BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Ocak 2019 Pazartesi

Xocalı rayon səhiyyə müəssisələrinin hesabat dövründə gördüyü işlər müzakirə edildi

Posted at  1/21/2019  |  in  Ümumi hadisələr

        21.01.2019-cu il tarixdə Xocalı rayon Mərkəzi Xəstəxanasının 2018-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov, "Azərbaycan Bayrağı" ordenli, "Əməkdar həkim" fəxri adına layiq görülmüş, Xocalı RMX-nın sabiq baş həkimi Məmməd Nağıyev və rayonun səhiyyə işçiləri iştirak etdilər. 
        Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
        Sonra Xocalı RMX-nin baş həkimi Aqil Məmmədov hesabat məruzəsi ilə çıxış edərək ölkəmizdə səhiyyənin inkişafından, rayonun səhiyyə müəssisələri tərəfindən görülən işlər haqqında məlumat verdi, müəyyən nöqsanların başvermə səbəblərindən danışdı. Həmçinin səhiyyə işçiləri tərəfindən verilən təklifləri səsləndirdi. Aqil Məmmədov hesabat məruzəsində bildirdi ki, rayon səhiyyə obyektlərində birlikdə 135.5 ştat vahidi nəzərdə tutulmuşdur ki, bunun da 85.5 ştat vahidi tutulu, 50.0 ştat vahidi vakantdır. Beləliklə, rayon səhiyyə obyektlərində 103 nəfər işçi çalışır, bunun 85 nəfəri qadın,18 nəfəri kişidir. İşçilərin 11 nəfəri ali təhsilli, 51 nəfəri orta ixtisas təhsilli, 41 nəfəri isə orta təhsillidir.Xocalı RMX-da  Səhiyyə Nazirliyinin bir struktur bölməsi olaraq 2018-ci il fevral ayının 15-dən may ayının  15-dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsini təşkil etmişdir. 

        Kütləvi tibbi müayinə zamanı 13118 nəfər tibbi müayinədən keçmişdir ki, bu da ümumi əhalinin 87% -ni təşkil edir. Beləliklə, tibbi müayinə zamanı13118 nəfər tibbi müayinədən keçmiş, 1468 nəfər xəstə aşkar olunmuş, 11650 nəfər sağlam olmuşdur. Aşkar olunmuş xəstələr dispanser nqeydiyyatına götürülmüş,xəstələrin 1417 nəfəri ambulator şəraitdə, 51 nəfəri isə stasionar şəraitdə müalicə olunmuşdur.
      2018-ci il ərzində tibb müəssisələrinə gəlişlərin sayı 57200, o cümlədən ilkin tibbi yardım 11700 nəfərə göstərilmiş, evə çağrışların sayı 6550 olmuşdur.  
      Xəstəxanamızda su problemi tamamilə həll edilmiş, belə ki, daxili imkanlarımız hesabına 10 tonluq içməli su anbarı tikilərək bütün otaqlar fasiləsiz olaraq su ilə təmin edilmişdir.
      Xocalı RMX-nin baş həkimi Aqil Məmmədov çıxışında həmçinin kadr çatışmazlığını, mərkəzi xəstəxananın istifadəsində olan təcili yardım maşınlarının yararsız vəziyyətdə olmasını nəzərə alaraq yeni təcili yardım maşınlara ehtiyacın olduğu, fövqəladə hallar zamanı baş verə biləcək halları aradan qaldırmaq üçün lazım olan avadanlıqların olmaması kimi rayon səhiyyəsinin problemlərini diqqətə çatdırdı.  
      Məruzə ətrafı çıxışlarda səhiyyə işçiləri öz çalışdıqları müəssisələrin fəaliyyəti haqqında məlumat verdilər. Aqil Məmmədovun hesabat məruzəsini qənaətbəxş saydılar.
      Sonda Lamiyə Qarayeva hesabat məruzəsini münasibət bildirərək, görülən işləri qənaətbəxş saydı. Bununla bərabər, fəaliyyəti zəif olan tiibb məntəqələrinin işçilərinə iş rejiminə düzgün riayət etmələrini, işə davamiyyətli olmalarınını tapşırdı. Sağlamlığın qorunması haqqında məktəblilər arasında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini bildirdi. Tibb məntəqələrinin dərmanla təminatını artırılması üçün aidiyyatı yerlərə müraciət olunmasını tövsiyə etdi. 















        




Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top