DİM tərəfindən yaradılan məsləhət mərkəzində Xocalıdan olan abituriyentlərə kömək göstərilib

        02.08.2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tapşırığına əsasən, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədi ilə ödənişsiz "Abituriyent Məsləhət Mərkəzi" yaradılıb. Xocalı Rayon Təhsil Şöbəsinin əlaqələndiriciləri və  Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərilib. 
        "Abituriyent Məsləhət Mərkəzi"nə 50-yə qədər abituriyent müraciət edb. Onlardan 30-a qədər abituriyentin elektron ixtisas seçimi ərizəsi təsdiqlənib.
        Yaradılan şəraitə görə valideynlər və abituriyentlər DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə minnətdarlıq ediblər. 
Verdiyev Müqabil Namiq oğlu  - subbakalavr: Mənə göstərilən köməklikdən çox razı qaldım. DİM əməkdaşının ixtisas seçimimi seçməkdə mənə kömək etməsi ali məktəbə qəbul olmaq inamımı artırdı. 
Zamanova Jalə Rafiq qızı - Xocalı şəhər 5 saylı tam orta məktəbin məzunu: Məskunlaşdığımız Yuxarı Ağcakənd qəsəbəsi ilə Gəncə şəhəri arasında xeyli məsafə var. İxtisas seçimini etməkdə bu sahədə təcrübəli insandan məsləhət almağı düşünürdük. Yaradılan "Abituriyent Məsləhət Mərkəzi" bizim rahatçılığımıza səbəb oldu və DİM əməkdaşından aldığım məsləhətdən sonra elektron ixtisas seçimi ərizəmi öz istəyimə uyğun təsdiqlədim.


























Yorum Gönder

Daha yeni Daha eski