BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

26 Şubat 2020 Çarşamba

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi

Posted at  2/26/2020  |  in  Xocalı soyqırımı


        Fevralın 26-da Respublikamızın bütün bölgələrində olduğu kimi xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.

        Anım mərasimində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, hüquq-mühafizə, idarə, müəssisə rəhbələri və işçiləri, rayon icimaiyyəti iştirak etdilər. 

        Məktəbli şagirdlər Xocalı soyqırımında şəhid olmuş yaxınlarının şəkillərini və faciəni əks etdirən rəsm əsərlərini əllərində tutaraq abidə ətrafında dayandılar.

        Mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzdülər. Şəhidlərimizə Allahdan rəhmət dilədilər. 

         Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

         Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirdi ki, ermənilərin soyqırım törətmələrinin əsas səbəblərindən biri Xocalının strateji mövqeyinin, digər səbəbi isə Dağlıq Qarabağda yeganə mülki hava limanının Xocalıda olmasıdır. Erməni quldurları Xocalını yerlə yeksan etməklə tarixi Azərbaycan torpaqlaürını ələ keçirmək və Azərbaycan xalqının zadlıq və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əzmini qırmaq idi. Xocalı soyqırımı zamanı şəhər əhalisi deportasiyaya məruz qalmışdır. 

        Hərbi təcavüz nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideyninin itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, başları kəsilmiş, hamilə qadınların qarnı süngü ilə deşilmişdir.

        Ermənilərin həmin gecə bir amalı var idi: o qanlı gecənin bir nəfər olsun şahidini sağ buraxmamaq. Azərbaycan xalqı böyük bir müsibət yaşadı. Dinc sakinlərin qanına susamış erməni cəlladları bir gecənin içində aman demədən yüzlərlə günahsız insanın qanını axıtdılar. Hər tərəfi bürüyən bəyaz qar axıdılan məsum insanların qanından al qırmızıya boyandı. Bütöv bir şəhər yer üzündən silinmişdi. Ermənilər bu soyqırımı ilə dünyanın ən qəddar yırtıcılarından, vəhşilərindən heç nə ilə fərqlənmədiklərini, əksinə, daha qaniçən olduqlarını bir daha göstərdilər.

       Sonra Xocalı soyqırımı zamanı 3 qardaşını itirmiş, şəhid ailəsi Xumar Səlimova çıxışında Xocalı soyqırımının dəhşətlərindən danışdı. 28 il əvvəl törədilmiş faciənin ağrı-acısını hər zaman qəlbində daşıdığını dedi. 

        Xocalı rayon prokuroru Kamran Məmmədov Xocalı soyqırımına hüquqi-siyasi müstəvidə verilən qiymətdən məlumat verdi. Bildirdi ki, yalnız ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra onun təşəbbüsü ilə Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bu dövrdən etibarən ölkə miqyasında və ölkəmizdən kənarda Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə başlanıldı. Kamran Məmmədov Xocalı soyqırımını törədən şəxslərin tezliklə hüquqi müstəvidə öz layiqli cəzalarını alacaqlarını dedi. 

       Xocalı rayon Məhkəməsinin sədr əvəzi Toğrul Əliyev çıxışında soyqırımın acısını bütün Azərbaycan xalqının yaşadığını dedi. Xocalı soyqırımından 28 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti hələ də bu soyqırıma layiqli hüqiqi qiyməti vermədiyini bildirdi. Qeyd etdi ki, insan hüquqlarından, demokratiyadan danışan dövlətlər bütün dünyanın şahidi olduğu, arxivlərlə, sənədlərlə təsdiq olunduğu Xocalı soyqırımını tanımaq istəmir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində Xocalı həqiqətlərinin dünyaya çatdırılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Artıq dünyada Xocalı soyqırımını tanıyan və pisləyən dövlətlərin sayı ildən-ilə artır.

        "Xocalı RMX"nin Publik Hüquqi şəxsin direktoru Aqil Məmmədov çıxışında vurğuladı ki, məkrli ermənilər Azərbaycan xalqının başına öz havadarlarının köməklikləri ilə müsibətlər gətirsələr də, onlar bilməlidir ki, biz mübarizəmizi sonadək davam etdirəcəyik və doğma torpaqlarımız yağı tapdağından azad edəcəyik. Çünki bu bizim mənəvi haqqımızdır. 

         Aqil Məmmədov qeyd etdi ki, hər kəs Xocalı soyqırımı haqqında təbliğat işində fəal olmalıdır. 50 milyondan çox azərbaycanlı Xocalıyam deyib, Xocalı soyqırımını yad etməlidir.   
        Tədbirdə Xocalı şəhər 1 saylı uşaq musiqi məktəbinin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi.  

         Sonda Xocalı rayon əhalisinin beynəlxalq təşkilatlara müraciəti Xocalı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Əliyev tərəfindən məruzə edildi. 













Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top