BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

27 Mayıs 2019 Pazartesi

RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

Posted at  5/27/2019  |  in  Ümumrayon tədbirləri

        27 may 2019-cu il tarixdə xocalıların müəvvəqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanları rəhbərləri, idarə və müəsssiə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. 
Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva çıxışında bildirdi ki, Azərbaycan xalqı müstəqillik uğrunda çox çətin mübarizədən keçmişdir. Bu mübarizə yolunda minlərlə şəhid vermiş və nəhayət öz istəyinə qovuşmuşdur. Azərbaycan xalqı ilk dəfə XX əsrin əvvəllərində demokratik, unitar dövlət yaratmağa nail olmuşdur. 1918-ci il mayın 28-də Tiflisdə elan olunan və ilk təməlləri atılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublika olmaqla yanaşı, həm də xalqımızın yaddaşında ən mühüm hadisə kimi yaddaşlara əks olunmuşdur. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti və onun görkəmli qurucuları dövlətçilik tarixində mühüm ilklərə imza atıblar. O zaman ilk dəfə olaraq Azərbaycan adı coğrafi məfhumdan siyasi məfhuma çevrilmiş, dövlər bayrağımız, gerbimiz, himnimiz elan olunmuşdur. Şərqdə qadınlara ilk dəfə seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan olundu, Milli Ordumuz yaradıldı, milli valyutamız dövriyyəyə buraxıldı və digər ilklərə imza atıldı. 
Sonra Xocalı rayon Kosalar kənd tam orta məktəbinin tarix müəllimi məruzə ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən danışdı. O bildirdi ki, AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. 
1920-ci il aprel ayının 28-də XI Qırmızı Ordunun Bakıya daxil olması ilə AXC süqut etdi. AXC-nin cəmi 23 ay yaşasa da xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq iddialarını və məüstəqil dövlətçilik ənənələrinin məhv eyməyə qadir deyildir.
        Akif Rüstəmov qeyd etdi ki, Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Ümummilli liderimiz Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtdı. Müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatını, qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Onun qurub yaratdığı müstəqil Azərbaycan dövləti Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutmaqda davam edəcək.
        Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev məruzə ilə çıxışında bildirdi ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik əzmini nümayiş etdirməklə, siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olmaqla, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.     
         Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və digər görkəmli şəxsiyyətlərin böyük xidmətləri olmuşdur. 
        71 il sonra öz dövlət müstəqilliyini yenidən bərpa edən xalqımız yeni tarixi şəraitdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Demokratik Respublikasının ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı və o dövrdən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilməklə, dövlətçiliyin qorunması istiqamətində qətiyyətli addımlar atıldı.1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu və ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. 
        Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur və qəlblərimizi fərəh hissi ilə doldurur.
        Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov müstəqilliyimiz uğrunda canlarını fəda edən insanların daim hörmətlə anıldığını vurğuladı. Qeyd etdi ki, 1920-ci il 28 aprel işğalından sonra Azərbaycan Demokratik Respublikasının qurucuları, ictimai-siyasi xadimləri və görkəmli ziyalıları mühacirətə getmək məcburiyyəti qarşısında qaldı. Onlar mühacir həyatlarında Sovet imperiyasına qarşı mübarizəni davam etdirdilər. 
        Şahmar Usubov dedi ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmuşdur. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. 
        İndi Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqilliyinin ilk illərində çətinliklərlə üzləşsə də, hal-hazırda ölkəmizdə sabitlikdir. Bütün sahələrdə inkişaf gedir. Azərbaycan apardığı siyasət bütün dünyaya nümunədir. Son zamanlar Cənab Prezidentimizin sosial sahədə imzaladığı Sərəncamlar hər kəsin ürəyincədir. 
        Rayonumuzun rəhbəri çıxşının sonunda Azərbaycan xalqına əmin-amanlıq, xoş günlər arzuladı. 
        Sonda Xocalı rayon Kosalar, Yaloba və Əli Kərima adına Başkənd kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını və süqutunu əks etdirən “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı səhnəcik nümayiş etdirildi. 
































Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top