BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

24 Temmuz 2019 Çarşamba

Jurnalist Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə xidmət edən ərənlərlə görüşüb

Posted at  7/24/2019  |  in  Ümumi hadisələr

        22 iyul - Milli mətbuat işçiləri və jurnalistika günü münasibətilə bir qrup vətənpərvər ziyalı Füzuli rayonuna səfər etmişdir. “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf fondunun birgə təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar düşmən tapdağından azad edilən və hazırda böyük quruculuq işləri aparılan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuş, Dövlət Başçısının tapşırığı əsasında tikilmiş evləri və Şuşa Məscidini ziyarət etmişlər.
        Qonaqlar cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşən, 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalına məruz qalan və Qarabağ müharibəsi dövründə ağır döyüşlərdən böyük ziyan çəkən, bu gün respublikamızın məcburi köçkün rayonları arasında abadlaşdırma prosesində birinci yeri tutan Horadiz şəhərinə də baş çəkmişlər. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olan şəhidlərimiz üçün yaradılmış “Aprel şəhidləri” abidəsi ziyarət olunaraq üzərinə gül dəstəsi qoyulmuş, xatirələri hörmət və ehtiramla yad edilmişdir. Sonra ziyarətçilər Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə Zəhra Quliyevanın məzarını ziyarət edib, ailəsi ilə gürüşüb, ruhuna İxlas və Fatihə surələrini oxuyaraq yad ediblər.
        Daha sonra cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2017-ci ildə inşa edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd Məscidini ziyarət edib, ön cəbhədə həm cəbhə xəttini , həm də İranla olan dövlət sərhəddini qoruyan əsgərlərlə birlikdə nahar fasiləsinə qatılmışlar. Nahar fasiləsindən sonra ön cəhbədə xidmət edən zabit, gizir və əsgərlərlə görüş keçirilmişdir. Görüşdə “Xocalı Soyqırımını Tanıtma” İctimi birliyinin sədri, Vətən müharibəsi veteranı Şamil Sabiroğlu, Birlik sədrinin müavini xanım Dilbər Sultanova, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, "Həyat" Humanitar Təşkilatının layihə rəhbəri, ictimai xadim, sosioloq xanım Zəminə Səfərova, ziyalılardan Arzu Əliyeva, gənc xeyriyyəçi İlkin Abbasov, BMT-nin İdman üzrə KoordinatoruTural Hüseynov, Beyləqan rayon sakini, şair-publisist Bəhrəm Fərmanzadə, ehtiyatda olan zabit , Norveçdə yaşayan soydaşımız Svetlana Allahverdiyeva, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev , "Xebertv.az" saytının baş redaktoru ,müharibə veteranı və əlili Əvəz Bəşiroğlu, rəssam xanım Ülkər Əbülfət, stomotoloq Əli Mirzalıyev, və digərləri döyüş bölgələri, müharibə illəri , atəşkəsə qədər müharibənin xalqımıza yaratdiğı çətin vəziyyətindən öz xatirələrini bölüşmüş və ön cəbhədə ayıq-sayıq dayanan əsgərlərimizə -bölük komandiri leytenant Siraclı Ramil, əsgərlər Ələkbərov Səbuhi, Ələkbərov Əli və Əliyev Mikayıla saat hədiyyə olunaraq vətəni qorumağın necə şərəfli bir hiss olduğundan danışmışlar.
        Səfər “Mətbuat İşçiləri və Jurnalistika günü” ilə əlaqədar Horadiz şəhərindəki "Muğam Mərkəzi"ndə əsgərlər və rayonun digər yerli idarəetmə qrumlarında çalışan nümayəndələri üçün təşkil olunan musiqili tədbirlə yekunlaşdırılıb.
        Tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, istedadlı müğənni və aparıcı İslam Ələsgərli açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi 1 dəq.sükutla yad olundu. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri , “Tərəqqi” medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)“ yubiley medalının mükafatşısı, müharibə veteranı, jurnalist Samil Sabiroğlu və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, 2-ci dərəcəli müharibə veteranı Ədalət Məhərrəmov səfər haqqında öz təəssüratlarını bölüşdü, mətbuat işçilərinə göstərilən qayğıya görə ölkə Başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevə və cəbhə bölgəsinə səfər etməyə icazə verdiyinə görə Respublikanın Müdafiə naziri, General-polkovnik Zakir Həsənova öz minnətdarlıqarını bildirmişlər. “Həyat Beynəlxalq humanitar təşkilatının “ layihə rəhbəri, sosioloq Zəminə Səfərova çıxışlara əlavə edərək, əslən Füzuli rayonundan olduğu üçün bu gün rayonda istər hərbi, istər rayonun abadlıq vəziyyəti, istərsə də xalqın rifahının bu cür yaxşıya doğru dəyişməsinin ona verdiyi fəxarət hissindən söhbət açdı. Digər çıxışçılar - Respublikanın qabaqcıl təhsil işçisi, Bakıdakı 269 nömrəli tam orta məktəbin müəllimi Firduz Əhmədov, “Xocalı Soyqırımı Tanıtma” birliyinin və “Yeni yurd” Sosial İnkişaf" ictimai birliyinin sədr müavini Dilbər Sultanova , Füzuli rayonunun sabiq baş həkimi, ehtiyatda olan tibb xidməti mayoru, Respublikanın Əməkdar həkimi Əhəd Məmmədov və digər ziyalılar ön cəbhədə döyüşən hərbçilərimizə, arxa cəbhədə mübarizə aparan qələm əhli olan bütün mətbuat işçilərinə öz hörmətlərini ifadə etmişlər. Kiçik oğlu Müseyibin əsgərlərə məktubunu oxuyan Beyləqan rayonundakı şəhid Sirac Mehdiyev adına Yuxarı Aran kənd orta məktəbinin müəllimi Sahilə Fərmanova zalda əyləşən tədbir iştirakşılarını kövrəltmişdir. Azərbaycan Ressamlar İttifaqının üzvü , vətənpərvərlik mövzusunda həm ölkə daxilində həm beynəlxaq səviyyədə dəfələrlə rəsm müsabiqələrinin qalibi rəssam Ülkər Əbülfət Lələ təpə döyüşlərində xüsusi xidməti olmuş general-mayor Mais Bərxudarovun nümayəndəsinə vətənpərvərlik mövzusunda çəkdiyi rəsm əsərini hədiyyə etmişdir. Tədbirdə iştirak edən əsgərlərdən Paşayev Kamil, Cəfərov Ehtiram, Ağayev İlkin, Paşayev Emil və Xəlilov Süleymana qonaqlar tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
        Sonda səfər iştirakçılarına və təşkilatçılara Hərbi hissənin rəhbərliyi adından Xüsusi diplomlar verilib. Tədbir konsert proqramı ilə davam etdirilib.

Türkanə Səfərova,
Gilə Əli qızı,
Aygün Kazımova.
“Xocalı Soyqırımı Tanıtma” ictimai birliyinin 
İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları.
Fotolar: Vətən müharibəsi veteranı 
Əvəz Bəşiroğlu və Nizami Süleymanova məxsusdur.


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top