06 fevral tarixdə 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi – təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, millət vəkili cənab Elman Məmmədov, rayon icra hakimiyyəti başçısı yanında şura üzvləri, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət üzvləri iştirak etdilər.
Hesabat iştirakçıları əvvəlcə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki "Heydər" parkında ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Ulu öndərə Allahdan rəhmət dilədilər
Xocalı rayon İcra Hakimiyyətindən akt zalında keçirilən hesabat iclasında Respublikamızın ərazi bütövlüyünü uğrunda canlarından keçmiş Vətən övladları bir dəqiqəlik sükutla yad edildi.
Sonra Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə ölkəmizin inkişafından, həmçinin rayonumuzda görülən işlərdən danışdı. Rayonumuzun rəhbəri bildirdi ki, Azərbaycan tarixinə dövlət müstəqilliyimizin bərpasının 27-ci il
dönümü kimi daxil olan 2018-ci il
bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Dünyada və bölgəmizdə
gedən proseslərdən asılı olmayaraq, Azərbaycan
uğurla, sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya qoyulmuş
bütün vəzifələr icra olunmuş, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin
edilmişdir.
Hər il olduğu
kimi 2018-ci ildə də rayonumuzda sosial-iqtisadi proqramlar müvəffəqiyyətlə
icra olunmuşdur. Əhalinin sosial rifah halı yüksəldilmişdir. Azərbaycan
Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən
2018-ci ildə 38 ailə 129 nəfər mənzillə təmin olunub. Ümumilikdə əhalimizin
45%-i olmaqla, 1929 ailə 7465 nəfər mənzillə təmin olunub.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmiş cənab Elman Məmmədov çıxış edərək Xocalı rayon sakinlərinin 50 faizə qədərinin mənzillərlə təmin olunmasını, əhalinin rifah halının artmasınının göz qabağında olduğunu vurğuladı. Ancaq hər birimizin əsas arzusu doğma torpaqlarımıza qayıtmaq olduğunu diqqətə çatdırdı. Uğurlarımız, yüksəlişimiz bizi qələbəyə doğru apardığını dedi. Ölkəmizin inkişafı, xalqımızın ölkə rəhbəri ilə həmrəyliyi düşməni təşvişə salır. Düşmən də dinc dayanmaq istəmir. Anti milli qüvvələr Azərbaycana qarşı düşmənçilik mövqeyində dayananlar sırasındadırlar. Xocalılar da dövlətçiliyimizi müdafiə etməklə ölkəmizin güclü olmasına öz töhfələrini verirlər.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov çıxış edərək hesabat məruzəsinə münasibət bildirdi. Cənab Prezidentin Nazirlər Kabinetindəki çıxışlarlarından tezislər söylədi. Bildirdi ki, 2018-ci ildə ölkəmiz həm ictimai siyasi - siyasi, həm də sosial - iqtisadi tərəfdən inkişaf etmişdir.
Xocalı rayonunda sakinlərin kənd təsərrüfatı sahələri ilə yanaşı, özünəməşğulluq proqlarımına qoşulmalarının müsbət hal olduğunu dedi.
Xocalı rayon Təhsil Şöbəsinin tabeliyində olan bəzi məktəblərin ali məktəblərə qəbul imtahanlarında davamlı nəticə göstərməməsinə öz iradını bildirdi.
Ağa-Əli Əhmədov qeyd etdi ki, hər bir dövlət qulluqçusu, idarə rəhbəri vətəndaşlarla münasibətdə təmkinli olmalı, onları dinləməli və edilən müraciətləri cavablandırmalıdır. Vətəndaşların problemlərini həll etmək səlahiyyətli şəxslərin borcudur. Rayon rəhbəri Şahmar Usubovun yerlərdə keçirdiyi səyyar qəbul - görüşlərdə sakinlərin problemləri dinlənilir, lazımi tədbirlər görülür. Bunun müsbət nəticəsidir ki, onların müraciətlərinin sayı azalıb və sakinlər yuxarı orqanlara müraciət etmək məcburiyyətində qalmırlar.
Hesabat iclasında Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlarına (BMT, ATƏT, AŞPA və s.) müraciəti və Xocalı rayon fəallar yığıncağı nümayəndələrinin müraciəti heabat iştirakçıları qarşısında oxundu.
Yekunda hesabat iclasının sonunda Xocalı rayonu fəallar yığıncağının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında qərarı dinlənildi və qərar yekdilliklə qəbul edildi.
0 şərhlər: