BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

18 Şubat 2019 Pazartesi

ADAU-nun professoru Kosalar məktəbində ustad dərsi keçib

Posted at  2/18/2019  |  in  TƏHSİLİMİZ

        Azərbaycan Dövlət Arqar Universitetinin professoru Xocalı rayon Kosalar kənd tam orta məktəbində ustad dərsi keçib. Elman Mövsümov assistentləri ilə birlikdə Kosalar kənd tam orta məktəbinin IX sinif şagirdlərinin kimya fənni üzrə biliklərini artırıb. Dərsin gedişi, əyani şəkildə kimyəvi maddələrlə təcrübələrin aparılması şagirdlər tərəfindən maraqla qarşılanıb, hətta şagirdlər təcrübələrin aparılmasında əyani olaraq iştirak ediblər. Bu sahədə ən son elmi təcrübələrin Xocalı məktəbliləri üçün nümayişi bundan sonra da davam etdiriləcək. 
        Qeyd edək ki, 26 fevral 2018-ci ildə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimindən sonra, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbinin təmir olunan kimya-biologiya kabinəsinin açılışı olub. 

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top