Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Qarabağ müharibəsi iştirakçısı AVMVİB tərəfindən medallarla təltif edildi

        Martın 23-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi Bəxtiyar Məmmədov medallarla təltif edilmişdir. "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi", "AVMVİB-nin yaranmasının 25 illiyi" və təşkilata üzvlük məqsədilə təsis olunmuş medalların təqdimatında AVMVİB-nin Bərdə Regional bölməsinin sədri İsmayıl Rüstəmov, bölmənin hüquqi işlər üzrə sədr müavini Coşqun Məmmədov və Respublika Müharibə Veteranları və Beynəlmiləl Hərbçilər Birliyinin Bərdə Regional bölməsinin sədri Tofiq İsmayılov iştirak etmişdir.   

        Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi, polkovnik-leytenant Məmmədov Bəxtiyar İbrahim oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 

        Görüşdə Qarabağ müharibəsində igidlik və şücaət göstərmiş insanların şərəfli döyüş yolunun gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışılmışdır. Cənab Prezident İlham Əliyev tərəfindən Böyük Vətən Müharibəsi iştirakçıları, Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranlar, əlillər yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilmişdir.


"XOCALININ SƏSİ"
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi