Bu saytda yenilənmələr gedir

SLAYD

BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

XOCALI SOYQIRIMINI UNUTMA!

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi

        Avqustun 9-da Xocalı rayon İcra Hakimiyyəti inzibati binasının akt zalında rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirildi. Şura iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, şura üzvləri, idarə və müəssisə rəhbərləri iştirak etdilər.
        Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Şura iclasının gündəliyini elan etdi. Şurasının iclasının gündəliyində Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirə haqqında və nümayəndəliklərd
ə Təsərrüfatbaşına kitabların işlənməsinin vəziyyəti haqqında məsələlər müzakirə edildi.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirəni məruzə etdi.
        Məruzə ətrafında çıxışlarda Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev, Xocalı rayon Maliyyə Şöbəsinin rəisi İlqar Əliyev, DSMF-nin Xocalı rayon şöbəsinin baş məsləhətçisi Nadir Orucov rayonumuzda sosial-iqtisadi sahədə görülən işlərdən məlumat verdilər, statistik göstəriciləri diqqətə çatdırdılar.
        Gündəlikdə duran ikinci məsələ ilə bağlı Xocalı rayon İHB-nın Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov məlumat verdi. Səxavət Hüseynov bildirdi ki, hazırda rayon üzrə 5 ərazi nümayəndəliyi var. 2019-cu ilin iyul ayında nümayəndəliklərdə təsərrüfatbaşına kitabların yoxlanışı zamanı rayon üzrə əhalinin sayı 4392 ailə 16266 nəfər olmuşdur ki,  bunnlardan da 2050 ailə dövlət tərəfindən mənzillət təmin olub, bu da əhalinin 47%-ni təşkil edir. Nümayəndələr Təsərrüfat başına uçot kitablarını işləyərkən müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq çalışırlar ki, məlumatlar doğru olsun. Kitabların  tam da, doğru doldurulmamasının səbəblərindən ən böyüyü rayon əhalisinin Respublikamızın 54 müxtəlif şəhər və rayonlarında 300-dən artıq yaşayış məntəqəsində məskunlaşmasıdır. Bunun üçün onlar rayonlarda səyyar görüş keçirilir, əhali ilə fərdi söhbətlər aparılır.
        Tərəfimizdən təsərrüfatbaşına uçot kitablarının işlənmə vəziyyətini yoxlayarkən məlum olmuşdur ki, hər bir nümayəndəlikdə kitab etibarlı saxlanılır və qorunur. Kitabların inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair təlimatın tələblərinə uyğun işlənməsi üçün bir neçə dəfə müşavirələr keçirilmiş və göstərişlər verilmişdir.
        Nümayəndəliklərdə kitablara baxış keçirilmiş və bəzi nöqsanlar aşkarlanmışdır. Nöqsanların  aradan qaldırılması və azaldılması məqsədi ilə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliklərində müvafiq tədbirlər görülmüşdür.
        Sonda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Usubov Şahmar Şahhüseyn oğluna və Xocalı rayon Mərkəzi Xəstəxananın baş həkimi Məmmədov Aqil Kamran oğluna "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, Xocalı rayon icra Hakimiyyəti Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Həsənov Vaqif Həsən oğluna "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olundu.
        Gündəlikdə olan məsələlər müzakirə edilərək qərar qəbul olundu.















Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

"Xocalının Səsi"

Ən çox oxunan

Blogger tarafından desteklenmektedir.

Abunə OLUN

Blog Arşivi

Sample Text

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation test link ullamco laboris nisi ut aliquip ex ea commodo consequat.

Pages

Theme Support

Need our help to upload or customize this blogger template? Contact me with details about the theme customization you need.