Xocalının tanınmış yazıçısı, şair-publisist Allahyar Xocalının yeni kitabı işıq özü görüb. Sayca üçüncü olan şairin kitabında doğma yurd həsrətli, birliyə, döyüşə səsləyən şeirləri yer alıb. Müəllifin "Bizdən qeyrət umur Vətən" adlı yeni kitabı da, əvvəlki kitabları kimi oxucular tərəfindən rəğbətlə qarşılanacağı gözlənilir.
Qeyd edək ki, Quliyev Allahyar Allahverdi oğlu 1946-cı ilin fevral ayının 3-də Qarabağın Xocalı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Xocalı səkkizillik məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta məktəbi 1964-cü ildə Bakı şəhərində bitirmişdir. 1966-1969-cu illərdə Ukraynada hərbi xidmətdə olmuşdur.
1974-cü ildə Xankəndi Dövlət Pedaqoji İnstitutuna qəbul olmuş, 1979-cu ildə həmin institutun ibtidai sinif müəllimi fakultəsini bitirmişdir. Qarabağın bir neçə kəndlərində şərəfli müəllimlik peşəsini yerinə yetirmişdir.
1993-1997-ci illərdə Xocalı şəhər icra nümayəndəsi vəzifəsində işləmişdir. 1966-cı ildən mərkəzi dövrü mətbuatda şer və məqalələrlə çıxış etməyə başlamışdır. Xocalı faciəsinin dəhşətlərindən bəhs edən "Vətən ağrısı, torpaq yanğısı" və "Xocalı soyqırımının qurbanları" kitablarının müəllifidir. Uzun müddət "Xocalının səsi" qəzetində ştatdankənar müxtəlif vəzifələrdə çalışmışdır.
18 sentyabr 1988-ci ildə erməni birləşmələrindən ibarət 366-cı alayın Xocalıya hücumu zamanı şəhərin müdafiəsində əsil döyüşçü kimi vuruşmuşdur.
Allahyar Xocalı hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində xocalılar üçün salınmış qəsəbədə müvəqqəti məskunlaşıb. Ürəyində Qarabağ nisgili, gözlərində dədə-baba torpaqlarının intizarı olan şairin vətənpərvərlik ruhu, şairlik istedadı, sözə və şeirə vurğunluğu onun övladlarına da keçmişdir.
4 Şubat 2019 Pazartesi
Homepage
» "Bizdən qeyrət umur Vətən" - nikbin ruhlu şairin çağırışı
"Bizdən qeyrət umur Vətən" - nikbin ruhlu şairin çağırışı
Posted at 2/04/2019 |  in Ümumi hadisələr
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
XOCALININ İGİD POLİSİ
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: