BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

22 Şubat 2020 Cumartesi

"Xocalının səsi" qəzetinin təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Posted at  2/22/2020  |  in  


         Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi, “Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə Xocalı rayon ümümtəhsil məktəbliləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında "Bu qan yerdə qalmaz"! mövzusunda mübarizliyə və qisasa səsləyən yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.


Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katib Vaqif Həsənov, Xocalı rayon İHB-nın Kosalar İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, müəllim və şagirdlər iştirak ediblər. 

        Tədbir iştirakçıları əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edib.

        Tədbiri giriş sözü açan Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu bildirib ki, rəhbərlik etdiyi qəzet “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının şüarı adı altında işıq üzü görür. Qəzetdə mütəmadi olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr dərc edilir. Bu tədbirin keçirilməsində məqsəd “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək və Xocalı soyqırımının gənc nəsil tərəfindən unudulmamasıdır.

        Qalib Bəyməmmədoğlu Xocalı rayonunun 12-i ümümtəhsil məktəbindən müsabiqəyə 100-ə qədər yazı göndərildiyini qeyd edib. Məktəblilərin bu müsabiqədə fəal iştirak etdiyini vurğulayıb.

        Sonra şagirdlər tərəfindən bədii kompozisiya nümayiş etdirilib.

         Daha sonra müsabiqədə yer tutan qaliblərə Xocalı soyqırımından bəhs edən kitab, Azərbaycan Bayrağı, suvenir və Fəxri Fərmanlar verilib.












Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top