24 avqust tarixində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunun Avaxıl kəndində Beynəlxalq Azərbaycan Muğam Gününə həsr edilmiş “Bir gün Qarabağda” adlı muğam konserti təşkil olundu. Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın qan qardaşı, can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb.
Konsert proqramında Xocalı rayon nümayəndələri ilə birlikdə mən də iştirak etdim.
Konsert proqramı zamanı qeyd olundu ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxılaşdırılması sahəsində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdiri-lir. Hazırda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində geniş miqyaslı tədbirlər həyata keçirilir, indiyədək onlar üçün 104 qəsəbə salınıb.
Qeyd olundu ki, Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətimizin bütün sahələrinə, həmçinin muğama böyük diqqət və qay-ğı göstərir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xid-mətləri vardır. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
Konsert proqramında muğam müsabiqəsinin qalibləri, məcburi köçkün rayonların tanınmış xanəndələri və başqalarının ifaları hər kəsi dərin xəyala apardı. Hamının üzündə sevinc və kədər qoşalaşmışdı. Ona görə sevinirdik ki, muğamımız qorunur, layiqincə təbliğ olunur, xalqımızın firavan yaşayır, həmrəyliyimiz var. Kədərlənirik ona görə ki, köçkünlük həyatı yaşayırıq, dədə-baba torpaqlarımız düşmən tapdağı altındadır.
İnanıram ki, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində düşmən tapdağı altında qalan torpaqlarımız tezlikdə işğaldan azad ediləcək və belə muğam konsertlərini tədbirləri Qarabağımızın hər yerlərində - Xocalıda, Cıdır düzündə də keçiriləcək.
Qarabağa qayıtmaq üçün qəlbimizdə bir qığılcım alovlanmaqdadır. Bu ümid alovu Ali Baş Komandanımızın bizə verdiyi inamdan, Ordumuzun gücündən şölələnir.
25 Ağustos 2019 Pazar
Homepage
» Qarabağa qayıtmaq üçün qəlbimizdə bir qığılcım alovlanmaqdadır
Qarabağa qayıtmaq üçün qəlbimizdə bir qığılcım alovlanmaqdadır
Posted at 8/25/2019 |  in Ümumi hadisələr
Bəyməmməd QULİYEV,
Xocalı rayon Kosalar kənd sakini
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
Xocalıdan olan Vətən Müharibəsi iştirakçısına yüksək vəzifə verildi
-
Şəhid ailəsi ziyarət edildi
-
LAYLAM, XOCALIM, LAYLAY
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Aprel döyüşlərində şücaətindən yazdığım igidin indi şəhidlik zirvəsindən yazıram
-
Qəhrəmanlıq dastanında imzası olan şəhidimiz
-
Ömür payını Vətənin bütövlüyü uğrunda qurban verən şəhidimiz
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
Arzuladığı ucalığa qovuşan şəhid kəşfiyyatçı
-
Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlərin şəhidi
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: