BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

2 Haziran 2019 Pazar

KÜMÇÜ MAHİR 70 KQ BARAMA İSTEHSAL ETMƏYİ QARŞISINA MƏQSƏD QOYUB

Posted at  6/02/2019  |  in  Ümumi hadisələr

         Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramına uyğun olaraq Xocalı rayonunda da bu sahənin inkişaf etdirilməsi istiqamətində tədbirlər görülür. Baramaçılığın inkişaf etdirilməsi üçün Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində 2016-cı ildən etibarən 2018-ci ilə qədər 25500 ədəd tut tingi bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. Respublikamızda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə Prezidentinin tapşırıqlarına əsasən, 2018-ci ildə Xocalı rayonundan olan 2 məcburi köçkün ailəsi tərəfindən 500 kiloqram barama istehsalına qarşı 637 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-nə təhvil verilmişdir. 2019-cu ildə isə 1500 kiloqram barama istehsalı qarşıya məqsəd qoyulmuşdur. Belə ki, Qax rayonu Damazlıq İpəkçilik Stansiyasından 703 qram ipək qurdu gətirilərək rayondan olan 10 ailəyə saxlamaqları üçün paylanılmışdır.
        Rayonumuzda kümçülüklə məşğul olanlardan biri də Xocalı rayon Meşəli kənd sakini Mahir Nurməmmədovdur. Mahir Nurməmmədov bu işdə əvvəllər təcrübəsi olmasa da, rayonumuzda baramaçılığın inkişafına öz töhfəsini verir. İpəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaq lazımi istiliklə təmin edilib. Təsərrüfat sahibi ipək qurdunu yemləmək üçün yem bazası hələlik zəif olduğundan kənar yerlərdən tut ağacı yarpağını tədarük edir.
        Kümçü Mahirin zəhmətsevərliyi, bacarığı nümunəvidir. O, bu işlə məşğul olmaq istəyənlərin marağını artırır. Çünki barama istehsalı gəlirli sahə hesab edilir və bu sahə ilə məşğul olanlar, təxminən 40 gün içərisində hazır məhsul əldə edirlər.
        Mahir Nurməmmədov çəkdiyi əziyyətin hədər getməyəcəyinə, tezliklə zəhmətinin bəhrəsini görəcəyinə əmindir.

“XOCALININ SƏSİ”



Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top