BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Ocak 2019 Salı

Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəliyinin hesabat iclası keçirilib

Posted at  1/15/2019  |  in  

       14 yanvar tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəliyinin hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov və mədəniyyət işçiləri iştirak edirlər. 
         Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov məruzə ilə çıxışında bildirdi ki, nümayəndəliyin tabeliyində 32 şəbəkə fəaliyyət göstərir. Onlardan 2-si mədəniyyət evi, 14-ü klub, 1-i Tarix-Diyarşünaslıq muzeyi, 3-ü uşaq-musiqi məktəbi, 1-i MKS və 11-i kitabxana filialıdır.
        Cari ildə Azərbaycan Respublikasının Prezidentinin əmr və sərəncamlarına uyğun olaraq bütün dövlət əhəmiyyətli bayram, anım günləri və Xocalı rayon İcra Hakimiyyəti tərəfindən keçirilən ümumrayon tədbirlərinin bədii hissələri rayon mədəniyyət evi tərəfindən hazırlanaraq əhalimizə mədəni xidmətlər göstərilmişdir.
        Nümayəndəliyin nəzdində 3 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbi Goranboy şəhərində Dövlət Qaçqınkom tərəfindən müasir üslubda tikilmiş binada fəaliyyət göstərir. Məktəbdə 33 müəllim, 101 şagird, 3 texniki işçi var. İl ərzində 14 buraxılış, 14 qəbul olub. Onlardan ali və orta ixtisas məktəblərinə qəbul olan yoxdur. 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Allahverdiyev Pərviz Ramiz oğlunun əmək müqaviləsi bitdiyi üçün işinə xitam verilmişdir. Hal–hazırda direktor vəzifəsi vakant olaraq qalmaqdadır. Xocalı şəhər 2 nömrəli Uşaq musiqi məktəbi Bakı şəhər Sabunçu rayonunun Pirşağı qəsəbəsində Santexmontajın yataqxanasının 1-ci mərtəbəsində fəaliyyət göstərir. Məktəbdə 21 müəllim, 120 şagird, 2 texniki işçi var. İl ərzində 17 buraxılış, 18 qəbul olub. Onlardan orta ixtisas məktəblərinə - musiqi kollecinə 3 şagird qəbul olub. Məktəbdə sinif otaqlarının sayı az olduğu üçün cənab başçının razılığı və köməkliyi ilə məktəbə yaxın məsafədə yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəbin 7 sinif otağından istifadə edilir.
Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən müasir üslubda tikilmiş binada fəaliyyət göstərir. Məktəbdə 42 müəllim, 118 şagird, 2 texniki işçi var. İl ərzində 17 buraxılış, 23 qəbul olmuşdur. Onlardan 2-si Orta ixtisas məktəbinə-Musiqi kollecinə qəbul olub. Məktəbdə  sinif otaqlarının sayı az olduğu üçün cənab başçının razılığı və köməkliyi ilə məktəbə yaxın məsafədə yerləşən Xocalı şəhər 4  nömrəli tam orta məktəbin 7 sinif otağından istifadə edilir. 1 və 2 nömrəli Uşaq musiqi məktəblərində son 2 ildə demək olar ki, ikinci iş yeri kimi işləyən müəllimlər yoxdur. Ancaq 3 nömrəli uşaq musiqi məktəbində müəllim çatişmamazlığına görə 7 müəllim ikinci iş yeri kimi işləyir.
        Mərkəzləşdirilmiş Kitabxana Sistemi rayonun kitabxana filiallarının mərkəzidir. MKS-də 6 şöbə fəaliyyət göstərir. Nazirliyin kitabxana sektoru tərəfindən verilən kitablar vaxtlı-vaxtında MKS-ə çatdırılır və işlənilir. Kitabxana işçilərinin ixtisasartırma kurslarına ezam olunmaları Mərkəzi kitabxanalar tərəfindən vaxtında göndərilir. MKS 2018-ci ildə 46204 min nüsxə kitabla 2257 nəfər oxucuya xidmət etmişlər. İl ərzində 32 min nüsxə kitab verilişi olmuşdur. 2018-ci ildə fondumuza 1297 nüsxə kitab daxil olmuşdur. Bunlardan da 1236 nüsxə bədii ədəbiyyat, 27 nüsxə fotoalbom, 34 ədəd disk daxil olub.
        Yaloba kənd Tarixi-Diyarşünaslıq muzeyi cənab başçının köməyilə Gəncə şəhər yaxınlığında salınmış Yeni qəsəbə 2-də 4 otaqlı yaşayış evində fəaliyyətini davam etdirir. Muzeydə muzey tərtibatı mümkün qədər öz həllini tapıb. Muzeydə 120 eksponant, 450 fotoşəkil, 70 ədəd numizmatik əşyalar, 32 ədəd nəqqaşlıq-rəssamlıq nümunəsi və 12 ədəd qədim tarixə malik xalça var. İl boyu 3250 nəfər qəsəbə sakinləri, məktəb şagirdləri və qonaqlar muzeyi ziyarət etmiş, muzeydə 32 sərgi, 14 ekskursiya təşkil olunmuşdur.
        Nümayəndəliyə il ərzində 102 məktub, 14 ərizə daxil olmuşdur. Məktublar aidiyyəti üzrə cavablandırılmışdır
        Rayonun mədəniyyət müəssisələrin fəaliyyətindən məlumat verərkən görülən yaxşı işlərlə bərabər nöqsanlardan danışmamaq olmaz. Əvvəlki illərdən fərqli olaraq mədəniyyət müəssisələrimizin demək olar ki, 98 faizinin iş yerləri uygunlaşmış binalarda, otaqlarda təşkil edilib. Cəmi 3 müəssisəmiz şəxsi evdə fəaliyyət göstərir. Ancaq köçkünlük şəraiti olduğundan onların işə davamiyyətlərini tərəfimizdən gündəlik nəzarətdə saxlaya bilmirik. Bu sahədə bizə ərazi icra nümayəndələri də kömək edirlər.
        Nümayəndənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində işçilərin əmək icra intizamını və işə dəvamiyyətini yoxlamaq məqsədi ilə tərəfimizdən monitorinqlər keçirilir. Aşkar olunmuş nöqsan və çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə tərəfimizdən seminar müşavirələr və şura iclasları keçirilir və bu müşavirələrdə yaranmış nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə lazımı tapşırıq və tövsiyyələr verilir. 
        Məruzə ətrafı çıxışlarda Xocalı şəhər 3 nömrəli uşaq-musiqi məktəbinin direktoru Rüstəm Hümbətov, Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəhram Məmmədov, Xocalı rayon Kosalar kənd Mədəniyyət Evinin direktoru Ramiz Məhərrəmov, Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov rəhbərlik etdiyi idarələrin gördüyü işlərdən danışdılar. Ruslan Bəşirovun hesabat məruzəsinin qənaətbəxş sayılmasının təklifini verdilər. 
        Lamiyə Qarayeva hesabat məruzəsini dinlədikdən sonra maünasibət bildirdi. İl ərzində görülən işləri qənaətbəxş saydı. Bununla bərabər, bəzi idarə, müəssisə rəhbərlərinə öz təklif və iradlarını çatdırdı. İcra Hakimiyyəti tərəfindən göndərilən sorğulara vaxtlı-vaxtında cavab verilməsinin vacibliyini qeyd etdi. Sənədləşdirmə işlərində müəyyən nöqsanların olduğunu dedi. Uşaq-musiqi məktəblərinin rəhbərlərinə fəaliyyətlərinin səmərəliyinin artırılması üçün müsabiqələr təşkil etmələrini tövsiyə etdi. Bəzi klubların zəif fəaliyyət göstərdiyini, belə davam etmələrinin mənfi hal olduğunu vurğuladı. Ümumrayon tədbirlərində bütün mədəniyyət işçiləri fəal iştirak etməlidir. Rayon icra hakimiyyəti tərəfindən idarələrə maarifləndirici tədbirlərin keçirilməsi üçün ünvanlanan rəsmi məktublar icra olunmalıdır. Biz işimizə məsuliyyətlə yanaşaraq, keçirdiyimiz tədbirlərlə vətənpərvərlik ruhu aşılamalıyıq.
        
                         


  


        






Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top