən, eyni zamanda nümayəndəlikdə və ona tabe olan idarə və müəssisələrdə görülən işlər haqqında məlumat verdi, qarşıda duran vəzifələri və qəsəbə sakinlərinin təklifləri diqqətə çatdırdı.
Dərgah Haqverdiyev bildirdi ki, 01 yanvar 2019-cu il tarixə Kərkicahan qəsəbə əhalisi 655 təsərrüfatdan
və 2375 nəfərdən, Xankəndi şəhər əhalisi isə 522 təsərrüfatdan 1925 nəfərdən
ibarətdir.
2018 – ci ildə
Kərkicahan qəsəbəsi üzrə 15 nəfər doğum, 9 nəfər ölüm, 114 nəfər gələn və 65 nəfər
gedən qeydiyyata alınmışdır.Qəsəbə əhalisinin artım faizi 2,3 %, ölüm faizi 0,3
% olmuşdur.Bir yaşadək ölüm və ölü doğulma halları olmamışdır.
01 yanvar 2019
– cu il tarixə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən
367 baş iribuynuzlu heyvan, 751 baş xırdabuynuzlu heyvan, 1380 ədəd ev quşu, 541
arı ailəsi və 9 baş at qeydiyyata alınmışdır. İl ərzində 520 sentner ət, 4600
litr süd istehsal olunmuşdur.6 hektar sahədə əkin aparılmışdır. 4 hektar sahədən
1000 sentner kartof, 2 hektar sahədən isə 140 sentner (xiyar 68 sentner, 72
sentner pamidor) tərəvəz yığılmışdır.
Dərgah Haqverdiyev Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qarşısında vətəndaşlar tərəfindən qaldırılan məsələlər və verilən təklifləri də məruzə etdi. Yataqxanaların, ictimai binaların, sanatoriyaların və s. qəzalı vəziyyətdə olduğunu və məskunlaşan ailələrin sıxlığını nəzərə alaraq mərhələli şəkildə köçürülmələri üçün yeni fərdi yaşayış evlərinin və ya binaların tikilməsindən ötəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi qarşısında yenidən məsələ qaldırılmasına köməklik göstərilməsini, aztəminatlı ailələrin özünəməşğulluq proqramlarına cəlb olunmalarına köməklik göstərilməsini, Elektron Hökumətin yaradılması ilə əlaqədar icra nümayəndəliyində əksər işlərin elektron variantda aparılacağını nəzərə alaraq nümayəndəliyə köhnəni əvəz etmək üçün bir kompyuter dəstinin alınmasına köməklik göstərilməsini rayon rəhbərindən xahiş etdi.
Məruzə ətrafı çıxışlarda Xankəndi şəhər Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta mətəbinin direktoru Arzu Hacıyeva rəhbərlik etdiyi məktəbin ötən tədris ilində nailiyyətlərindən, "Təhsildə keyfiyyət ili" ilə əlaqədar görülən tədbirlərdən danışdı. Kərkicahan qəsəbə sakini Hacı Rəsulov, Kərkicahan qəsəbə həkim-amblatoruyasının tibb bacısı Sara Məhərrəmova hesabat məruzəsini qənaətbəxş saydıqlarını qeyd etdilər.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı, hesabat iclasının sədri cənab Şahmar Usubov sonda hesabat məruzəsinə münasibət bildirdi. Dərgah Haqverdiyevin öz işinə məsuliyyətlə yanaşdığını, yerli icra hakimiyyəti orqanının verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdiyini dedi. Nümayəndəliyin 2018-ci ildə gördüyü işləri qənaətbəxş saydı.
Şahmar Usubov ayrı-ayrı rayonlarda məskunlaşan sakinlərlə keçirilən səyyar - qəbul görüşlərdə problemlərin yerində öyrənilməsi və həlli istiqamətində lazımi tədbirlər görüldüyünü bildirdi. Bunun nəticəsi olaraq sakinlər tərəfindən yerli icra hakimiyyətinə daxil olan ərizələrin sayının azaldığını diqqətə çatdırdı.
Dövlət Proqramına əsasən, Xocalı rayon sakinləri üçün 6 qəsəbə salındığını bildirən Şahmar Usubov, 2019-cu ildə Gəncə şəhəri ərazisində yeni qəsəbələrin salınacağının gözlənildiyini dedi. Bildirdi ki, həmin qəsəbələrə Kərkicahan sakinlərinin də köçürülməsi nəzərdə tutulub. Kərkicahan sakinlərinin yeni qəsəbələrə köçürülməsi ilə mövcud olan bir çox problemlər həll olunacaq.
Şahmar Usubov Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gündən - günə artdığını bildirdi. Dövlətimizin iqtisadiyyatı, Ordumuzun gücü, artdıqca xalqımızın rifahı, ölkəmizin qüdrətinin də artığını vurğuladı.
Rayonumuzun rəhbəri qeyd etdi ki, Aprel döyüşlərində və uğurlu Günnüt əməliyyatlarında beynəlxalq aləm Azərbaycan Ordusunun gücünü gördü. Müvvəqəti olaraq Aprel döyüşlərinin dayandırılması Ermənistana Qarabağ probleminin sülh yolu ilə həlli üçün bir daha imkan verir. Ancaq bu onlar üçün sonuncu zaman, axırıncı imkandır. Azərbaycan dövləti hansı yolla olur-olsun işğal olunmuş torpaqlarını azad edəcək. Cənab Prezidentimizin apardığı uğurlu siyasət bizim inamımızı bir daha artırır.
0 şərhlər: