BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Şubat 2020 Pazar

Posted at  2/23/2020  |  in  

VAQİF AĞAYEV DÖVLƏTƏ SADİQ ZİYALI, XEYİRXAH İNSAN VƏ GÖZƏL AİLƏ BAŞÇISIDIR
Kosalar kəndində böyüyüb boya-başa çatan və müxtəlif vəzifələrdə çalışan adamlar çoxdur. Onlardan biri də Vaqif Ağayevdir.
Ağayev Vaqif İsa oğlu 1951-ci il fevralın 5-də Xocalı rayonunun Kosalar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə APİ-nin Stepanakert filialının Riyaziyyat fakultəsinə daxil olmuş, 1973- cü ildə həmin fakultəni bitirmişdir. Əmək fəaliyyətinə Kosalar kənd orta məktəbində riyaziyyat müəllimi kimi işə başlamışdır. 1990-1993-cü illər ərzində isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Politoloq” ixtisası üzrə ikinci ali təhsil almışdır. Xankəndində xüsusi idarəetmə mərkəzində işləyərkən ermənilər tərəfindən dəfələrlə işgəncələrə məruz qalmış, ölümlə üzləşmişdir. Lakin qorxmadan o çətin şəraitdə işini davam etdirmişdir.
1991-ci ildən 1995-ci ilə qədər mərkəzi Kosalar kənd olmaqla, Kosalar, Meşəli, Cəmilli kəndlərinin sovetlikləri üzrə ərazi icraiyyə komitəsinin sədri vəzifəsinə təyin edillib. Bu kəndlər üzrə könüllü özünümüdafiə batalyonunun yaradılmasının təşəbbüskarı olub və onun bütün təchizatı ilə məşğul olub. 1995-ci ildən 2015-ci ilin dekabrına kimi Xocalı rayon İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bu vəzifədə özünü bacarıqlı partiya işçisi kimi göstərmiş, böyük hörmət qazanmışdır. 2015-ci il dekabrın 1-də Vaqif müəllim səhhətində yaranmış problemlərlə bağlı öz ərizəsinə əsasən təqaüdə çıxmışdır.
İşlədiyi müddət ərzində öz xarakterinə və mehriban, səmimi davranışına görə hər zaman kollektiv tərəfindən sevilən və olduqca yüksək rəğbət bəslənilən bir şəxs olmuşdur. Vaqif müəllimin xarakterindəki özünəməxsusluq, cəmiyyət içərisində hər zaman barışdırıcı və hər hansı bir konfliktdən uzaq olmaq mövqeyini seçməsindən ibarətdir.
Vaqif Ağayev uzun müddət dövlət qulluğunda çalışmış nümunəvi insanlardandır. Onun əməyinə hər zaman yüksək qiymət verilmişdir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Qarabağ müharibəsində yaxından iştirak etmiş, kənd camaatına daim dəstək olmuşdur. Vətənimizi ən ülvi hislərlə sevən Vaqif müəllimin də taleyinə didərginlik həyatı yazılıb. Qarabağ mövzusu olan bütün söhbətlərdə, tədbirlərdə doğma el-oba həsrətini ürək ağrısı ilə vurğulayır. Ancaq heç bir zaman ümidsiz danışmaz, doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayır. Mənə elə gəlir ki, biz gənclər məhz bu xarakterlərinə görə Vaqif Ağayevin müsbət keyfiyyətlərindən bir nümunə götürməliyik .

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

Əlaqə

Redaksiyamızın ünvanı:
Gəncə şəhəri, Yeni qəsəbə - 2
Tel: (070 - 222 - 26 - 48; (050) 678 - 10 - 44
E - mail: xocalininsesi@gmail.com
About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top