Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

DİM-in Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində çalışan müəllimlərlə görüş keçirdi


        21 noyabr tarixdə DİM-in Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində çalışan müəllimlərlə görüş keçirdi. Görüşdə ötən və cari ilin qəbul qaydaları haqqında və fənn müəllimlərinin yeni təhsil proqramı (kurikulumu) ilə bağlı keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş tapşırıqların müzakirəsi ilə bağlı söhbət aparıldı. Müəllimlər DİM-in əməkdaşı tərəfindən Gəncə şəhərində Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı məlumatların və istifadə olunmuş tapşırıqların müzakirəsi, builki qəbul imtahanlarında açıq tipli tapşırıqların şagird və abituriyentlər tərəfindən cavablandırılması, onların yoxlanılma qaydaları haqqında məlumatlandırılması ilə əlaqədar seminara dəvət olundular.  

        Nəsimi Məmmədov bildirdi ki, Azərbaycan dili, riyaziyyat, ingilis dili, rus dili, tarix, coğrafiya, fizika, kimya və biologiya fənləri üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kurslarından keçən müəllimlər sualların yoxlanılmasına cəlb olunacaqlar. Bu da müəllimlərin bilik və bacarıqlarının artırılmasına və işlədiyi müddətdə əlavə əməkhaqqı ilə təmin olunmasına kömək olacaqdır. 




Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

Abunə OLUN

Ən çox oxunan

Blog Arşivi