Xocalı rayon cüdoçusu Orxan Saleh Süleymanov region birinciliyində III yerə layiq görülüb. O, yanvar ayında yeniyetmələrin Bakı şəhərində keçiriləcək Respublika çempionatında iştirak edəcək.
Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr verilib. Qeyd edək ki, Aran Qarabağ regionu üzrə birincilikdə Bərdə, Ağdam, Yevlax, Goranboy, Laçın, Ağcabədi, Göyçay, Zərdab, Xocalı, Ucar, Naftalan, Beyləqan cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Mingəçevirdə davam etdiriləcək.
Hiç yorum yok:
Yorum Gönder