Hörmətli “Xocalının səsi” qəzetinin kollektivi !
Sizi qəzetin 300-cü nömrəsinin işıqüzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. “Xocalının səsi” qəzeti çətin və mürəkkəb bir yol keçmişdir. Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk dövrlərdə və sonralar “Xocalının səsi” xalqımızın haqq səsinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Qəzet baş verən hadisələri işıqlandırmaqla yanaşı, həm də o dövrün tarixini yazıb desək yanılmarıq. Qarabağda baş verən faciələr bu qəzetin kollektivinin gözü qarşısında yaşanıb. Əminik ki, gələcək də “Xocalının səsi” qəzetində dərc olunan materiallar tarixçilər üçün əvəzsiz mənbə olacaqdır. Taleyinə köçkünlük həyatı düşən qəzet Xocalı faciəsindən sonra müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyətini davam etdirmişdir. Bu amil qəzet kollektivinin fədakarlığının sübutudur. “Xocalının səsi” qəzetinə uğurlar diləyirəm. Arzu edirəm ki, qəzetiniz növbəti yubiley nəşrlərini Xocalı şəhərində dərc etdirsin. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində həmin günün o qədər də uzaqda olmadığına hamımız inanırıq.
15 Ocak 2019 Salı
Homepage
» Tural Gəncəliyev: "Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk dövrlərdə və sonralar “Xocalının səsi” xalqımızın haqq səsinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır"
Tural Gəncəliyev: "Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk dövrlərdə və sonralar “Xocalının səsi” xalqımızın haqq səsinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır"
Posted at 1/15/2019 |  in Ümumi hadisələr
Tural Gəncəliyev
“Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyinin İdarə Heyətinin sədri
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
-
Qəhrəmanlıq dastanında imzası olan şəhidimiz
-
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı
-
Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: