Ənənəvi hal alan görüşlərin biri 26 oktyabr tarixdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun, Millət vəkili Elman Məmmədovun, Xocalı rayon prokuroru Kamran Məmmədovun, Xocalı RİHA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynovun və bir qrup müharibə əlillərindən ibarət nümayəndə heyətinin iştirakı ilə baş tutub. Nümayəndə heyəti ön xətdə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlara televizor hədiyyə ediblər.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər natiqlər Vətənimizin keşiyində dayanan əsgərlərə çətin və şərəfli xidmətlərində uğurlar diləyib, onlara qələbə sevinci arzulayıblar.
“XOCALININ SƏSİ”
Hiç yorum yok:
Yorum Gönder