BU SAYT XOCALI RAYON İCRA HAKİMİYYƏTİNİN "XOCALININ SƏSİ" QƏZETİNİN ƏSASINDA YARADILMIŞDIR

10 Mart 2020 Salı

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 27.02.2020-ci ildən 29.02.2020-ci il tarixədək Türkiyə Cümhuriyyətinin Ankara şəhərində ezamiyyədə olmuşdur

Posted at  3/10/2020  |  in  

Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının göstərişi ilə 27.02.2020-ci ildən 29.02.2020-ci il tarixədək Türkiyə Cümhuriyyətinin Ankara şəhərində ezamiyyədə olmuşdur. Ezamiyyə müddətində cənab Şahmar Usubov Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri cənab Xəzər İbrahim, səfirliyin əməkdaşları, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Samirə xanım Hüseynova və "Xocalıya ədalət" kompaniyasının 4 nəfər üzvü ilə birlikdə Qızılcahamam bələdiyyəsinin sədri cənab Süleyman Akar və bələdiyyə üzvləri ilə bir saatlıq dəyirmi masa-tanışlıq tədbirində iştirak etmişdir. Tanışlıq tədbirindən sonra Qızılcahamam bələdiyyəsi və Xocalı rayon İcra Hakimiyyəti arasında "Qardaşlaşma münasibətləri haqqında" protokol imzalanmışdır. İmzalanma müddətində mətbuat və televiziya üçün çəkiliş həyata keçirilmişdir.

     Protokol imzalandıqdan sonra şəhər bələdiyyəsi ərazisində 2019-cu ildə tikilmiş və açılışı həyata keçirilmiş "Xocalı soyqırımı" muzeyi önündə geniş tərkibli tədbir həyata keçirildi. Tədbirdə Qızılcahamam bələdiyyəsinin sədri cənab Süleyman Akar, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri cənab Xəzər İbrahim, Türkiyə Bələdiyyələr Birliyinin üzvü (keçmiş nazir) və Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov faciəyə dair geniş izahlı çıxışlar etdilər.

     Tədbirdən sonra nümayəndə heyətimiz və şəhər bələdiyyə nümayəndələri ilə birlikdə muzeyə baxış keçirildi.

     Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün Ankara şəhərində salınmış "Heydər Əliyev" parkında Ulu öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra tanışlıq məqsədilə parka baxış keçirildi.

     Türkiyə Vəkillər Kollegiyasının binasında Ankara şəhər Bələdiyyə Başkanı və Vəkillər Kollegiyasının sədri ilə ilkin olaraq tanışlıq məqsədi ilə görüş keçirildi və faciə ilə bağlı fikir mübadiləsi aparıldı. Vəkillər Kollegiyası binasının zalında geniş tərkibli "Xocalı soyqırımı" anım tədbiri keçirildi. Tədbirdə Vəkillər Kollegiyasının sədri, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki fövqəladə və səlahiyyətli səfiri, iki nəfər hüquqşünas mütəxəssis və Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Xocalı soyqırımına dair ətraflı çıxışlar etdilər.

     Tədbirin sonunda sənədlı film nümayiş etdirildi.

Share this post

About Naveed Iqbal

Nulla sagittis convallis arcu. Sed sed nunc. Curabitur consequat. Quisque metus enim venenatis fermentum mollis. Duis vulputate elit in elit. Follow him on Google+.

0 şərhlər:

About-Privacy Policy-Contact us
Copyright © 2015 "Xocalının səsi" qəzetinin saytı. Xocalının səsi by ..
Qalib müəllim .
back to top