Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Kosalar kənd həkim məntəqəsinin işçiləri yoluxucu xəstəliklərdən qorunmaq barədə şagirdlərlə maarifləndirici söhbət aparıb

        Fevralın 13-də Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində "Xocalı RMX-nin" Publik Hüquqi şəxsin tabeliyində olan Kosalar kənd həkim məntəqəsinin işçiləri tərəfindən yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tədbirlər haqqında maarifləndirici söhbət aparıldı. Tədbirdə Kosalar kənd həkim məntəqəsinin baş həkimi Rübabə İbrahimova, Cavadlar feldşer-mama məntəqəsinin müdiri Validə Quliyeva, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etdilər. 
        Kosalar kənd həkim məntəqəsinin baş həkimi Rübabə İbrahimova çıxışında yoluxucu xəstəliklərdən qorunmağın yolları, şəxsi gigiyena qaydaları və düzgün qidalanma haqqında məlumat verdi. Qeyd etdi ki, insan orqanizmi üçün yoluxucu xəstəliklər çox qorxuludur. Biz həmişə özümüzü bu xəstəliklərdən qorumalıyıq. Yoluxucu xəstəliklər asanlıqla xəstə adamdan sağlam adama keçib sürətlə yayıla bilər. İlk növbədə uşaqları körpə ikən peyvənd edirlər. Peyvənd hər hansı xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək üçün bədənə xüsusi maddənin daxil edilməsidir. Tərləmiş halda soyuq su içmək, dondurma yemək olmaz. Küçədə, evdə və məktəbdə olarkən əgər ətrafımızda xəstə adam varsa ağız - burunumuzu maska ilə bağlamalıyıq. Özümüzü zərərli həşərat olan ağcaqanadın sancmasından qorumalıyıq. Şəxsi gigiyena qaydalarına - bədənin təmizliyinə nəzarət etməli, hər gün yuyunmalı, səhər və axşam dişləri fırçalamalı, bayırdan gələndə və yeməkdən əvvəl əlləri ilıq su və sabunla yumalı, dırnaqları təmiz saxlamalı - əməl etməliyik. Tərkibində bol vitamini olan meyvə və tərəvəzlə qidalanmalıyıq. 
        Cavadlar feldşer-mama məntəqəsinin müdiri Validə Quliyeva uşaqlar arasında peyvənd olunmanın əhəmiyyətindən danışdı. 
        Tədbirdə həmçinin Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyası haqqında da məlumat verilib. 






Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi