BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

14 Ocak 2020 Salı

Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirildi

Posted at  1/14/2020  |  in  

        Dekabrın 14-də Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2019-cu ildə görülən işlərə və qarşıda duran vəzifələrə dair hesabatı iclası keçirildi.
        Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər. 
        Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxış edərək 2019-cu ildə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, əldə olunan nailiyyətlərdən, eyni zamanda nümayəndəlikdə və ona tabe olan idarə və müəssisələrdə görülən işlər haqqında məlumat verdi, qarşıda duran vəzifələri və qəsəbə sakinlərinin təklifləri diqqətə çatdırdı. Dərgah Haqverdiyev çıxışında bildirdi ki, 01 yanvar 2020-ci il tarixə Kərkicahan qəsəbə əhalisi 669 təsərrüfatdan və 2394 nəfərdən, Xankəndi şəhər əhalisi isə 542 təsərrüfatdan 1980 nəfərdən ibarətdir. Kərkicahan qəsəbəsindən 475 nəfər, Xankəndi şəhərindən isə 393 nəfər müxtəlif növ təqaüd, pensiya və müavinət alanlardır. 01 yanvar 2020-ci il tarixə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə  nümayəndəliyindən 3213 nəfər məcburi köçkünlər vahid aylıq müavinət alırlar.
  01 yanvar 2020-ci il tarixə Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 411 baş iribuynuzlu heyvan, 768 baş xırdabuynuzlu heyvan, 1384 ədəd ev quşu, 546 arı ailəsi və 11 baş at qeydiyyata alınmışdır. İl ərzində 610 sentner ət, 3600 litr süd istehsal olunmuşdur. 6 hektar sahədə əkin aparılmışdır. 4 hektar sahədən 650 sentner kartof, 2 hektar sahədən isə 133 sentner (xiyar 65 sentner, 68 sentner pamidor) tərəvəz yığılmışdır.
         2019-cu ildə Kərkicahan qəsəbə, Xankəndi şəhər və rayon sakinlərinə aidiyyati üzrə müxtəlif məzmunlu 894 ədəd arayışlar verilmişdir. Xocalı rayon İcra Hakimiyyətinə, rayonun digər idarə, müəssisə və təşkilatlarına, Gəncə şəhərinin Nizami rayonunun aidiyyati üzrə müxtəlif dövlət qurumlarına 103 ədəd müxtəlif məzmunlu məktublar göndərilmişdir.
2019-cu ildə ”Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramları” və Əlavələr əsasında 2003-cü ildən başlayaraq Kərkicahan qəsəbəsindən 195 ailə 755 nəfər 29%, Xankəndi şəhərindən isə 198 ailə 735 nəfər 36,5% qəzalı vəziyyətdə olan binalardan köçürülərək evlə təmin olunmuşlar.
          Dərgah Haqverdiyev Kərkicahan sakinlərini narahat edən ümumi məsələlər haqqında da məlumar verdi. Sakinlərini narahat edən bir çox məsələlərin şəraitsiz yataqxanalarda məskunlaşma səbəbindən yarandığını dedi. Cari ilin sonunadək Gəncə şəhəri ərazisində salınması nəzərdə tutulan qəsəbəyə Kərkicahan sakinlərinin köçürüləcəyini bildirdi. Əgər yeni qəsəbəyə köçürülmə olarsa, onda mövcud problemlərin əksəriyyəti öz həllini tapmış olacağını diqqətə çatdırdı. 
        Məruzə ətrafı çıxışlarda nümayəndəliyin gördüyü işlər qənəatbəxş sayıldı. 
        Hesabat məruzəsinə münasibət bildirən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov nümayəndəliyin gördüyü işləri kafi qiymətləndirdi. Rayon rəhbəri Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla keçirilən səyyar qəbullar-görüşlər və yerlərdə nümayəndələrin işlərini düzgün aparmaları nəticəsində əhali arasında müsbət ab-hava yarandığını qeyd etdi. İcra aparatına müraciət edən hər bir vətəndaşın istəyinə həssaslıqla yanaşıldığını və mümkün olan köməklik göstərildiyini dedi. 
Şahmar Usubov böyük qələbəyə gedən yolda xalq kimi həmrəyliyimizin, ölkə rəhbəri ətrafında sıx birləşməyimizin vacib olduğunu vurğuladı.
        Sonda problemi olan sakinlər fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar sakinlərə qaydalarla bağlı izahat verildi. Rayon rəhbəri tərəfindən I tip şəkərli diabet xəstəsi olan Xocalı şəhər sakini Əhmədova Sevda Baxşeyiş qızına maddi köməklik göstərildi. 


Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top