BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

12 Haziran 2019 Çarşamba

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir

Posted at  6/12/2019  |  in  Ümumrayon tədbirləri

        03.06.2019-cu il tarixdə Xocalı rayonu üzrə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş tədbirlər keçirilib.
     Keçirilmiş tədbirlərdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
     Körpələri təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi gününün tarixçəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və bildirib ki, bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması, onların gələcəkdə sağlam, təhlükəsiz həyat şəraiti ilə təmin olunması dövlətimizin ən prioritet istiqaməti kimi ön plana çəkilmişdir.
     Daha sonra körpə fidanlar hazırladıqları şeirləri, mahnıları və səhnəcikləri qonaqlara təqdim edilib.
     Sonda isə Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov cənabları öz sovqatları ilə körpələri bir daha təbrik edib və onların hər birinin gələcəkdə Vətənimiz, cəmiyyətimiz üçün xeyirli övlad olmalarını arzulayıb.


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top