BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

6 Aralık 2019 Cuma

Xocalılar ağacəkmə aksiyasında yüksək əhval-ruhiyyə ilə iştirak etdilər

Posted at  12/06/2019  |  in  

        Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 650 ağac əkildi. 
        Keçirilən ağacəkmə aksiyasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri həvəslə, yüksək əhval-ruhiyyə ilə iştirak etdilər. 
Aksiya çərçivəsində göyrüş ağacları toprağa basdırılıb, dibləri doldurulub və suvarılıb.
        Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov ağacəkmə aksiyasında dedi: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu nəcib və xeyirxah tədbir ölkəmizdə yeni yaşıllıq zonalarının salınmasına, Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfə verməklə yanaşı, mühüm bir hadisədir. Biz də bu kampaniyanın tərkib hissəsi olaraq Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində 2 hektar ərazidə ağacəkmə aksiyası keçiririk. Ağacların çoxluğu insanların sağlamlığı üçün vacibdir. Vətənimizin ekoloji cəhətdən təmiz olması və insanlarımızın sağlamlığı üçün hər kəs ağacəkmə kampaniyasında fəal iştirak etməlidir." 
        Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə şən musiqilər səsləndirildi. Məktəblilər Dövlət Bayrağımızı dalğalandırdılar.
        Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.





















Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top