BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Ocak 2020 Cuma

Meşəli kənd İƏD-si üzrə nümayəndəlikdə 2019-cu ilin yekununa və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

Posted at  1/10/2020  |  in  

         Yanvarın 10-da Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə dair illik hesabatı məruzəsi dinlənildi. 

        Hesabat yığıncağında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. 

        Xocalı rayon İHB-nın Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Kazımov hesabat məruzəsində bildirdi ki, Meşəli kənd nümayəndəliyi 11 ildir Goranboy rayon Meşəli qəsəbəsində fəaliyyət göstərir. Meşəli kənd  nümayəndəliyinin əhalisi 2 ədəd təsərrüfat başına kitabında qeydiyyata alınmışdır. Hazırda nümayəndəlikdə 176 ailə, 646 nəfər sakin var.  

        Nümayəndəlik il ərzində 22 əmr və 450 ədəd arayış vermişdir. Nümayəndəliyə 36  müxtəlif məzmunlu məktub daxil olmuş, həmin  məktublar öz məzmunu əsasında cavablandırılmışdır. Bizim tərəfimizdən 64 məktub  müxtəlif ünvanlara göndərilmiş və həllini tapmışdır. Nümayəndəliyə il ərzində 13 ərizə  daxil olmuş, onların  heç biri şikayət xarakterli olmamışdır və hamısı müsbət icra olmuşdur. Bundan əlavə bizə şifahi müraciətlər olmuş həmin müraciətlərin həllində öz  köməkliyimizi  göstərmişik.  

        Əhalimizin müəyyən hisəsi 17 ayrı-ayrı rayonda məskunlaşmışdır. Mütəmadi  olaraq  rayonlara  gedir,  sakinlərimizlə  görüşürük. 

        İlqar Kazımov qəsəbədə hal-hazırda içməli su xəttinin politlen borularla əvəz olunmasına başlanıldığını dedi. Bununla da, içməli su təchizatı yaxşılaşacağını və yayda baş verən içməli su çatışmazlığının aradan qaldırılacağını bildirdi. 

        Sonra məruzə ətrafında çıxışlar oldu. Çıxışlarda qəsəbədaxili yolların işıqlandırılması, Meşəli kənd tam orta məktəbinə əlavə isinif otağının tikilməsi, əkin üçün torpaq sahəsinin ayrılması təklifləri verildi. İlqar Kazımovun rəhbərliyi ilə nümayəndəlyin gördüyü işləri qənaətbəxş sayıldı. 


       













Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top