BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

21 Şubat 2019 Perşembe

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində xocalılar üçün tibbi profilaktik xidmət təşkil edildi

Posted at  2/21/2019  |  in  Ümumi hadisələr

        Prezident İlham Əliyevin tapşırığını rəhbər tutaraq Səhiyyə Nazirliyinin xüsusi sərəncamına əsasən hər il olduğu kimi bu il də fevralın 12-dən mayın 12-ə kimi Respublikada əhalinin icbari tibbi müayinələri keçirilir. 21 fevral tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin və şəhər Səhiyyə İdarəsinin birgə təşəbbüsü ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə tibbi profilaktik xidmət təşkil edildi. Xocalı soyqırımının 27-ci il dönümü ilə bağlı olaraq aksiyada insanlar həkimlər tərəfindən müayinədən keçirildi. Qəsəbədə məskunlaşan xocalılarla yanaşı digər işğal olunmuş rayonların sakinləri də həkimlər tərəfindən təklif olunan 20-ə yaxın səhiyyə xidmətindən istifadə etdilər. 6 saat davam edən aksiyada sakinlərin kütləviliyi müşahidə olundu. 
         Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Abbasov məlumat verdi ki, qəsəbədə 2500-dən çox sakin yaşayır, onlardan 1148 nəfəri Xocalıdan olan məcburi köçkünlərdi.  Bunlardan 512-ni uşaqlar təşkil edir. Nazim Abbasov onu da qeyd edib ki, tibbi proflaktik baxış üçün avdanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə (USM), elektrokardioqrafik (EKQ) və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, onkoloq, dermatoveneroloq, stomotoloq, mama-ginekoloq və digər ixtisasdan olan həkimlər cəlb edildi.
        Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin sakinləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən icbari tibb müayinələr üçün ölkə rəhbərinə öz təşəkkürlərini bildirirlər. Dövlət rəhbərinin daim vətəndaşlara göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayan sakinlər bu aksiyanın bariz nümunə olduğunu qeyd edirlər.
                            







Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top