Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

"Xocalının səsi" qəzeti və Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyi birgə Xocalı haqqında film nümayiş etdirdilər

        Fevralın 26-da "Xocalının səsi" qəzetinin və Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı soyqırımı haqqında film nümayiş etdirildi. 

        Əvvəlcə şagirdlərin Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyində Xocalı mədəniyyətinə aid eksponatlara, Milli Qəhrəmanlarımız və şəhidlərimiz haqqında stendlərə baxışı oldu. 

        Sonra Xocalı rayon Yaloba kənd tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov və "Xocalının səsi" qəzetinin redaktoru, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Qalib Quliyev çıxış edərək Xocalı soyqırımı həqiqətlərindən, soyqırımın səbəbləri və nəticələrindən məlumat verdilər. Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırdılar. Gənc nəslin yaddaşında Xocalı soyqırımının unudulmaması üçün şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışdılar.  

        Sonda "Xocalı qətliamı" adlı sənədli filmin və "Xoca" filminin nümayişi oldu. 

        





Paylaşın:

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi


        Fevralın 26-da Respublikamızın bütün bölgələrində olduğu kimi xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.

        Anım mərasimində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, hüquq-mühafizə, idarə, müəssisə rəhbələri və işçiləri, rayon icimaiyyəti iştirak etdilər. 

        Məktəbli şagirdlər Xocalı soyqırımında şəhid olmuş yaxınlarının şəkillərini və faciəni əks etdirən rəsm əsərlərini əllərində tutaraq abidə ətrafında dayandılar.

        Mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzdülər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər. 

         Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

         Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, ermənilərin soyqırım törətmələrinin əsas səbəblərindən biri Xocalının strateji mövqeyinin, digər səbəbi isə Dağlıq Qarabağda yeganə mülki hava limanının Xocalıda olmasıdır. Erməni quldurları Xocalını yerlə yeksan etməklə tarixi Azərbaycan torpaqlaürını ələ keçirmək və Azərbaycan xalqının zadlıq və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əzmini qırmaq idi. Xocalı soyqırımı zamanı şəhər əhalisi deportasiyaya məruz qalmışdır. 

        Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideyninin itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.

        Ermənilərin həmin gecə bir amalı var idi: o qanlı gecənin bir nəfər olsun şahidini sağ buraxmamaq. Azərbaycan xalqı böyük bir müsibət yaşadı. Dinc sakinlərin qanına susamış erməni cəlladları bir gecənin içində aman demədən yüzlərlə günahsız insanın qanını axıtdılar. Hər tərəfi bürüyən bəyaz qar axıdılan məsum insanların qanından al qırmızıya boyandı. Bütöv bir şəhər yer üzündən silinmişdi. Ermənilər bu soyqırımı ilə dünyanın ən qəddar yırtıcılarından, vəhşilərindən heç nə ilə fərqlənmədiklərini, əksinə, daha qaniçən olduqlarını bir daha göstərdilər.

       Sonra Xocalı soyqırımı zamanı 3 qardaşını itirmiş, şəhid ailəsi Xumar Səlimova çıxışında Xocalı soyqırımının dəhşətlərindən danışdı. 28 il əvvəl törədilmiş faciənin ağrı-acısını hər zaman qəlbində daşıdığını dedi. 

        Xocalı rayon prokuroru Kamran Məmmədov Xocalı soyqırımına hüquqi-siyasi müstəvidə verilən qiymətdən məlumat verdi. Bildirdi ki, yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanıldı. Kamran Məmmədov Xocalı soyqırımını törədən şəxslərin tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlarını dedi. 

       Xocalı rayon Məhkəməsinin sədr əvəzi Toğrul Əliyev çıxışında soyqırımın acısını bütün Azərbaycan xalqının yaşadığını dedi. Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti hələ də bu soyqırıma layiqli hüqiqi qiyməti vermədiyini bildirdi. Qeyd etdi ki, insan hüquqlarından, demokratiyadan danışan dövlətlər bütün dünyanın şahidi olduğu, arxivlərlə, sənədlərlə təsdiq olunduğu Xocalı soyqırımını tanımaq istəmir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Artıq dünyada Xocalı soyqırımını tanıyan və pisləyən dövlətlərin sayı ildən-ilə artır.

        "Xocalı RMX"nin Publik Hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında vurğuladı ki, məkrli ermənilər Azərbaycan xalqının başına öz havadarlarının köməklikləri ilə müsibətlər gətirsələr də, onlar bilməlidir ki, biz mübarizəmizi sonadək davam etdirəcəyik və doğma torpaqlarımız yağı tapdağından azad edəcəyik. Çünki bu bizim mənəvi haqqımızdır. 

         Aqil Məmmədov qeyd etdi ki, hər kəs Xocalı soyqırımı haqqında təbliğat işində fəal olmalıdır. 50 milyondan çox azərbaycanlı Xocalıyam deyib, Xocalı soyqırımını yad etməlidir.   
        Tədbirdə Xocalı şəhər 1 saylı uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi.  

         Sonda Xocalı rayon əhalisinin beynəlxalq təşkilatlara müraciəti Xocalı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev tərəfindən məruzə edildi. 













Paylaşın:

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi

Xocalı rayon Mədəniyyət evində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət evi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçilərinin iştirakı ilə dəyirmi masa keçirildi.

İlk olaraq Xocalıda şəhid olanların fotosərgisinə, Xocalı haqqında yazılmış kitablara baxış keçirildi.

Dəyirmi masada Xocalı faciəsinin canlı şahidləri həmin hadisədən, ermənilərin törətdiyi vəhşiliklərdən danışıldı. Şükür Bəşirov çıxışında Xocalı faciəsinin səbəbini, onun ağır nəticələrini, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərləri iştirakçılara çatdırdı.

Sonra Gülnaz Zeynalova Xocalı şəhəri haqqında ətraflı məlumat verdi. Daha sonra Nəfiqə Əliyeva, Kamil Əzimov da Xocalı Soyqırımı haqqında ürək ağrısı ilə danışdılar, şəhidlərə rəhmət, ailələrinə səbr arzuladılar.
 



Paylaşın:

“E-Media Group”un təşkilatçılığı ilə “Xocalı: tarixin qan yaddaşı” adlı rəsm sərgisi açılıb

        Fevralın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Xocalı: tarixin qan yaddaşı” adlı sərgi açılıb.

        Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi, “E-Media Group”un təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanın peşəkar rəssamlarının 20-yə qədər əsəri nümayiş etdirilib.

        Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra “E-Media Group”un Xocalı faciəsi ilə bağlı hazırladığı sənədli film və “Məriz” ekran əsəri nümayiş etdirilib.

         “E-Media Group” media təşkilatının sədr müavini Tural Nurməmmədov çıxış edərək Biləsuvar rayonundan start götürən sərginin Quba, Gəncə, Gürcüstün, Türkiyə və Xocalı rayonunda davam etdirildiyini qeyd edib.    

        Sonra Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxışında Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliklərdən, soyqırımın səbəbləri, nəticələri və beynəlxalaq aləmdə tanınması istiqamətində görülən işlərdən danışdı. O zamankı səriştəsiz hakimiyyət ucbatından Xocalı soyqırımının törədilməsinə şəraitin yarandığını dedi. Bildirdi ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

        Vahid Əliyev Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad olunacağını, Xocalı qətliamının təşkilatçılarının layiqli cəzalarını alacaqlarını vurğuladı.

        Xocalı soyqırımının canlı şahidi, "Azərbaycan Bayrağı" ordenli, "Əməkdar həkim" fəxri adına layiq görülmüş Məmməd Nağıyev çıxış edərək əsirlikdə başına gələn hadisələri ürək ağrısı və göz yaşları içində tədbir iştirakçılarına çatdırdı. 

        Sonda Orxan Əliyevin ssenari müəllifliyi ilə hazırlanmış "Qarabağ Azərbaycandır!" adlı tamaşaya baxıldı.

        Tədbirin ikinci hissəsində "Xocalı: tarixin qan yaddaşı" adlı rəsm sərgisinə baxış keçirildi.   

           














 


Paylaşın:
VAQİF AĞAYEV DÖVLƏTƏ SADİQ ZİYALI, XEYİRXAH İNSAN VƏ GÖZƏL AİLƏ BAŞÇISIDIR
Kosalar kəndində böyüyüb boya-başa çatan və müxtəlif vəzifələrdə çalışan adamlar çoxdur. Onlardan biri də Vaqif Ağayevdir.
Ağayev Vaqif İsa oğlu 1951-ci il fevralın 5-də Xocalı rayonunun Kosalar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə APİ-nin Stepanakert filialının Riyaziyyat fakultəsinə daxil olmuş, 1973- cü ildə həmin fakultəni bitirmişdir. Əmək fəaliyyətinə Kosalar kənd orta məktəbində riyaziyyat müəllimi kimi işə başlamışdır. 1990-1993-cü illər ərzində isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Politoloq” ixtisası üzrə ikinci ali təhsil almışdır. Xankəndində xüsusi idarəetmə mərkəzində işləyərkən ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalmış, ölümlə üzləşmişdir. Lakin qorxmadan o çətin şəraitdə işini davam etdirmişdir.
1991-ci ildən 1995-ci ilə qədər mərkəzi Kosalar kənd olmaqla, Kosalar, Meşəli, Cəmilli kəndlərinin sovetlikləri üzrə ərazi icraiyyə komitəsinin sədri vəzifəsinə təyin edillib. Bu kəndlər üzrə könüllü özünümüdafiə batalyonunun yaradılmasının təşəbbüskarı olub və onun bütün təchizatı ilə məşğul olub. 1995-ci ildən 2015-ci ilin dekabrına kimi Xocalı rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu vəzifədə özünü bacarıqlı partiya işçisi kimi göstərmiş, böyük hörmət qazanmışdır. 2015-ci il dekabrın 1-də Vaqif müəllim səhhətində yaranmış problemlərlə bağlı öz ərizəsinə əsasən təqaüdə çıxmışdır.
İşlədiyi müddət ərzində öz xarakterinə və mehriban, səmimi davranışına görə hər zaman kollektiv tərəfindən sevilən və olduqca yüksək rəğbət bəslənilən bir şəxs olmuşdur. Vaqif müəllimin xarakterindəki özünəməxsusluq, cəmiyyət içərisində hər zaman barışdırıcı və hər hansı bir konfliktdən uzaq olmaq mövqeyini seçməsindən ibarətdir.
Vaqif Ağayev uzun müddət dövlət qulluğunda çalışmış nümunəvi insanlardandır. Onun əməyinə hər zaman yüksək qiymət verilmişdir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Qarabağ müharibəsində yaxından iştirak etmiş, kənd camaatına daim dəstək olmuşdur. Vətənimizi ən ülvi hislərlə sevən Vaqif müəllimin də taleyinə didərginlik həyatı yazılıb. Qarabağ mövzusu olan bütün söhbətlərdə, tədbirlərdə doğma el-oba həsrətini ürək ağrısı ilə vurğulayır. Ancaq heç bir zaman ümidsiz danışmaz, doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayır. Mənə elə gəlir ki, biz gənclər məhz bu xarakterlərinə görə Vaqif Ağayevin müsbət keyfiyyətlərindən bir nümunə götürməliyik .
Paylaşın:

"Xocalının səsi" qəzetinin təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb


         Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi, “Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə Xocalı rayon ümümtəhsil məktəbliləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında "Bu qan yerdə qalmaz"! mövzusunda mübarizliyə və qisasa səsləyən yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.


Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katib Vaqif Həsənov, Xocalı rayon İHB-nın Kosalar İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, müəllim və şagirdlər iştirak ediblər. 

        Tədbir iştirakçıları əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edib.

        Tədbiri giriş sözü açan Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu bildirib ki, rəhbərlik etdiyi qəzet “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının şüarı adı altında işıq üzü görür. Qəzetdə mütəmadi olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr dərc edilir. Bu tədbirin keçirilməsində məqsəd “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək və Xocalı soyqırımının gənc nəsil tərəfindən unudulmamasıdır.

        Qalib Bəyməmmədoğlu Xocalı rayonunun 12-i ümümtəhsil məktəbindən müsabiqəyə 100-ə qədər yazı göndərildiyini qeyd edib. Məktəblilərin bu müsabiqədə fəal iştirak etdiyini vurğulayıb.

        Sonra şagirdlər tərəfindən bədii kompozisiya nümayiş etdirilib.

         Daha sonra müsabiqədə yer tutan qaliblərə Xocalı soyqırımından bəhs edən kitab, Azərbaycan Bayrağı, suvenir və Fəxri Fərmanlar verilib.












Paylaşın:

Ən çox oxunan

Blog Arşivi