04.06.2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatı Gənclər Birliyinin VII Konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, idarə, müəssisə rəhbərləri və rayon gəncləri iştirak etdilər.
Konfrans iştirakçıları ilk olaraq Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Konfransda Xocalı rayon İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Xaliq Əkbərov, Xocalı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ramiz Alıyev, Xocalı Rayon Mərkəzi Xəstəxananın kadrlar üzrə müfəttişi Gültəkin Həsənzadə, Xocalı rayon Cəmilli kənd İƏD-si üzrə nümayəndəliyin mühasibi Telman Möhsümov məruzə ilə çıxışlar etdilər. Çıxışlarda bildirildi ki, Ulu öndər Heydər Əliyevin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların gələcəyinə töhfə verməsini təmin etmək idi. Əsası Ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib.
Natiqlər qeyd etdilər ki,Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli dövlət proqramları qəbul olunur.
Konfransda təşkilatı məsələlərə də baxıldı. YAP Xocalı rayon təşkilatı Gənclər Birliyinin 11 nəfər Şurası və 5 nəfər İdarə Heyəti seçildi. YAP Xocalı rayon təşkilatının aparat rəhbəri Ağayev Əlağa İman oğlu sədr seçildi.
Konfransda partiyaya qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olundu.
4 Haziran 2019 Salı
Homepage
» YAP Xocalı rayon təşkilatı Gənclər Birliyinin VII Konfransı keçirildi
YAP Xocalı rayon təşkilatı Gənclər Birliyinin VII Konfransı keçirildi
Posted at 6/04/2019 |  in Ümumrayon tədbirləri
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: