BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

9 Temmuz 2019 Salı

“Xocalının səsi” qəzetinin 28 yaşı tamam olur

Posted at  7/09/2019  |  in  Ümumrayon tədbirləri

         09.07.2019-cu il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə “Xocalının səsi” qəzetinin 28 yaşının tamam olması münasibətilə tədbir keçirildi. Tədbirdə “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Sadıqov, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəliyinin və qəsəbədə fəaliyyət göstərən idarə, müəssisə işçiləri iştirak etdilər.

        Tədbir iştirakçıları əvvəlcə qəsəbədə Xocalı soyqırımı şəhidlərinin xatirəsiniə ucaldılmaş “Ana harayı” abidəsinə gül dəstələri düzdülər, şəhidlərimizi dərin ehtiramla andılar.

        Xocalı rayon Mədəniyyət Evində davam edən tədbiri mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov açaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, keşməkeşli ömür yaşayan rayonumuzun qəzetinin bu gün 28 yaşını qeyd edirik.

        Sonra Respublikamızın ərazi bütövlüyü uğrundan canlarını fəda etmiş şəhidlərimizin və “Xocalının səsi” qəzetinin mərhum redaktorlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.

          “Xocalının səsi” qəzetinin redaktoru, “Azərbaycan Prespublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Qalib Bəyməmmədoğlu məruzə ilə çıxış edərək qəzetin yaranma tarixindən, mərhum redaktorların fədakar əməyindən və bugünkü fəaliyyətindən söz açdı.

        Qalib Bəyməmmədoğlu bildirdi ki, “Xocalının səsi” qəzeti yaranan zaman Xocalıya rayon statusu verilmişdi. Xocalıda yeni idarə, müəssisələr yardılır, quruculuq-abadlıq işləri aparılırdı. Bununla bərabər mənfur qonuşularımız Qarabağın – Xocalının işğal planlarını hazırlayıdılar. “Xocalının səsi” qəzeti məhz belə ağır dövrdə yaradıldı.

        “Xocalının səsi” qəzeti Xocalı soyqırımı haqqında dəqiq və tez məlumat verən mətbuat orqanlarından biridir.

        Qəzetin mərhum redaktorları Mehdiyev Sərdar Dadaş oğlu və Qasımov Qasım İslam oğlu “Xocalının səsi” qəzetinin fasiləsiz fəaliyyət göstərməsi üçün çətin vaxtlarda əsl jurnaslist fədakarlığı göstəriblər.  

        Xocalıların özü kimi didərgin olan “Xocalının səsi” qəzeti müxtəlif vaxtlarda Bərdə, Tərtər, Quba, Bakı, Gəncə şəhərlərində fəaliyyət göstərərək haqq səsimizi ucaltmışdır. Rayonumuzun qəzeti hal-hazırda Bakı şəhərində “Son Dakika” mətbəəsində hazır diapozitivlərdən çap olunur.

        Qalib Bəyməmmədoğlu qeyd etdi ki, “Xocalının səsi” qəzetinin səhifələrində Qarabağ müharibəsinə, Xocalı faciəsinə aid mövzular həmçinin, rayonumuzda keçirilən ümumrayon tədbirləri və respublikada baş verən əlamətdar hadisələr işıqlandırılır. Şəhid ailələrindən, erməni əsirliyində olmuş sakinlərdən, Xocalı soyqırımı şahidlərindən alınan müsahibələr üçün qəzetimizin səhifələrində yer ayrılır.

        Qəzet ayda bir dəfə 8 səhifədən ibarət olmaqla, 500-600 sayla nəşr edilir. Səhifələrin çox olması yazıların sayının çox olmasına və mövzu əhatəsinin geniş olmasına imkan yaradır. "Xocalının səsi" qəzeti müasir dövrün tələbi olan internet ilə ayaqlaşır. "Xocalının səsi" qəzetində yer alan yazılar internet ünvanı olan xocalininsesi.info saytı ilə geniş oxucu kütləsinə çatdırılır.

        Cari ildə  “Xocalının səsi” qəzetinin internet televiziyasının yaradılması nəzərdə tutulub.

       “Xocalının səsi” Ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə daim sədaqətlə xidmət edib və bundan sonra da edəcəkdir. Qəzetin səhifələrində ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirilir. Rayon qəzeti qarşısında duran fəaliyyət prinsiplərini layiqincə yerinə yetirir.

        “Xocalının səsi” qəzeti Xocalının tarixini yazır, xocalıların vəhdətini təşkil edir. “Xocalının səsi” bizi birliyə, qisasa səsləyir. Hər birimiz bu haraya qoşulmalı və haqq səsimizi gücüm çatdığı qədər yüksəkdən deməliyik.

        Daha sonra “Azərbaycan” qəzetinin məsul işçisi Məhəmməd Sadıqov çıxışında dedi ki, “Xocalının səsi” qəzeti nəinki Azərbaycanda, müxtəlif dillərdə dünyaya yayılmalıdır. Sosial şəbəkələrin imkanlarından istifadə edən “Xocalının səsi” uğurlu fəaliyyəti və missiyası ilə bir diaspor təşkilatı, lobbi gücünə malikdir.

        “Xocalının səsi” qəzeti “Xocalı ədalət” beynəlxalq təbliğat kampaniyasının amalını özünə şüar kimi qəbul edib.

         Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının sədri, şəhid ailəsi Zülfü Quliyev çıxışında “Xocalının səsi” qəzetində vətənpərvərlik, mübarizlik ruhu olduğunu diqqətə çatdırdı. Rayon qəzetinin səhifələrində daim Cənab Prezidentimizin apardığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirildiyini vurğuladı.

        Sonda tədbir iştirakçıları “Xocalının səsi” qəzetinə və redaktor Qalib Bəyməmmədoğluna uğurlar arzuladılar. Əminliklə vurğulandı ki, tezliklə düşmən tapdağıda qalan torpaqlarımızı işğaldan azad edəcəyik. O zaman “Xocalının səsi” qəzeti fəaliyyətini Xocalıda davam etdirəcək.

















         

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top