Bu saytda yenilənmələr gedir

"XOCALININ SƏSİ" QƏZETİ
9 İYUL 1991-Cİ İL TARİXDƏN
İŞIQ ÜZÜ GÖRÜR

Xocalı rayonu haqqında yeni kitab işıq üzü görmüşdür

        Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Xocalı rayonu haqqında yeni kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitunun Qarabağ tarixi şöbəsinin əməkdaşı, Tarix elmləri doktoru Nazim Məmmədovun və Xocalı rayon prokuroru Kamran Məmmədovun müəllifliyi ilə nəşr edilən “Müqəddəs yurd: Xocalı” adlı kitabın elmi məsləhətçisi Xocalı Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü Şahmar Usubov, elmi redaktoru isə Akademik, Əməkdar elm xadimi, tarix elmlər doktoru, professor Yaqub Məmmədovdur. 
        Kitabda Azərbaycan Respublikasının zəngin təbii sərvətlərə, əsrarəngiz təbiətə, iqlim şəraitinə, strateji mövqeyə malik qədim yaşayış məskənlərindən biri olan Xocalı rayonunun tarixi kompleks araşdırılmış, rayonun təbii-coğrafi xüsusiyyətləri, əhalisinin sayı, etnik və milli tərkibi, miqrasiya prosesi, bölgədə ermənilərin sayının süni yolla artırılaraq, azərbaycanlılara ögey münasibət, ermənistan silahlı birləşmələri tərəfindən rayonun işğalı, Xocalı soyqırımının baş verdiyi tarixi şərait, səbəbləri, həyata keçirilmə üsulları, qanlı terror, deportasiya, soyqırımı və vandalizm aktları faktlar və sənədlər əsasında tədqiq və təhlil olunmuşdur.
“XOCALININ SƏSİ”
Paylaşın:

Hiç yorum yok:

Yorum Gönder

XOCALI SOYQIRIMINI UNUTMA!

Üçgünlük körpəsi ilə erməni zindanında amansız işgəncələrə məruz qalan ana

          Müsahibim Xocalıda 4 uşağı ilə erməni quldurları tərəfindən əsir götürülərək 10 günlük girovluq həyatı yaşayan Məhsəti türkü Mehri...

Bizə yazın

Ad

E-posta *

Mesaj *

Ən çox oxunan

Blog Arşivi