22 yanvar tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və şəhər sakinləri iştirak etdilər.
Əvvəlcə hesabat iclasını aparmaq üçün sədr və katib seçildi. Sonra Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyev məruzə ilə çıxış edərək hesabat dövründə nümayəndəliyin işçiləri tərəfindən görülən işlər haqqında məlumat verdi.
Məruzə ətrafı çıxışlarda Sovet müəllimin işgüzar insan olduğu, sakinlərin müraciətlərinə vaxtlı-vaxtında cavab verdiyi vurğulandı. Sovet Allahverdiyevin rəhbərliyi ilə nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı. Hesabat iclasında sakinlər tərəfindən Aşağı və Yuxarı Ağcakənd qəsəbələrarası marşurutun təşkil olunması, Goranboy rayon Yeni Yaşayış massivində xeyir-şər evinin qızdırılması və su-kanalizasiya sisteminin çəkilməsi və digər təkliflər səsləndirildi.
Yekunda Xocalı rayon İcra Hakimiyyətinin başçısı, hesabat iclasının sədri cənab Şahmar Usubov hesabat məruzəsinə münasibət bildirdi. Xocalı şəhər sakinlərinin Respublikamızın ayrı-ayırı şəhər və rayonlarında məskunlaşdığını bildirirək işlərində bir sıra çətinliklərin olmasına baxmayaraq, Sovet Allahverdiyevin gördüyü işlərə müsbət qiymət verdi. Nümayəndəliyin işlərini qənaətbəxş saydı.
22 Ocak 2019 Salı
Homepage
» Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyevin hesabat məruzəsi dinlənildi
Xocalı şəhər İƏD-si üzrə nümayəndəsi Sovet Allahverdiyevin hesabat məruzəsi dinlənildi
Posted at 1/22/2019 |  in Ümumi hadisələr
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir
-
İşğaldan azad edilmiş yurd yerlərimiz yenidən bərpa ediləcək
-
Bizi ittiham edənlər ermənilərin çirkin əməllərini ört-basdır edirlər
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Güclü zəkaya, dərin elmə və siyasi savada malik siyasətçi
-
Ermənilərin Azərbaycana qarşı düşmənçilik münasibəti əsirlər boyu davam edir
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: