BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

15 Mayıs 2019 Çarşamba

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti şura iclası keçirildi

Posted at  5/15/2019  |  in  Ümumrayon tədbirləri

        15 may 2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi. Şura iclasında Prezident Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, şura üzvləri, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak etdilər. Şura iclasında Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyevin və Xocalı Rayon Mərkəzi Xəstəxananın baş həkimi Aqil Məmmədovun arayışları dinlənildi.  
        Əvvəlcə avtomobil qəzasında faciəli şəkildə dünyasını dəyişən Xocalı Rayon İcra Hakimiyyəti Aparatının baş mütəxəssisi, sürücü Əliyev Rauf İsmayıl oğlunun ruhu bir dəqiqəlik sükutla yad edildi. 
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov məruzə ilə çıxış edərək aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Cənab Prezidentimizin giriş və yekun nitqindən tezislər söylədi və 2019-cu ilin I rübündə rayonumuzda görülmüş işlərlə bağlı məlumat verdi. Rayonumuzun rəhbəri bildirdi ki, Xocalı rayonu üzrə ümumi əhalinin sayı hal-hazırda 16232 nəfər, 4359 ailədir. Bu ailələrdən 2024 ailə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə təsdiq  edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və  məşğulluğunun  artırılması  üzrə  Dövlət  Proqramı”na və bu Proqrama 2007 və 2011-ci illərdə edilmiş Əlavələrə uyğun olaraq respublikanın müxtəlif şəhər və rayonlarında  fərdi yaşayış evi və ya mənzillərlə təmin edilmiş, rayondan olan  2335 məcburi köçkün ailəsinin isə gələcəkdə yeni mənzillə təmin  edilməsi nəzərdə tutulmuşdur. 
Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində inşa edilmiş qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin baramaçılığın inkişafına cəlb edilməsi məqsədilə 2016-cı  ildən etibarən  Aşağı -Ağcakənd qəsəbəsində 2018-ci ilə qədər 25500 ədəd tut tingi bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. Respublikamızda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə Prezidentinin tapşırığına əsasən  2018-ci ildə  Xocalı rayonundan olan 2 məcburi köçkün ailəsi tərəfindən 500 kiloqram  barama   istehsalına qarşı 637  kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-nə təhvil verilmişdir. 2019-cu il üçün hərəsi 19 qram olan 37 ədəd barama qutusu əhaliyə verilmiş və 1500 kq barama istehsalı qarşıya məqsəd qoyulmuşdur.
2018-ci il ərzində 45 nəfər daimi işlə təmin olunmuşdur. 2018-ci il ərzində 186 nəfər işaxtarana, 51 nəfər orta məktəblərin yuxarı sinif  şagirdlərinə peşəyönümü məsləhəti verilmişdir.
    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhalinin Özünüməşğulluğu”nun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli sərəncamının həyata keçirilməsi məqsədi ilə 2018-ci ildə aztəminatlı ailələr arasından həssas qurupa aid olan 58 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhalinin Özünüməşğulluğu”nun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli sərəncamının həyata keçirilməsi məqsədi ilə 2018-ci ildə aztəminatlı ailələr arasından həssas qurupa aid olan 58 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. 
       Cəlb olunanların hər biri məcburi köçkündür. Onlardan 54 nəfərinin biznes planı  Dövlət  Məşğulluq  Xidmətinin  nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Bunlardan 1 nəfəri şirniyyat sexi, 1 nəfəri avtomobil təmiri sexi, bir nəfəri dərziçilikdi, digərləri heyvandarlıq təsərrüfatına üstünlük vermişdilər və həmin şəxslərdən 47 nəfəri  2019-ci ilin yanvar ayında  biznes planlarına uyğun olaraq aktivlərlə təmin olunmuşdur.
        2019-cu ilin I-rübü ərzində 4 nəfəri daimi işlə təmin olunmuşdur. 2019-cu ilin I-rübü ərzində 61 nəfər işaxtarana, 51 nəfər orta məktəblərin yuxarı sinif  şagirdlərinə peşəyönümü məsləhəti verilmişdir.
        2019 –cu ildə Aşağı Ağcakənd qəsəbəsində 150 nəfər işçinin çalışacağı xalça sexi sakinlərimizin istifadəsinə veriləcəkdir. Yuxarıda qeyd etdiyim kimi işləmək istəyən amma toxumağı bacarmayan insanlar üçün mərkəz tərəfindən kurs təşkil ediləcək və onlara kursa gəldikləri müddətdə aylıq 180 manat təhsil təqaüdü veriləcək. İşləmək arzusunda olan şəxslərdən 80 nəfərinin müraciəti qeydiyyata alınmışdır və bu proses davam etdirilir.
2019-cu ilin I-rübü ərzində aztəminatlı ailələr arasından həssas qrupa aid olan 15 nəfər seçilərək “ Özünüməşğulluğu”nun təlimlərə cəlb olunmuşdur. 
        2019 –cu il birinci rübü ərzində DOST iş mərkəzi tərəfindən ölkə üzrə 35000 nəfər vətandaş ictimai işlərə cəlb olunmuşdur ki, buda əhalinin rifah halının yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Bu il  Xocalı rayonunda da bu qəbildən olan 32 yeni iş yerinin açılması nəzərdə tutulub ki, buda rayon əhalisinin az təminatlı ailələrinin işlə təmin olunmasına böyük köməklik olacaqdır.
Sonra Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev məruzə ilə çıxışında kənd təsərrüfatı sahəsində rayonumuzda görülən işləri diqqətə çatdırdı. Habil Rzaquliyev bildirdi ki, Azərbaycan Respublikası regionlarının 2019 – 2023 – cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrası təmin etmək məqsədi ilə Xocalı rayonunda da müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisi işğal altında olduğuna baxmayaraq rayondan olan məcburi köçkünlərin kənd rayonlarının ərazisində və o cümlədən rayondan olan məcburi köçkünlər üçün inşaa edilmiş qəsəbələrdə məskunlaşmış əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarını təmin etmək məqsədi ilə rayon İcra Hakimiyyəti başda olmaqla inzibati ərazi vahidləri üzrə icra nümayəndələri ilə birlikdə ardıcıl işlər həyata keçirilmişdir.Aqrar sektorda mövcud vəziyyətə dair rayon İcra hakimiyyəti başçısına mütəmadi məlumatlar verilir.
        Xocalı rayon əhalisi kompakt şəkildə Goranboy rayonunda məskunlaşdığı üçün bitkiçiliyin, heyvandarlığın, arıçılığın və baramaçılığın inkişafı sahəsində müəyyən işlərin görülməsi məqsədə uyğun hesab edilir. Belə ki, baramaçılığın inkişaf etdirilməsi üçün Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 2016 -cı ildən etibarən 2018-ci ilə qədər 25500 ədəd tut tingi bağ şəkilində əkilərək hazır vəziyyətə gətirilmişdir. Respublikamızda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə Prezidentinin tapşırıqlarına əsasən 2018-ci ildə Xocalı rayonundan olan 2 məcburi köçkün ailəsi tərəfindən 500 kiloqram barama istehsalına qarşı 637 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-nə təhvil verilmişdir. 2019-cu ildə isə 1500 kiloqram barama istehsalı qarşıya məqsəd qoyulmuşdur. Qax rayonu Damazlıq İpəkçilik Stansiyasından 703 qram ipək qurdu gətirilərək rayondan olan on ailəyə saxlamaqları üçün paylanılmışdır. Rayon əhalisinin kompakt şəkildə məskunlaşdığı ərzilərdə fındıq bağlarının salınması, şəkər çuğunduru və kartofçuluğun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Hal – hazırda rayon əhalisinə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində verilmiş pay torpaqlarda 2 hektar ərazidə fındıq bağı salınmışdır.
Cənab Prezidentin Sərəncamının və Nazirlər Kabinetinin 400 nömrəli  Qərarının icrası  ilə əlaqədar olaraq Xocalı Dövlət Aqrar  İnkişaf  Mərkəzi  tərəfindən  Xocalı  rayonundan  arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərin arıçılıq  təsərrüfatlarına baxış keçirilmiş və 115 nəfər vətəndaşa ümumilikdə  30480  manat məbləğində  subsidiya verilmişdir. 2019-cu ilin birinci rübündə Xocalı rayonundan 2018 – ci ildə subsidiya almayan 5 inzibati ərazisi üzrə 31 nəfər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları 766 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat olmaqla cəmi 7660 manat məbləğində subsidiyanın verilməsi ilə əlaqədar hazırlanmış sənədlər təsdiq edilərək Respublika Komissiyasına təqdim olunmuşdur. 2019 – cu ilin birinci rübündə Xocalı rayonundan olan 94 nəfər arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən Dövlət Aqrar İnkişaf Mərkəzinə subsidiya almaları üçün ərizə ilə müraciətlər olmuşdur. Daxil olan müraciətlər əsasında tərəfimizdən monitorinqlər aparılmış və 2201 arı ailəsi qeydiyata götürülmüşdür. 
        Hal – hazırda rayonumuzun  balansında  4125 hektar daimi təhkim olunmuş I – II otrub torpaq sahəsi vardır. Həmin torpaq sahələrindən 3000,0 hektarı taxılçılığın inkişafı üçün fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilmişdir. 2018 – ci ildə rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2785.8 hektar taxıl sahəsi əkilmişdir,  məhsuldarlıq 20 sentiner olaraq 5571.6 ton məhsul toplanmışdır. 2019 – cu ilin məhsulu üçün rayondan olan hüquqi və fiziki şəxslər tərəfindən  2755 hektar buğda və 155 hektar sahədə isə arpa bitkiləri əkilmişdir. Aqrotexniki qaydalara uyğun olaraq bir dəfə yemləmə şəklində taxıl sahələrinə ammonium nitrat gübrəsinin verilməsi işi həyata keçirilmişdir. Rayon ərazisində taxıl əkin sahələrində zərərverici və xəstəliklər, alaq otlarına qarşı mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli aparılması üçün Xocalı DAİM-də yaradılmış monitorinq qrupu tərəfindən 2755 hektar payızlıq taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr aparılmış və müşahidə zamanı 1115 hektar sahədə adi siçanın sirayətlənməsi müəyyən edilmiş  və kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir. 
            2019 - cu ilin yazlıq bitkiləri üçün 84 hektar kartof, 32 hektar tərəvəz, 27 hektar sahədə isə günəbaxan bitkisi əkilmişdir. 2019 - cu ilin birinci rübündə  iri buynuzlu mal – qaranın baş sayı 2800 baş, o cümlədən 1265 baş ana inək, xırda buynuzlu 12500 baş, bütün növlərdən olan quşların sayı 9500 baş, arı ailəsinin sayı isə 5945 olmuşdur.
2019-cu ilin birinci rübündə  ət istehsalı 60.7 ton, süd istehsalı  296.4 ton, yumurta istehsalı 21 min ədəd olmuşdur.
        Xocalı rayon Mərkəzi Xəstəxanın baş həkimi Aqil Məmmədov çıxışında rayonumuzda icbari tibbi sığorta haqqında keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verdi. Aqil Məmmədov qeyd etdi ki, hər bir sahədə olduğu kimi səhiyyə sahəsində də, istər kadr islahatları, istərsə də  əhalinin sağlamlığının qorunması üçün lazım olan islahatlar uğurla davam etdirilir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə başlanması və pilot layihə kimi Ağdaş,Mingəçevir və Yevlax şəhərlərində yüksək nailiyyət əldə olunması  deyilənlərin bariz nümunəsidir. İcbari tibbi sığortanın tənzimlənməsi məqsədi ilə 20 dekabr 2018- ci il tarixdə tibbi sığorta haqqında qanuna bir sıra dəyişikliklər edilmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən icbari tibbi sığorta üzrə xidmətlərin baza və əlavə hissələrdən ibarət olan xidmətlər zərfi çərçivəsində göstərilməsi nəzərdə tutulur. Xidmətlər zərfinin baza hissəsi ilkin səhiyyə xidmətinin, habelə  təcili və təxirə salınmaz tibbi yardım xidmətlərini əhatə edir. Sözü gedən qanunun 15-10.1.1- ci maddəsinə əsasən xidmətlər zərfinin baza hissəsi üzrə sığorta haqqı 29 manat təşkil etməklə, dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Qanunun 15-2 – ci maddəsindən  göründüyü kimi, xidmətlər  zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığorta olunan hesab edilir və bu isə o deməkdir ki, sadalanmış şəxslər baza hissəsində nəzərdə tutulmuş xidmətlərə dövlət büdcəsi hesabına təmin olunurlar. Cənab başçının tapşırığına uyğun olaraq, Başçının müavini, İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayevanın təşkilatçılığı ilə xəstəxanada tibb işçilərinin və yerli icra nümayəndələrinin rəhbərləri ilə birlikdə təbliğat və maarifləndirmmə yönümlü tədbir keçirildi. Tədbirlər Planına uyğun olaraq icbari tibbi sığorta haqqında maarifləndirmə tədbirləri regionlarda əhali arasında mütamadi olaraq aparılacaqdır.
        Yekun olaraq çıxış edən iclasında Prezident Administrasiyasının məsul işçisi cənab Ağa-Əli Əhmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Cənab Prezidentimizin giriş və yekun nitqindən tezislər söylədi, rayonumuzda görülən işlərə münasibət bildirdi. Şura iclasının gündəliyinə daxil edilmiş məsələlər ilə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.











 








Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top