14 iyun tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon ümumtəhsil məktəblərində də "Son zəng" günü ilə bağlı tədbir keçirildi.
"Son zəng" tədbirlərində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının və Xocalı rayon Təhsil Şöbəsinin məsul işçiləri iştirak etdilər.
"Son zəng" tədbirləri Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı. Məzunların hazırladıqları müxtəlif kompozisiyalar, musiqi nömrələri iştirakçılarda xoş və kövrək anlar yaratdı.
Xocalı rayon 5 saylı tam orta məktəbdə iştirak edən rayonumuzun rəhbəri cənab Şahmar Usubov çıxış edərək bütün məzunlarımıza müstəqil həyatda uğurlar arzuladı. Hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq dövlətimizə sədaqətli vətəndaş olmalarını tövsiyə etdi. Növbəti "Son zəng" mərasimlərini Qarabağda - Xocalıda keçirilməsi arzusunu dilə gətirdi.
Qeyd edək ki, bu gün Xocalı rayon ümumtəhsil məktəblərində təhsil alan 126 məzun üçün "Son zəng" çalındı.
14 Haziran 2019 Cuma
Homepage
» Xocalı rayon ümumtəhsil məktəblərində 126 məzun üçün "Son zəng" çalındı
Xocalı rayon ümumtəhsil məktəblərində 126 məzun üçün "Son zəng" çalındı
Posted at 6/14/2019 |  in Ümumrayon tədbirləri
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: