“Xocalının səsi” qəzetində rayon sakinlərinin, o cümlədən gənclərin uğurlarını sevinc və fərəh hissi ilə yazıram. Xocalı idmançılarının nailiyyətləri hər birimizi sevindirir. Ayrı-ayrı rayonlarda məskunlaşmış Xocalı idmançılarının uğurları bəzən başqa rayonlarımızın adına yazılır. Xocalı rayon Gənclər və İdman İdarəsinin hesabat arayışlarından və digər mənbələrdən rayon gənclərinin müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərinin xəbərini alır və qəzetimizin səhifələrində işıqlandırırıq. Bununla bərabər, sosial şəbəkələrin fəaliyyətindən istifadə edərək redaksiyamızla əlaqə saxlayan rayon sakinlərini dinləmək, onların arzu və istəklərini, uğurlarını qəzetimizdə işıqlandırmaq bizim borcumuzdur.
Bir müddət əvvəl redaksiyamızla əlaqə saxlayan Xocalı rayon Cəmilli kənd sakini Abbasov Nəriman sevincini bizimlə bölüşdü. Onun övladının yaşı kiçik olmasına baxmayaraq, böyük nailiyyətlər əldə edərək gələcəyin güclü idmançısı olduğunu sübut etdirir.
Abbaslı Abbas Nəriman oğlu 12 dekabr 2011-ci ildə Bakıda doğulub. O, 2 ilə yaxındır ki, karatenin Jiyutaido və Kyokişin növü üzrə məşğul olur.
Abbas Abbaslı 14 fevral 2019-cu ildə İranda keçirilən Jiyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. 04 may 2019-cu il tarixdə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok yarışında öz yaşıdları arasında I yerə nail olaraq dünya kubokunun və qızıl medalın sahibi olub. Bu nailiyyətlər cari ilin nailiyyətləridir. Ümumilikdə indiyədək 10 medalla təltif edilib. Onun uğurlar əldə etməsində müəllimi Faiq Xosrovlunun əziyyəti böyükdür. Faiq Xosrovlu dünya kubokunun sahibi, I dan qara kəmər ustasıdır.
İnanırıq ki, Abbas Abbaslının parlaq uğurları hələ qarşıdadır.
Abbasın atası söhbət əsnasında Cənab Prezidentimizin idmana göstərdiyi diqqət və qayğıdan da söz açdı. Bildirdi ki, bu diqqət və qayğının nünumənəsidir ki, onun övladı həvəslə yarışlara qatılır, nailiyyətlər əldə edir.
31 Mayıs 2019 Cuma
Homepage
» XOCALININ 8 YAŞLI DÜNYA ÇEMPİONU
XOCALININ 8 YAŞLI DÜNYA ÇEMPİONU
Posted at 5/31/2019 |  in Ümumi hadisələr
Qalib BƏYMƏMMƏDOĞLU
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
LAYLAM, XOCALIM, LAYLAY
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: