Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Yaşar Salahov Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqı Komitəsinin sədri seçildi

        30 iyul 2019-cu il tarixdə xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin akt zalında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqı Komitəsinin sədrinin seçilməsi məqsədilə yığıncaq keçirildi. 50 nəfərin iştirak etdiyi yığıncaqda əvvəlcə iclası aparmaq üçün sədr və katib seçildi. 
        Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə Salahov Yaşar Şamil oğlunun namizədliyi irəli sürüldü. Yaşar Salahovun namizədliyi səsə qoyuldu və yekdilliklə onun sədr seçilməsi təsdiq edildi. 
        Sonra çıxış üçün söz Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin baş texniki əmək müfəttişi Valeh Nağıyevə verildi. Valeh Nağıyev Yaşar Salahova yeni işində uğurlar arzuladı, tövsiyələrini bildirdi. Arzu etdi ki, belə tədbirlər Xocalıda keçirilsin.  
        Yaşar Salahov çıxışında ona göstərilən etimada görə minnətdarlığını etdi. 
        Sonda qərar layihəsi oxundu. 
        Qeyd edək ki, Yaşar Salahov bundan əvvəl Xocalı rayon Nəriman Nərimanov adına  kolxozun idarə heyətinin sədri, Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsində məsul işçi, Xocalı Rayon İcra Hakimiyyəti Başçının Aqrar Məsələləri üzrə müavini, Şuşa rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində işləyib. 

        












Paylaşın:

Jurnalist Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə xidmət edən ərənlərlə görüşüb

        22 iyul - Milli mətbuat işçiləri və jurnalistika günü münasibətilə bir qrup vətənpərvər ziyalı Füzuli rayonuna səfər etmişdir. “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf fondunun birgə təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar düşmən tapdağından azad edilən və hazırda böyük quruculuq işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuş, Dövlət Başçısının tapşırığı əsasında tikilmiş evləri və Şuşa Məscidini ziyarət etmişlər.
        Qonaqlar cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşən, 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalan və Qarabağ müharibəsi dövründə ağır döyüşlərdən böyük ziyan çəkən, bu gün respublikamızın məcburi köçkün rayonları arasında abadlaşdırma prosesində birinci yeri tutan Horadiz şəhərinə də baş çəkmişlər. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olan şəhidlərimiz üçün yaradılmış “Aprel şəhidləri” abidəsi ziyarət olunaraq üzərinə gül dəstəsi qoyulmuş, xatirələri hörmət və ehtiramla yad edilmişdir. Sonra ziyarətçilər Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə Zəhra Quliyevanın məzarını ziyarət edib, ailəsi ilə gürüşüb, ruhuna İxlas və Fatihə surələrini oxuyaraq yad ediblər.
        Daha sonra cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2017-ci ildə inşa edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd Məscidini ziyarət edib, ön cəbhədə həm cəbhə xəttini , həm də İranla olan dövlət sərhəddini qoruyan əsgərlərlə birlikdə nahar fasiləsinə qatılmışlar. Nahar fasiləsindən sonra ön cəhbədə xidmət edən zabit, gizir və əsgərlərlə görüş keçirilmişdir. Görüşdə “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyinin sədri, Vətən müharibəsi veteranı Şamil Sabiroğlu, Birlik sədrinin müavini xanım Dilbər Sultanova, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Həyat" Humanitar Təşkilatının layihə rəhbəri, ictimai xadim, sosioloq xanım Zəminə Səfərova, ziyalılardan Arzu Əliyeva, gənc xeyriyyəçi İlkin Abbasov, BMT-nin İdman üzrə KoordinatoruTural Hüseynov, Beyləqan rayon sakini, şair-publisist Bəhrəm Fərmanzadə, ehtiyatda olan zabit , Norveçdə yaşayan soydaşımız Svetlana Allahverdiyeva, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev , "Xebertv.az" saytının baş redaktoru ,müharibə veteranı və əlili Əvəz Bəşiroğlu, rəssam xanım Ülkər Əbülfət, stomotoloq Əli Mirzalıyev, və digərləri döyüş bölgələri, müharibə illəri , atəşkəsə qədər müharibənin xalqımıza yaratdiğı çətin vəziyyətindən öz xatirələrini bölüşmüş və ön cəbhədə ayıq-sayıq dayanan əsgərlərimizə -bölük komandiri leytenant Siraclı Ramil, əsgərlər Ələkbərov Səbuhi, Ələkbərov Əli və Əliyev Mikayıla saat hədiyyə olunaraq vətəni qorumağın necə şərəfli bir hiss olduğundan danışmışlar.
        Səfər “Mətbuat İşçiləri və Jurnalistika günü” ilə əlaqədar Horadiz şəhərindəki "Muğam Mərkəzi"ndə əsgərlər və rayonun digər yerli idarəetmə qrumlarında çalışan nümayəndələri üçün təşkil olunan musiqili tədbirlə yekunlaşdırılıb.
        Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, istedadlı müğənni və aparıcı İslam Ələsgərli açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad olundu. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri , “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)“ yubiley medalının mükafatşısı, müharibə veteranı, jurnalist Samil Sabiroğlu və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, 2-ci dərəcəli müharibə veteranı Ədalət Məhərrəmov səfər haqqında öz təəssüratlarını bölüşdü, mətbuat işçilərinə göstərilən qayğıya görə ölkə Başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevə və cəbhə bölgəsinə səfər etməyə icazə verdiyinə görə Respublikanın Müdafiə naziri, General-polkovnik Zakir Həsənova öz minnətdarlıqarını bildirmişlər. “Həyat Beynəlxalq humanitar təşkilatının “ layihə rəhbəri, sosioloq Zəminə Səfərova çıxışlara əlavə edərək, əslən Füzuli rayonundan olduğu üçün bu gün rayonda istər hərbi, istər rayonun abadlıq vəziyyəti, istərsə də xalqın rifahının bu cür yaxşıya doğru dəyişməsinin ona verdiyi fəxarət hissindən söhbət açdı. Digər çıxışçılar - Respublikanın qabaqcıl təhsil işçisi, Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, “Xocalı Soyqırımı Tanıtma” birliyinin və “Yeni yurd” Sosial İnkişaf" ictimai birliyinin sədr müavini Dilbər Sultanova , Füzuli rayonunun sabiq baş həkimi, ehtiyatda olan tibb xidməti mayoru, Respublikanın Əməkdar həkimi Əhəd Məmmədov və digər ziyalılar ön cəbhədə döyüşən hərbçilərimizə, arxa cəbhədə mübarizə aparan qələm əhli olan bütün mətbuat işçilərinə öz hörmətlərini ifadə etmişlər. Kiçik oğlu Müseyibin əsgərlərə məktubunu oxuyan Beyləqan rayonundakı şəhid Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbinin müəllimi Sahilə Fərmanova zalda əyləşən tədbir iştirakşılarını kövrəltmişdir. Azərbaycan Ressamlar İttifaqının üzvü , vətənpərvərlik mövzusunda həm ölkə daxilində həm beynəlxaq səviyyədə dəfələrlə rəsm müsabiqələrinin qalibi rəssam Ülkər Əbülfət Lələ təpə döyüşlərində xüsusi xidməti olmuş general-mayor Mais Bərxudarovun nümayəndəsinə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərini hədiyyə etmişdir. Tədbirdə iştirak edən əsgərlərdən Paşayev Kamil, Cəfərov Ehtiram, Ağayev İlkin, Paşayev Emil və Xəlilov Süleymana qonaqlar tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
        Sonda səfər iştirakçılarına və təşkilatçılara Hərbi hissənin rəhbərliyi adından Xüsusi diplomlar verilib. Tədbir konsert proqramı ilə davam etdirilib.
Türkanə Səfərova,
Gilə Əli qızı,
Aygün Kazımova.
“Xocalı Soyqırımı Tanıtma” ictimai birliyinin 
İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları.
Fotolar: Vətən müharibəsi veteranı 
Əvəz Bəşiroğlu və Nizami Süleymanova məxsusdur.


Paylaşın:

Bacarıqlı müəllim - ictimai fəal gənc Qalib Quliyev "İlin gənc müəllimi-2019" müsabiqəsinə namizəd olan 50 müəllimdən biridir

  AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunan "İlin gənc müəllimi-2019" müsabiqəsinin II mərhələsi yekunlaşıb. Bu mərhələdə 50 müəllim seçilib və ictimaiyyətə elan olunub.
"İlin gənc müəllimi-2019" müsabiqəsinə 50 namizəd arasında Xocalı rayon Kosalar kənd tam orta məktəbin  İnformatika müəllimi Quliyev Qalib Bəyməmməd oğlu da var. Qalib Quliyevin ictimai fəaliyyəti və təhsil sayəsində gördüyü işlər haqqında məlumatı sizə çatdırırıq.
Qalib Quliyev 2015-ci ildən Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan "Xocalının səsi" qəzetinin redaktorudur. "Xocalının səsi" qəzeti kimi əhəmiyyətli qəzetə o, 29 yaşından Bəyməmmədoğlu təxəllüsü ilə rəhbərlik edir. Qalib Bəyməmmədoğlu qəzetin oxunaqlı olması üçün bütün gücü ilə çalışır. Qəzetinin səhifələrinin sayını artırmağa nail olub, sosial şəbəkələr vasitəsilə qəzetdə yer alan yazıları geniş oxucu kütləsinə çatdırır. "Xocalının səsi" qəzetinin internet ünvanı olan xocalininsesi.info saytını öz bacarığı hesabına hazırlayıb. Qalib müəllim bundan əlavə Xocalı rayon Kosalar kəndinə aid kosalar.com saytını yığıb.
2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Qalib Bəyməmmədoğlunun "Xocalının səsi" qəzetində, müxtəlif saytlarda və sosial şəbəkələrdə Qarabağ həqiqətləri, Xocalı soyqırımı, erməni vəhşilikləri haqqında mütəmadi yazıları işıq üzü görür.

2018-ci il dekabr ayının 20-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II Qurultayında  Birliyin 23 nəfərdən ibarət idarə Heyətinin üzvü seçilib. İctimai Birlikdə fəallıq göstərir. Müxtəlif tədbirlərdə iştirak edir.
Qalib Quliyev jurnalistika sahəsində bir çox uğurlar qazanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqələrdə 4 dəfə III yerin, 1 dəfə I yerin qailibi olub.
"İlin gənc müəllimi-2019" müsabiqəsinə 50 namizəddən biri olan Qalib müəllim şagirdlərinə örnək müəllimdir. Onun məsuliyyətli və fəal olması "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında dəfələrlə Xocalı rayon məktəbliləri üzərində qrup rəhbəri kimi iştirak etməsinə səbəbdir.
Qalib Quliyevin 2018-ci ildə əldə etdiyi nailiyyətlər aşağıdakılardır:
         Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqədə “Xocalılar daim dövlətə və dövlətçiliyə sədaqət nümayiş etdirirlər” adlı yazısı ekspertlər
tərfindən I yerə layiq görülüb. Respublikanın bütün aparıcı mətbuat işçilərinin iştirak etdiyi
mükafatlandırma mərasimində Qalib Quliyev üçün hazırlanmış diplomu Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Fəttah Heydərov təqdim edib. Müsabiqənin mükafatlandırma mərasimi 26.12.2018-ci il tarixdə keçirilib. Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif edilib. Fəxri Fərman 31 yanvar 2018-ci il tarixdə verilib. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Novruz bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticəsinə əsasən, Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində hazırladığı  “Xocalı gəncliyi qürur və fəxr hissi yaşadır” adlı yazı ilə müsabiqədə III yerə və 300 manat pul mükafatına layiq görülüb. Müsabiqənin nəticəsi 16.03.2018-ci il tarixdə açıqlanıb. 2017-2018-ci tədris ilində Xocalı rayon Kosalar kənd tam orta məktəbin Təlim-tərbiyə və ictimai işlərində fərqləndiyimə görə məktəbin direktoru Rafiq Quliyev tərəfindən Fəxri Fərmanla təltif edilib. Fəxri Fərman 14.06.2018-ci il tarixdə verilib. “Ölkəmizi tanıyaq” layihəsində fəal iştirakına görə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli tərəfindən Fəxri Fərmanla təltif edilib. Fəxri Fərman 20 noyabr 2018-ci ildə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticəsinə əsasən, İctimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırladığı
        Qalib Quliyev cari ildə iyul ayınadək 8 mükafat qazanıb. “Xocalının səsi” qəzetinin 300-cü sayının çapa getməsi münasibətilə və rayonun ictimai-siyasi həyatında fəaliyyətinə görə Xocalı rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif edilib. Yanvarın 21-də “Alyans” Xüsusi Xidmət Veteranları Birliyi tərəfindən səmərəli və yaradıcı işlərinə, vətənpərvərlik təbliğatı üzrə fəaliyyətinə görə Fəxri Fərmanla, Şəhid Anaları Xeyriyyə Mərkəzi tərəfindən səmərəli və yaradıcı işlərinə görə, vətənpərvərlik təbliğatı üzrə aktiv ictimai fəaliyyətinə görə Fəxri Fərmanla mükafatlandırıb. Bununla bərabər, Xocalı rayon Gənclər və İdman İdarəsi tərəfindən ictimai-siyasi nailiyyətlərinə görə Fəxri Fərmanla, “Ölkəmizi tanlıyaq” tur-aksiyası çərçivəsində 15-18 mart tarixləri arasında Xocalı rayon məktəblilərinin mehmanxanada yüksək istirahətinin təminatında rəhbərliyə göstərdiyi köməkliyə görə qrup rəhbəri olaraq “Təşəkkürnamə” ilə təltif edilib. Mart ayında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində hazırladığı "İşğal olunmuş şəhər və rayonlarımıza və digər toponim adlarına uyğun domen adlarını almalıyıq" adlı yazısı ekspertlər tərəfindən III yerə layiq görülüb. "Qürur" Şəhid Ailələri İctimai Birliyi tərəfindən Gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində verdiyi töhfələrinə, səmərəli xidməti və ictimai fəaliyyətinə görə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına hazırlanmış Fəxri Fərmanla təltif edilib. İyul ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində hazırladığı erməni əsirliyində olmuş Rahilə Hacıyevadan aldığı müsahibə ilə qatılıb. Dəyərli ekspertlərin rəyinə əsasən III yerə layiq görülüb.
Gənc pedaqoq şagirdləri ixtiralar etməyə həvəsləndirən ixtiralar.com saytının da adminidir. Saytın layihə kimi gələcəkdə fayda verə bilməsi üçün daha da təkmilləşdirilməsinə köməklik lazımdır. İxtiralar.com saytının təhsil saytı kimi tanınması üçün dəstəyə ehtiyac var. Hazırda sayt üzərində yenilənmələr aparılır.
        Qalib müəllim həmkarlarının, təhsil işçilərinin və şagirdlərin uğurlarını mütəmadi olaraq "Xocalının səsi" qəzeti vasitəsilə işıqlandırır, onları yeni nailiyyətlər əldə etməyə həvəsləndirir. Xocalı rayon Gənclər və İdarəsi, Xocalı rayon Təhsil Şöbəsi və YAP Xocalı rayon təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatı və ictimai birliklərlə birgə şagirdlər arasında idman yarışları və şeir müsabiqələrini təşkil edir.

Qeyd edək ki, "İlin gənc müəllimi-2019" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ortaya çıxarmaq, onları tanıdaraq mükafatlandırmaqdır. Bu meyarları nəzərə alaraq bacarıqlı müəllim, ictimai gənc fəal Qalib Quliyevin bu müsabiqədə yüksək nəticə əldə edəcəyi gözləniləndir.
Qalib müəllim istedadını göstərən amillərdən biri də onun müxtəlif mövzularda gözəl şeirlər yazmasıdır. Şair ruhlu müəllimin vətənpərvərlik ruhunda yazdığı şeirlər oxucular tərəfindən yüksək dəyərləndirilir. Gənc yazar şeirlər toplusu, həm də Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan aldığı müsahibələrdən ibarət kitabların redaktəsi üzərində işləyir. Onun yazdığı şeirlər tədbirlərdə söylənilir.
    Azərbaycan xəritəsi
Qanad açan qartal kimi
Azərbaycan xəritəsi!
Xəzər başa göy şal kimi
Azərbaycan xəritəsi!

Doqquz iqlim qurşağında, 
Odlu günəş işığında.
İpək yolu qovşağında,
Azərbaycan xəritəsi!

Sıralanıb Böyük Qafqaz
Gur suludur Kürlə Araz.
Sərhədi çox, miqyası az,
Azərbaycan xəritəsi!

Yad əllərlə ölçülübdür,
Zəmi kimi biçilibdir,
Parça-parça kiçilibdir
Azərbaycan xəritəsi!

Xətainin yurdu hanı?
Yadlar tutub dörd bir yanı.
Çəkib neçə şəhid qanı
Azərbaycan xəritəsi!

Xalqa dayaq duranım var,
Allahım var, Quranım var, 
Arzularda Turanım var
Azərbaycan xəritəsi!

Arzum budur zəfər olsun,
Şuşamıza səfər olsun.
Arzularım qədər olsun
Azərbaycan xərtitəsi!
        Dövlətçiliyə daim bağlı olan Qalib müəllim Yeni Azərbaycan Partiyasının üzvüdür. 2018-ci ildə keçirilən Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının seçki kampaniyası dövründə Qalib Quliyevin "Verək səsimizi haqqın səsinə" adlı şeiri müxtəlif mətbu orqanlarda çap edilmiş, həmçinin xocalıların keçirdiyi təbliğat-təşviqat mitinqində səsləndirilmişdir.
         Qalib Quliyev daim öz üzərində çalışan, yeniliklər edən müəllimdir.  O, işlədiyi kollektivdə və şagirdlər arasında sevilir. Gənc olmasına baxmayaraq, cəmiyyətdə tutduğu mövqeyə görə böyük nüfuza malikdir. İnanırıq ki, yekun nəticəyə əsasən, Qalib müəllim "İlin gənc müəllimi-2019" müsabiqəsində qaliblər sırasında olacaq. Bunu deməyə onun örnək olan ictimai fəaliyyəti əsas verir.
Uğurlar olsun, Qalib müəllim!
Nəcəf HƏSƏNOV,
Xocalı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi


Paylaşın:

“Son dakika” MMC-nin təsisçisi Halil Kan: “Xocalının səsi” türkün səsidir. Qoy türkün səsi daim uca olsun!”

           “Xocalının səsi” qəzeti 2017-ci ilin aprel ayından “Son dakika”  MMC-nin mətbəəsində işıq üzü görür.
“Xocalının səsi” qəzeti deyilincə gözlərimizin qarşısına Xocalı faciəsi gəlir, Xocalı faciəsini xatırladıqca ürəyimiz yanır.
Biz bu qəzeti səbirsizliklə gözləyirik. Gənc jurnalist Qalib Bəyməmmədoğlunun redaktorluğu ilə qəzet yüksək səviyyədə hazırlanır. “Xocalının səsi” qəzetində yazılar peşəkarlıqla yazılır, tərtibatı göz oxşayır.
Mən istəyirəm ki, “Xocalının səsi” qəzetinə ölkə səviyyəsində diqqət verilsin və dəstək göstərilsin. Qəzet ayda bir dəfə deyil, ən azından iki dəfə nəşr olunsun. Rəngli işiq üzü görsün. Bu qəzetə nə qədər dəstək versək azdır. “Xocalının səsi” qəzetinin daha da irəli getməsi vacibdir.
         “Xocalının səsi” qəzetinin saylarını biz Türkiyənin Azərbaycandakı Səfirliyinə də göndəririk. Türkiyə Səfirliyində də qəzet bəyənilir. Səfirliyin əməkdaşları qəzetin redaksiya heyəti ilə görüşmək istədiklərini bildirirlər.
Türkiyə Cümhuriyyəti “Xocalının səsi” qəzetinin səhifələrində Xocalı faciəsi haqqında məlumatlar, erməni əsirliyində olmuş azərbaycanlı qardaş və bacılarımızın başına gətirilən müsibətlər və erməni terrorizmi haqqında faktlara əsaslanan yazılar verildiyinə görə, bu qəzetə dəstək göstərməyə hazırdır. Səfirliyin əməkdaşları ilə söhbət zamanı “Xocalının səsi” qəzetinin fəaliyyətinin artırılmasına, mətbuatda önəmli yer almasına, müxtəlif dillərdə xarici ölkələrdə yayılmasına kömək göstərilməsinin vacibliyini vurğulayırlar. Çünki “Xocalının səsi” qəzeti Xocalı faciəsini anladır, türk dünyasını həmrəyliyə səsyləyir. Bütün dünyaya Xocalı faciəsi haqqında geniş məlumatlar çatdırmalıyıq. Xocalı faciəsini necə ki, türk dünyası bilir, eləcə də bütün bəşəriyyət bilməlidir.
         Arzu edirəm ki, “Xocalının səsi” qəzeti əbədi yaşasın. “Xocalının səsi” qəzeti faəliyyətini Xocalıda davam etdirsin. “Xocalının səsi” türkün səsidir. Qoy türkün səsi daim uca olsun!




Paylaşın:

DİN Daxili Qoşunların mətbuat xidmətinin rəisi "Xocalının səsi" qəzetinə təbrik məktubu göndərib

        Salam hörmətli Qalib müəllim!
        “Xocalının səsi” qəzetinin 28 yaşının tamam olması münasibəti ilə Sizi və yaradıcı kollektivinizi səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür - can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram! 
        Arzum budur ki, işğal olunmuş bütün qədim yurd yerlərimiz işğaldan azad olsun və "Xocalının səsi" qəzetinin səsi-sədası doğma Xocalımızdan gəlsin! Amin!!!
Hörmətlə, mayor Anar ƏHMƏDOV, 
DİN Daxili Qoşunların mətbuat xidmətinin rəisi  




Paylaşın:

“Xocalının səsi” qəzetinin 28 yaşı tamam olur

         09.07.2019-cu il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə “Xocalının səsi” qəzetinin 28 yaşının tamam olması münasibətilə tədbir keçirildi. Tədbirdə “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Sadıqov, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin və qəsəbədə fəaliyyət göstərən idarə, müəssisə işçiləri iştirak etdilər.

        Tədbir iştirakçıları əvvəlcə qəsəbədə Xocalı soyqırımı şəhidlərinin xatirəsiniə ucaldılmaş “Ana harayı” abidəsinə gül dəstələri düzdülər, şəhidlərimizi dərin ehtiramla andılar.

        Xocalı rayon Mədəniyyət Evində davam edən tədbiri mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov açaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, keşməkeşli ömür yaşayan rayonumuzun qəzetinin bu gün 28 yaşını qeyd edirik.

        Sonra Respublikamızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin və “Xocalının səsi” qəzetinin mərhum redaktorlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

          “Xocalının səsi” qəzetinin redaktoru, “Azərbaycan Prespublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Qalib Bəyməmmədoğlu məruzə ilə çıxış edərək qəzetin yaranma tarixindən, mərhum redaktorların fədakar əməyindən və bugünkü fəaliyyətindən söz açdı.

        Qalib Bəyməmmədoğlu bildirdi ki, “Xocalının səsi” qəzeti yaranan zaman Xocalıya rayon statusu verilmişdi. Xocalıda yeni idarə, müəssisələr yardılır, quruculuq-abadlıq işləri aparılırdı. Bununla bərabər mənfur qonuşularımız Qarabağın – Xocalının işğal planlarını hazırlayıdılar. “Xocalının səsi” qəzeti məhz belə ağır dövrdə yaradıldı.

        “Xocalının səsi” qəzeti Xocalı soyqırımı haqqında dəqiq və tez məlumat verən mətbuat orqanlarından biridir.

        Qəzetin mərhum redaktorları Mehdiyev Sərdar Dadaş oğlu və Qasımov Qasım İslam oğlu “Xocalının səsi” qəzetinin fasiləsiz fəaliyyət göstərməsi üçün çətin vaxtlarda əsl jurnaslist fədakarlığı göstəriblər.  

        Xocalıların özü kimi didərgin olan “Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək haqq səsimizi ucaltmışdır. Rayonumuzun qəzeti hal-hazırda Bakı şəhərində “Son Dakika” mətbəəsində hazır diapozitivlərdən çap olunur.

        Qalib Bəyməmmədoğlu qeyd etdi ki, “Xocalının səsi” qəzetinin səhifələrində Qarabağ müharibəsinə, Xocalı faciəsinə aid mövzular həmçinin, rayonumuzda keçirilən ümumrayon tədbirləri və respublikada baş verən əlamətdar hadisələr işıqlandırılır. Şəhid ailələrindən, erməni əsirliyində olmuş sakinlərdən, Xocalı soyqırımı şahidlərindən alınan müsahibələr üçün qəzetimizin səhifələrində yer ayrılır.

        Qəzet ayda bir dəfə 8 səhifədən ibarət olmaqla, 500-600 sayla nəşr edilir. Səhifələrin çox olması yazıların sayının çox olmasına və mövzu əhatəsinin geniş olmasına imkan yaradır. "Xocalının səsi" qəzeti müasir dövrün tələbi olan internet ilə ayaqlaşır. "Xocalının səsi" qəzetində yer alan yazılar internet ünvanı olan xocalininsesi.info saytı ilə geniş oxucu kütləsinə çatdırılır.

        Cari ildə  “Xocalının səsi” qəzetinin internet televiziyasının yaradılması nəzərdə tutulub.

       “Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir. Qəzetin səhifələrində ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirilir. Rayon qəzeti qarşısında duran fəaliyyət prinsiplərini layiqincə yerinə yetirir.

        “Xocalının səsi” qəzeti Xocalının tarixini yazır, xocalıların vəhdətini təşkil edir. “Xocalının səsi” bizi birliyə, qisasa səsləyir. Hər birimiz bu haraya qoşulmalı və haqq səsimizi gücüm çatdığı qədər yüksəkdən deməliyik.

        Daha sonra “Azərbaycan” qəzetinin məsul işçisi Məhəmməd Sadıqov çıxışında dedi ki, “Xocalının səsi” qəzeti nəinki Azərbaycanda, müxtəlif dillərdə dünyaya yayılmalıdır. Sosial şəbəkələrin imkanlarından istifadə edən “Xocalının səsi” uğurlu fəaliyyəti və missiyası ilə bir diaspor təşkilatı, lobbi gücünə malikdir.

        “Xocalının səsi” qəzeti “Xocalı ədalət” beynəlxalq təbliğat kampaniyasının amalını özünə şüar kimi qəbul edib.

         Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri, şəhid ailəsi Zülfü Quliyev çıxışında “Xocalının səsi” qəzetində vətənpərvərlik, mübarizlik ruhu olduğunu diqqətə çatdırdı. Rayon qəzetinin səhifələrində daim Cənab Prezidentimizin apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirildiyini vurğuladı.

        Sonda tədbir iştirakçıları “Xocalının səsi” qəzetinə və redaktor Qalib Bəyməmmədoğluna uğurlar arzuladılar. Əminliklə vurğulandı ki, tezliklə düşmən tapdağıda qalan torpaqlarımızı işğaldan azad edəcəyik. O zaman “Xocalının səsi” qəzeti fəaliyyətini Xocalıda davam etdirəcək.

















         
Paylaşın:

Gəncədə Qərb Regionu üzrə "Nəsimi 650" adlı şagirdlər arasında Yay Məktəbi baş tutub

        Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Texnologiya Universitetinin və Gəncə İntellektual School-un təşkilatçılığı ilə UTECA-nın akt zalında Qərb regionu üzrə şagirdlər arasında "Nəsimi 650" Yay Məktəbinin yekun tədbiri baş tutub.
        Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Respublikasının Təhsil Problemləri inistutunun təlimçisi,təhsil üzrə ekspert, Layihələr Akademiyasinin direktoru Vəfa Vəliyeva, UTECA-nın elmi məsələlər üzrə katibi Mətanət Əhmədova, Gəncə İntellektual Schoolun İdarə heyətinin sədri, layihə rəhbəri Teymur Əliyev iştirak edib.
        Layihə rəhbəri Teymur Əliyev çıxış edərək yay məktəbini uğurla başa vuran şagirdləri təbrik edib onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzu edib. O, bildirib ki, Gəncə İntellektual School 1-7 İyul 2019 cu il tarixində Gəncə şəhərində 4-5-6-7-8-9-10 sinif şagirdləri arasında Beynəlxalq Yay Məktəbi təşkil edib. "Yay məktəbini təşkil etməkdə əsas məqsədimiz uşaqların asudə vaxtlarını səmərəli təşkili, liderlik qabiliyyətinin inkişafı, dil biliklərinin inkişafı, yeni dostlar qazanmaq, xüsusi bacarıqlarını üzə çıxarmaqdır" -deyə layihə rəhbəri vurğulayıb.
        Tədbirdə çıxış edən millət vəkili Pərvin Kərimzadə bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Millət vəkili qeyd edib ki, bu məktəbdə uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, onların hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir. Sonra Pərvin Kərimzadə şagirdlərə bu yolda uğurlar arzu edib.
        Vəfa Vəliyeva çıxış edərək respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduğunu vurğulayıb.
        UTECA-nın elmi məsələlər üzrə katibi Mətanət Əhmədova da çıxışında yay məktəbini uğurla başa vuran şagirdləri təbrik edib, təşkilatçılara öz təşəkkürünü bildirib.
        Yekunda yay məktəbini uğurla başa vuran şagirdlərə 3G Beynəlxalq Sertifikat verilib.
        Qeyd edək ki, iyulun 7-də Qərb regionu üzrə şagirdlər arasında "NƏSİMİ 650" Yay Məktəbinin seçim turu baş tutacaq. Seçim zamanı 2 nəfər fəal şagird seçilərək ölkəmizi Şimali Kipr Türk Respublikasında təmsil edəcək.








Paylaşın:

Polis orqanlarının yaranmasının ildönümü rayonumuzda təntənəli şəkildə qeyd edildi

02.07.2019-cu il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində polis işçilərinin peşə bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkili Elman Məmmədov, hüquq – mühafizə orqanları, idarə və müəssisə rəhbərləri və rayonumuzun polis əməkdaşları iştirak etdilər.  
Tədbir iştirakçıları əvvəlcə “Heydər” parkında ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.
Xocalı rayon Polis Şöbəsinin inzibati binasının həyətində davam edən tədbirdə Dövlət Himnimiz oxundu.
Sonra Ulu öndər Heydər Əliyevin və topraqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan polisinin yaranması və hazırkı fəaliyyəti, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu və müvafiq əmrini oxumaq üçün məruzə ilə söz Xocalı RPŞ-nin rəis köməkçisi, polis polkovnik leytenantı Məzahir Qəhrəmanova verildi. Məruzəçi bildirdi ki, 1918-ci ilin may aynının 27-də Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası yaradıldı. 28 mayda isə “İstiqlal bəyannaməsi” elan olundu. Azərbaycan Xalq Cümhuriyyəti yaradılmaqla Fətəli Xan Xoskinin başçılığı ilə hökumət təşkil edildi. Bu hökumət eyni zamanda cümhuriyyətin ilk Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərdi.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Vətənimizin torpaqlarına göz dikmiş işğalçı daşnaklarına qarşı müharibədə Azərbaocan polisi bir əsgər kimi əldə silah daim ön sıralarda olmuşdur. Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Bunlardan 67 nəfərinə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmiş, 86 əməkdaşa “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının həyatında ciddi dəyişikliklər baş vermiş, polisdə təmizləmə işləri aparılmış, işdə böyük dönüş yardılmışdır.
1998-ci ilin may ayının 24-də müstəqil Azərbaycan Respublikasının Prezidenti, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan polisinin təsis edilməsi haqqında fərmanına əsasən 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis etdiyi  - 2 iyul Azərbaycan polisi günü elan olunmuşdur.
1993-cü ildən polisdə baş vermiş mənəvi dəyişikliklər, dövlətə və dövlətçiliyə sədaqət, nikbinlik və təmizlik məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevlə başlanan həmin çətin və şərəfli quruculuq və inkişaf bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd etməliyəm ki, Xocalı rayon Polis Şöbəsinin yaranma tarixi 1990-cı ilə təsadüf edir. Belə ki, tarixlər boyu bizimlə çiyin-çiyinə yaşamış, çörəyimizi yeyib, suyumuzu içib sonda bizə qarşı nankorluq edən erməni qonşularımızın torpaqlarımıza və soydaşlarımıza qarşı təcavüz zamanı, vətəndaşlarımızın silahlı basqınlardan qorunmaq məqsədilə Xocalı polisi yaradıldı.
Yarandığı ilk gündən erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Xocalı faciəsi zamanı xalqımıza qarşı törədilən soyqırım əməkdaşlarımızın gözünü qırmadı,əksinə onlar silaha sarılaraq Ağdam rayonun Güllücə, Göytəpə, Qərvənd kəndləri uğrunda gedən döyüşlərdə yaxından iştirak edərək qeyri bərabər döyüşlərdə 29 nəfər şəhid olmuş, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.
Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bir sıra əməkdaşlarımız dövlət mükafatları ilə təltif olunmuşdur. Belə ki, 4 nəfər Milli Qəhrəman, 2 nəfər “Azərbaycan bayrağı”, 2 nəfər “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Hal-hazırda şöbəmizdə 10 veteran əməkdaşı xidmət edir.
    Hazırda DİN-in müavafiq əmrinə əsasən, 2003-cü ildən Xocalı polisi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və əməkdaşlarımız öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
Daha sonra Xocalı rayon prokuroru Kamran Məmmədov, “N” saylı hərbi hissənin komandiri polkovnik Taleh Məşədiyev, millət vəkili Elman Məmmədov çıxışlarında qeyd etdilər ki, Qarabağ müharibəsində Azərbaycan polisinin əməkdaşları düşmənə qarşı ləyaqətlə vuruşdular. Çıxışlarda bildirildi ki, Azərbaycan dövləti öz inkişafına, iqtisadi göstəricisinə və digər paremetrlərinə görə beynəlxalq səviyyədə tanınan bir dövlətdir. Hər bir dövlət üçün hüquq-mühafizə orqanlarının, xüsusən də polis orqanlarının güclü olması vacibdir. Azərbaycanda daxili təhlükəsizliyin qorunması, ictimai asayişin bərqərar olunması, insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə həyata keçirilir. Natiqlər əminliklə vurğuladılar ki, Xocalıda yaranan Xocalı polisi yaxın zamanlarda Ali Baş Komandamızın rəhbərliyi altında çalacağımız qələbə nəticəsində yenidən doğma torpaqlarımızda öz xidmətini davam etdirəcək.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışdı. Ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis əməkdaşlarının xidmətindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açdı.  
Rayonumuzun rəhbəri qeyd etdi ki, Azərbaycanda mütəmadi mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycanda iqtisadi inkişafla yanaşı, daxil sabitliyin, təhlükəsizliyin yüksək olması beynəlxalq tədbirlərə ev sahibliyi etmək haqqını verir. Bunun nəticəsi olaraq ölkəmizə çoxlu sayda qonaqlar gəlir. Azərbaycan polisi ölkəmizdə keçirilən idman yarışlarının və digər tədbirlərin keçirilməsində öz vəzifələrini bir vətəndaş kimi yüksək səviyyədə yerinə yetirirlər.    
Şahmar Usubov bildirdi ki, Cənab Prezidentimizin yaxınlarda imzaladığı Sərəncamla  - Ramil Usubovun ali vəzifəyə təyin olunması və onun əvəzinə polis orqanlarında uzun müddət işləyən Vilayət Eyvazovun nazir təyin olunması Azərbaycan polisinə verilən yüksək qiymətdir.
Xocalı rayonundan polis orqanlarında çoxlu sayda əməkdaş xidmət alır. Rayonumuzda demək olar ki, hər bir ailənin polis orqanları ilə bağlılığı var. Ona görə də bu bayram hər kəsi təbrik edirəm.
Xocalı rayon Polis Şöbəsinin rəisi Eldar Bağırov tədbir iştirakçılarına şəxsi heyət və öz adından minnətdarlığını bildirdi.
Tədbir təntənəli keçidlə yekunlaşdı. 

















Paylaşın:

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi