Gündəlikdə duran birinci məsələ ilə bağlı Xocalı rayon İHB-sı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ramilə Xudayarova məruzə ilə çıxışında bildirdi ki, 2018-ci ildə rayon İHB-sı Aparatına 279 vətəndaş mürüaciəti daxil olmuşdur. Onlardan 290-ı ərizə, 7-si şikayət məzmununda olmuşdur. Daxil olan ərizələr vaxtında icra olunmuş, ərizlərin icrasında gecikmə hallarına yol verilməmişdir.
Xocalı rayon İHB-sı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov nümayəndəliklərin gördüyü işlər barəsində danışdı. Həllini tapmış problemləri diqqətə çatdırdı. Sakinlər tərəfindən qaldırılan bir çox problemlərin yerindəcə həll olunduğunu dedi. Səxavət Hüseynov qeyd etdi ki, rayonumuzda hazırda 1 şəhər, 1 qəsəbə və 8 kənd olmaqla 5 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi mövcudur. Nümayəndəliklər üzrə rayon əhalisinin 01.01.2019-cu il tarixə 16148 nəfərinin 12575 nəfərinə dövlət tərəfindən məcburi köçkünlərə şamil olan vahid aylıq müavinəti verilir. Həmçinin rayon üzrə 4283 ailənin 2013 ailəsi dövlət tərəfindən mənzillə təmin olunub.
Sonra çıxışlara yer verildi.
Gündəlikdə olan məsələlər müzakirə edilərək müvafiq qərar qəbul edildi.
Hiç yorum yok:
Yorum Gönder