Bu saytda yenilənmələr gedir

XOCALI RAYONUNUN İLK VƏ TƏK MƏTBU ORQANI

PƏHLƏVAN XOCALI POLİSİ

        Qəhrəmanov Məzahir Əhəd oğlu 25 mart 1971-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1996-cı ildə Nəsrəddin Tusi adına Pedaqoji Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. 1994-cü ildən Xocalı rayon Polis Şöbəsinin əməkdaşıdır. 2016-cı ildən rəisin şəxsi heyətlə işi üzrə köməkçisi vəzifəsində çalışır. Polis polkovnik-leytenentı rütbəsindədir. Usta məharət dərəcəsinə layiq görülüb, qüsursuz xidmət etdiyinə görə III, II, I dərəcəli medallarla təltif edilib.
       Məzahir Qəhrəmanov 14 yaşından pəhləvanlıqla məşğul olur. Yeniyetmə yaşlarından Xocalıda və ətraf rayonlarda öz gücünü, bacarığını nümayiş etdirib. O, pəhləvanlıq peşəsinin sirlərini əmisi oğlu Rəşid Pəhləvandan öyrəndiyini deyir.
        2011-ci ildə Goranboy rayonu ərazisində Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə xocalılar üçün salınmış Yeni Yaşayış massivinin açılışı zamanı Məzahir Qəhrəmanov pəhləvanlıq nümayiş etdirib. 2 iyul tarixdə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə göstərdiyi pəhləvanlıq nümunələri ilə gücünü itirmədiyini sübut etdi.
        Məsuliyyətli və çalışqan insan olan Məzahir Qəhrəmanov Xocalı rayon Polis Şöbəsinin gənc əməkdaşlarına örnək olan nümunəvi polislərimizdən biridir.









Paylaşın:

Hiç yorum yok:

Yorum Gönderme

Ən çox oxunan

Abunə OLUN

Blog Arşivi

"Xocalının səsi" qəzeti

Qəzet 9 iyul 1991-ci il tarixdən işıq üzü görür.