BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

13 Şubat 2020 Perşembe

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının səkkizinci ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi

Posted at  2/13/2020  |  in  

        Fevralın 13-də xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının səkkizinci ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində ümumrayon tədbiri keçirildi.
        Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov, bölmənin əməkdaşları, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak etdilər.
        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılmış müasir Azərbaycan dövlətinin və Ordusunun qurucusu Ümummilli lider Heydər Əliyevin büstü önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər.
        Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov məruzə ilə çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş hərb quruculuğu prosesi nəticəsində bugun Respublikamız regionun ən güclü Silahlı Qüvvələrinə malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ordumuz ən müasir silahlar və hərbi texnika ilə təchiz olunur, həmçinin günün tələblərinə uyğun olaraq struktur islahatlar aparılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də məhz 8 il öncə həyata keçirilmiş islahat nəticəsində yaradılmış, hazırda qarşıya qoyulmuş vəzifə və tapşırıqları uğurla icra etməkdədir.
        Sə­fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İl­ham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab general-leytenant Arzu Rəhimovun Xocalı rayon bölməsinin qarşısına qoyduğu vəzifə və tapşırıqlar ötən 8 il ərzində uğurla icra edilmişdir.  
        Xidmətin Xocalı rayon şöbəsinin qarşısında qoyulan əsas və­zi­fələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təş­kilidir. Bu baxımdan ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin qarşısına qoyulmuş vəzifə və tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilmişdir.
        Çağırış yaşına çat­mış gənclərin müddətli həqiqi hər­bi xidmətə cəlb edil­məsi Xidmətin fəaliyyətinin digər mü­hüm bir istiqamətlərindəndir. Hazırda mü­haribə şə­ra­itin­də olan ölkəmizdə sə­fər­bərlik ha­zır­lı­ğı və müddətli hə­qi­qi hərbi xidmətə çağırış işi  üzərimizə əlavə mə­suliyyətlər qoyur. Qeyd olu­nan məsələlərin tələb olunan səviyyədə yerinə ye­ti­ril­məsi məqsədi ilə bir sıra məq­sədyönlü tədbirlər həyata keçirilmişdir.
        Bildiyimiz kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərindən biri də yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, müd­dətli həqiqi hərbi xidmətə çağırışaqədərki ha­zır­lığı, ilkin hərbi qeydiyyata alınması, xüsusi hərbi ix­tisaslar üzrə hazırlığı, müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili istiqamətində də tə­rə­fi­miz­dən bir sıra işlər gö­rül­müşdür.
        Azərbaycan Respublikası Prezidentinin və­tən­daş­la­rın müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamlarının icrasının təmin edilməsi məq­sədilə, Silahlı Qüvvələrin müddətli hə­qiqi hərbi xidmət hərbi qulluqçuları ilə daha key­fiy­yətli kom­plekt­ləş­di­ril­mə­si üçün Xocalı rayonundan olan çağırış yaşlı və­tən­daşların qanunamüvafiq qay­dada çağırışa cəlb edil­məsi və xidmət keçmək üçün tə­yin olunduqları hər­bi hissələrə təhvil verilməsi uğurla həyata ke­çirilmişdir.
        Xidmət rəisi vurğulayıb ki, Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin hər bir əməkdaşı bundan sonra da Xidmət rəisi cənab general-leytenant Arzu Rəhimovun üzərimizə qoy­du­ğu­ vəzifələrin öhdəsindən layiqin­cə gələrək daha böyük uğur və nailiyyətlər əl­də etməyə çalışacağıq. 
        Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər natiqlər Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin əməkdaşlarını Xidmətin yaranmasının ildönümü münasibətilə təbrik etdilər və xoş arzularını çatdırdılar. Çıxışlarda Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin daim Ordu quruculuğunun möhkəmlənməsini diqqətdə saxladığı qeyd edildi.

       Sonda Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərman və pul mükafatı verildi.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top