Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Xocalının səsi" qəzetinin və Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə vətənpərvərlik ruhunda film nümayiş etdirildi

        24 fevral tarixdə "Xocalının səsi" qəzetinin və Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış 600 ailəlik qəsəbədə vətənpərvərlik ruhunda film nümayiş etdirildi. 
        Əvvəlcə qəsəbədə ucaldılmış "Ana harayı" abidəsinə qərənfillər düzüldü. Şəhidlərimizə Allahdan rəhmət diləndi.
        Qarabağ müharibəsinə həsr olunmuş "Fəryad" filmini şagirdlər diqqətlə izlədilər. 
        Sonda şagirdlərə filmin çəkilişi və aktyorları haqqında məlumat verildi. Bildirildi ki, ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. Filmi nümayiş etdirməyin əsas məğzinin Azərbaycan xalqının başına gətirilən faciələrin unudulmaması olduğu şagirdlərin diqqətinə çatdırıldı. Düşmən üzərində qələbə eldə etmək üçün həmrəy olmağımızın vacibliyi vurğulandı.






        
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalılar viran qəbirlərin axtarışında

                     Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altı...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi