BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

23 Mart 2020 Pazartesi

7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi Meşəli qəsəbəsində çürümüş dəmir su xətlərini polietilen borularla əvəzləmişdir

Posted at  3/23/2020  |  in  Ümumi hadisələr

        “Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi tərəfindən Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Meşəli qəsəbəsində yerləşən daxili şəbəkədə 488 m dəmirdən olan çürümüş su xətti dəyişdirilərək d-90 mm polietilen borularla ilə əvəz olunmuşdur. Xətt artıq mərkəzi küçədə olan 38 abonentin istifadəsinə verilib.
          7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsinin rəisi Ramil Rüstəmov “Xocalının səsi” qəzetinə açıqlamasında bildirdi ki, qəsəbə sakinləri tərəfindən bu məsələ rayon rəhbərliyi qarşısında qaldırılmışdı. Tapşırığına əsasən əməkdaşlarımız öz işlərini peşəkarlıqla yerinə yetirdilər. Yaxın vaxtlarda digər küçələrdəki dəmirdən olan su borularının polietilen borularla əvəz edilməsi prosesi həyata keçiriləcək. Bununla həm israfçılığın, həm də qəzaların qarşısı alınacaq. 
Ramil Rüstəmov 7 nömrəli Regional Sukanal İdarəsinin Xocalı Sukanal sahəsi tərəfindən ötən ildə görülən işləri də diqqətə çatdırdı. Qeyd etdi ki, rəhbərlik etdiyi idarə Goranboy rayonunun Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Börü qəsəbələrində yaşayan əhalini su ilə təmin edir. Sahə hal-hazırda 1120 abonentə xidmət  göstərir. Əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə tərəfimizdən bir sıra işlər görülmüşdür. 
İdarənin daxili imkanları hesabına Yuxarı Ağcakənd, Aşağı Ağcakənd, Börü və Meşəli qəsəbələrində boru  xətlərində cari təmir və bərpa işləri  aparılmışdır. İl ərzində qəsəbədaxili  küçələrdə müxtəlif diametrli su boru xətlərinin 106 metr hissəsi dəyişdirilmişdir. Müxtəlif diametrli 12 ədəd  siyirtmə yenisi  ilə əvəz olunmuş, 45 ədəd müxtəlif diametrli  siyirtmə isə təmir olunmuşdur. 

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top