18.01.2020-ci il tarixdə Qanlı 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində anım tədbiri keçirildi. Tədbirdə Nizami Gəncəvi muzeyinin, Nizami Məqbərəsinin, Qala qapı muzeyinin əməkdaşları, Xocalı rayon Kosalar kənd və Əli Kərim adına Başkənd kənd tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak etdi.
Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edən natiqlər 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu, müstəqil Azərbaycanın yaradılmasında əsas bünövrə təşkil etdiyini söylədilər. Yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xalqımızın silahsız övladlarını vəhşicəsinə qətlə yetirdiyi, bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulandı.
Tədbir iştirakçıları sonda "Şəhidlərin qanı yerdə qalmayacaq"adlı rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
19 Ocak 2020 Pazar
Homepage
» Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anılıb
Posted at 1/19/2020 |  in
Share this post

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.
Ən çox oxunan
-
ERMƏNİ QULDURLARININ AZƏRBAYCANLI ƏSİRLƏRƏ VERDİYİ DÖZÜLMƏZ İŞGƏNCƏLƏRƏ AİD FAKTLAR
-
Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə anım mərasimi keçirildi
-
15 İyul Federasiyası İğdır İl Başçısı Adəm Akkuş: Vahid millət olduğumuz üçün düşmənimiz də eynidir
-
XOCALI SOYQIRIMI DÜNYA MƏTBUATINDA
-
Xocalı soyqırımının şahidi: "ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi kəlpətinlə çəkməklə bitmədi"
-
XOCALININ İGİD POLİSİ
-
Bəyməmməd Quliyev: “Xocalılar Zəfər Günündə Xocalı soyqırımı abidələri önünə qələbə müjdəsini çatdırmağa tələsdilər”
-
Xocalı dərdli ana Vətən Müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi oldu
-
Doğum günü Xocalı soyqırımı gününə düşən Vətən Müharibəsi şəhidi
-
LAYLAM, XOCALIM, LAYLAY
Kateqoriyalar
Blogger tarafından desteklenmektedir.

0 şərhlər: